Azərbaycanlı qızın videoları xristianları da dilə gətirdi – VİDEO

Bloqda əsasən Rusiyada müsəlman qızların həyatından bəhs edilir
Rusiyada yaşayan azərbaycanlı Aydan Məmmədova “Youtube”da açdığı “müsəlmanın bloqu” kanalı ilə rus dilli əhali arasında məşhurlaşıb.
Onun açdığı kanalın çox aktiv mövzusu və istiqaməti var. Qız İslam dini haqqında və Rusiyada müsəlman qızların həyatından bəhs edərək müsəlmanlar barəsində yayılan yanlış stereotipləri dağıtmağa çalışır.
Aydan Məmmədovanı “Youtube”da ilk müsəlman rus qızı adlandırırlar. Onun müraciətləri bütün rusdilli auditoriyaya ünvanlanıb.
Ənənəvi azərbaycanlı ailəsində anadan olan Aydan Məmmədova öz müsahibələrində bundan bəhs edib və həttə ayrıca videoçarx da hazırlayıb.
Azərbaycanlı qızın öz “Youtube” kanalında paylaşdığı video
“Mən öz bloqumu islam dininə inanan və onun haqqında mənfi fikirlərə sahib insanların baxması üçün yaratdım. Fikirləşdim ki, mən insanlara 1-ci kanal vasitəsilə müraciət edə bilməsəm də öz bloqum vasitəsilə sözümü çatdıra və daha çox auditoriya toplaya bilərəm”, – deyə Aydan saytlardan birinə verdiyi müsahibədə bildirib.
Çox keçmədən “müsəlmanın bloqu” 70 mindən çox izləyici toplaya bilib. Bloqu tez-tez müsəlmanlar, başqa dinin nümayəndələri və həttə Allaha inanmayanlar da izləyir.
“Mən xristianam, lakin onun videolarını izləməyi sevirəm”, “Mən ateistəm, ancaq müsəlmanların adət-ənənələri haqqında bilmək mənə çox maraqlıdır”, “O, mənin müsəlman qızları haqqında olan fikirlərimi yaxşı mənada dəyişdi”, – deyə Aydanın paylaşdığı videoların altında yazılan şərhlərdə deyilir.
Aydan Məmmədovanın Ramazan ayı haqqında paylaşdığı video
Aydan Məmmədova öz kanalında müxtəlif mövzulara – dini bayramlar, hicab, namaz kimi mövzulara toxunur və eləcə də İslamda gözəllik və özünütəkmilləşdirmə ilə bağlı sualları cavablandırır.
Ölkəsindən uzaqda yaşamasına baxmayaraq valideynləri Aydanı milli ruhda böyüdüblər.
“Mən Rusiyada böyümüşəm. Bizim evdə xüsusi atmosfer var. Valideynlərim məni və qardaşımı vətəndən uzaq olmağımıza baxmayaraq milli ruhda böyüdüb. Bizə milli ədəbiyyatımıza məhəbbət tərənnüm edilib”, – deyə Aydan daha bir müsahibəsində bildirib.
Gənc qız əmindir ki, onun paylaşdığı videolar sayəsində İslama qarşı münasibət dəyişəcək.
Bu gün, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Bu gün, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Bu gün, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Bu gün, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Bu gün, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Bu gün, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Bu gün, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Bu gün, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Bu gün, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Bu gün, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Dünən, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Dünən, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Dünən, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Dünən, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dünən, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Dünən, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Dünən, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Dünən, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Dünən, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Dünən, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Dünən, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Dünən, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Dünən, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Dünən, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Dünən, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Dünən, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?