Azərbaycanlı qadın Hindistanda necə din xadimi oldu? - FOTO + VİDEO
Qadın öləndən sonra hindlilər onu ruhani ustad elan ediblər
Əslən Şəkidən olan Sumqayıt şəhər sakini, 74 yaşlı Zemfira Mustafayeva Hindistanda din xadimi kimi işləyib.
Virtualaz.org xəbər verir ki, qadın Hindistanın dağ kəndində məbədi abadlaşdırıb. Bundan sonra ölkənin dörd bir yanından məbədə, əcnəbi qadını görmək üçün yüzlərlə insan
Əyalət meri dağ kəndinin abadlaşdırılmasına yardım edib. Heç vaxt işıq, qaz xətti olmayan kəndə elektrik, qaz verilib. Qadın öləndən sonra isə hindlilər onu ruhani ustad elan ediblər, şəkili qadının heykəlləri ucaldılıb.
İndiyədək onunla bağlı bir çox qəzetlərdə məlumatlar yerləşdirilib. Z.Mustafayeva xarici mətbuata açıqlamasında Hindistana gəlməzdən əvvəl qəribə yuxular gördüyünü deyib.
“Hindistanda dini məbəd gördüm. Məbəd dağılmışdı, gəlib-gedən yox idi. Orada din xadimi kimi qarşılandığımı, dini ayinlər yerinə yetirdiyimi görürdüm. Sonra səslər eşidirdim, mənim o məbədə getməyimi istəyirdilər”, - deyə qadın müsahibələrində bildirib.
Yaxınlarının israrına baxmayan qadın Hindistana gedib və yuxusunda gördüyü məbədi axtarıb.
“Məbəd Hindistanın cənub ərazisindəki Andra-Pradeşdə, Vedadri kəndi yaxınlığında yerləşir. Məbədin adı Qadadridir və kənddən 2-2,5 kilometr uzaqda dağın zirvəsindədir”, - mətbuat yazır.
Hindistanda yaşayan azərbaycanlı iş adamı Həbib Bağırovun sözlərinə görə, məbədin yerləşdiyi ərazi çox gözəldir. Məbədin yaxınlığından Krişna çayı axır. Lakin məbəd əvvəllər, qadının yuxuda gördüyü kimi, baxımsız olub.
Sadəcə həftədə bir dəfə ora kahin baş çəkib. Məbədin ətrafı meymun, ilan və yırtıcılarla dolu olub. Odur ki, kənd sakinləri ora gedə bilmirmiş. Qadının məbəddə qalmasının mümkün olmayacağını, yırtıcılar tərəfindən öldürüləcəyini güman edirlərmiş. Lakin qadın məbəddə yaşamağa başlayıb. Qadın elə orada, Hindistanda xidmət etdiyi məbəddə dünyasını dəyişib.
İndi Hindistanın hər tərəfindən bu azərbaycanlı qadının yaratdığı məbədi görmək üçün hər gün yüzlərlə turist kəndə axışır.
Dünən, 20:14
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Dünən, 19:13
Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI
Dünən, 19:10
Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
İsrail açıqladı: ABŞ Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
Dünən, 15:30
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
Dünən, 14:22
Çin İranı bu məqsədlə qurban verir: Tayvanla müharibəsi
Dünən, 14:00
İstefa verən Kent: Xamenei ölümündən əvvəl...
Dünən, 13:02
Bakıda qadınların 200-1000 manata aşkar "satışa" çıxarıldığı əxlaqsız sayt kimindir?
Dünən, 12:48
DİN: Qarabağa səfər zamanı tezalışan maddələrin aparılması qəti qadağandır
Dünən, 12:40
Paytaxtda möhtəşəm Novruz şənliyi - Fotolar
Dünən, 12:30
Ən kiçik diqqətsizlik ağır nəticələrə səbəb ola bilər... - BDYPİ-dən çağırış
Dünən, 11:26
Bayram namazının vaxtı açıqlandı
Dünən, 11:22
Qətər iranlı diplomatların 24 saata ölkəni tərk etməyi tələb etdi
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır
Dünən, 11:14
Bolton: İranda generallardan ibarət hərbi hökumət yaradılacaq
Dünən, 11:11
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb
Dünən, 10:58
Azərbaycan, Türkiyə və daha 10 ölkə İrana çağırış edib
Dünən, 10:54
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Dünən, 09:45
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Dünən, 09:38
Hansı ölkələr Azərbaycanla ticarət dövriyyəsini artırıb?
Dünən, 09:34
Qubadada ər arvadını öldürüb intihar etdi
Dünən, 09:25
Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA
Dünən, 09:18
"20 Yanvar" metro stansiyasında törədilən terror aktından 32 il keçir
Dünən, 09:00
Öldürülən liderlər, yaşayan sistem-İranın sirri
18-03-2026, 18:00
Azyaşlı Prezidentin avtomobilinə əyləşdi: maraqlı görüntülər - VİDEO
18-03-2026, 17:54
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
18-03-2026, 17:49
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib