İŞİD Azərbaycanın şimal sərhədində: Əmir Süleyman əl-Bağdadiyə biət etdi
Dunya
Oxunub: 1 668
28 noy 2014 | 11:33
İŞİD Azərbaycanın şimal sərhədində: Əmir Süleyman əl-Bağdadiyə biət etdi


















“Hazırda Dağıstanda 300-dən çox şəxs İŞİD sıralarında döyüşür”.

İraq və Suriyada böyük ərazilər ələ keçirib “İslam Dövləti” elan edən terror qruplaşması Azərbaycanın şimal sərhədi yaxınlığında özünə müttəfiq tapıb.

Virtualaz.org xəbər verir ki, “Bloomberg” agentliyi Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir Süleymanın” internetdə yayılmış videomüraciətdə İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini yazır.

YouTube portalında yerləşdirilmiş videoda “əmir Süleyman” meşədə, İŞİD-ə xas tünd qara geyimdə, əlində “Kalaşnikov” avtomatı təsvir olunur. O, qara geyimli, əli silahlı beş maskalı şəxs tərəfindən əhatə olunub, başlarının üstündən İŞİD bayrağı asılıb.

“Biz Auxovski mücahidləri camaatı sizə sədaqət andı içməyi qərara aldıq” - “əmir Süleyman” əl-Bağdadiyə müraciətlə bildirir.

Rus dilində, Şimali Qafqaz ləhcəsində danışan şəxs özünü “Auxovski camaatının lideri Süleyman” kimi təqdim edir. Dağıstanın terrorla mübarizə üzrə rəsmilərindən biri deyib ki, hakimiyyət həmin qruplaşma haqda məlumatlıdır və onun lideri Süleyman Zaynalabidov adlı Dağıstan sakinidir.

“Bloomberg” bu müraciəti təhlükəli hadisə kimi qiymətləndirir və bildirilir ki, Rusiyada İslam Dövlətinin nüfuzunun getdikcə artması bu terrorçu hərəkatda təmsil olunan xarici cihadçıların uğurları öz ölkələrində təkrar etməyə həvəsləndirə bilər.

“Hazırda Dağıstanda 300-dən çox şəxs İŞİD sıralarında döyüşür və onlardan 10-a yaxını geri qayıtdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülüb” - deyə konfidensal informasiyanı şərh etdiyi üçün adının açıqlanmamasını xahiş edən mənbə bildirib.

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Frans Klintseviç “əmir” Süleymanın əl-Bağdadiyə müraciətini şərh edərkən bildirib: “Bu, hadisələrin təhlükəli inkişafıdır, olduqca ciddi problemdir. Bu fakt daha sistemli işin başladığını, yəni “İslam dövləti”nin xərçəng şişi kimi Şimali Qafqazda yayıla biləcəyini göstərir”.

Agentlik Dağıstanın Azərbaycan və Çeçenistanla sərhəd olduğunu qeyd edir. Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda müntəzəm olaraq radikal islamçı yaraqlılara qarşı anti-terror əməliyyatları keçirirlər. Şimali Qafqazda fəaliyyət göstərən “Qafqaz əmirliyi” qruplaşması indiyədək “əl-Qaidə”yə bağlı idi. Ancaq yerli rəsmi deyir ki, indi İŞİD Dağıstanda daha populyardır.

Ehtimal olunur ki, “əmir” Süleymanın qruplaşması “Qafqaz əmirliyi”indən üz döndərib və “İslam dövləti”indən dəstək istəyir. Anti-terror ekspertləri hesab edir ki, “İslam dövləti” dağıstanlı “əmirin” sədaqət andından istifadə edərək Şimali Qafqazda güclənməyə çalışacaq.

Qeyd edək ki, bundan əvvəl “İslam dövləti”nin ideoloqları Azərbaycanı və Şimali Qafqazı da daxil etməklə “islam xilafəti”nin qara xəritəsini yaymışdılar. İŞİD-in hərbi qüvvələrinin tanınmış komandirlərindən olan, Gürcüstanın Pankisi dərəsindən getmiş “Ömər əl-Şişani” ləqəbli Tarxan Batiraşvili isə atası ilə telefon danışığında “tezliklə minlərlə tərəfdarı ilə birlikdə Rusiyaya qarşı mübarizəyə başlayacaqlarını” demişdi.

Hazırda İŞİD təhlükəsi dünya üçün ən ciddi təhdidlərdən biri olmaqla Azərbaycanı, Orta Asiya respublikalarını, habelə Rusiyanı narahat edir.
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
22-05-2026, 15:30
Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası
22-05-2026, 13:23
Xocavənd şəhərinə daha 17 ailə yola salınıb
22-05-2026, 13:17
Sabahdan bu zolaqlar qüvvədən düşür
22-05-2026, 13:12
Azərbaycanda yeni cərimələr müəyyənləşir
22-05-2026, 13:08
İlham Əliyev Avrasiya Milli Universitetinin rektorunu təbrik edib
22-05-2026, 12:37
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
22-05-2026, 12:02
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
22-05-2026, 11:57
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:48
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
22-05-2026, 11:14
Paşinyanın rəqibindən Azərbaycana HƏDƏ - Rusun "TULASI" bizi hədələyir
22-05-2026, 10:37
Naxçıvanda hərbçi faciəli şəkildə öldü - FOTOLAR
22-05-2026, 10:31
DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub
22-05-2026, 10:26
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
22-05-2026, 09:45
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub - FOTOLAR
22-05-2026, 09:36
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTOLAR
22-05-2026, 09:29
Almaniyada uçmuş evin dağıntılarının altında meyitlər tapılıb
22-05-2026, 09:22
Ebola virusundan ölənlərin sayı artır
22-05-2026, 09:13
Bakı-Tbilisi qatarının bilet satışına start verilib