Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin mövcud cəbhə xətti boyunca dondurulmasına və sülh sazişinin dərhal imzalanmasına hazır olduğunu bəyan edib. Lakin o, bunun üçün Ukraynanın əlavə ərazilərdən imtina etməyəcəyini vurğulayıb.
Zelenski bu barədə ABC News-a müsahibəsində danışıb.
“Biz bu müharibəni ən qısa zamanda dayandırmağa hazırıq”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Rusiyanın Ukrayna ərazisinin 25 faizinə nəzarət etməsi şərti ilə razılaşmanın mümkünlüyü barədə suala cavabında Moskvanın hazırda ölkə ərazisinin 19,3 faizinə nəzarət etdiyini söyləyib.
“Onlar ərazimizin 25 faizini işğal etməyiblər. Bu rəqəmdən danışmaq bizim Donbasdan könüllü çəkilməyimiz deməkdir. Biz buna razı ola bilmərik”, – deyə prezident vurğulayıb.
Ukrayna lideri işğal altındakı ərazilərin Rusiyaya məxsusluğunun hüquqi baxımdan tanınmasını da qətiyyətlə rədd edib. "Əlbəttə ki, biz buna razı olmayacağıq. Müvəqqəti işğal olunmuş ərazinin Rusiyaya məxsus olması ilə bağlı təkliflər eşitmişəm", - deyə o əlavə edib.
Zelenski ölkəsinin hazırkı şəraitdə zəif rəhbərliyə dözə bilməyəcəyini də bildirib:
“Ukrayna sağ qalmaq istəyirsə, güclü orduya, güclü prezidentə və güclü xalqa ehtiyacı var. Mənə edilən istənilən təzyiqə cavab verəcəyəm. Əks halda, bizi yeyib qurtaracaqlar”.
Dünən, 16:00
Fəlakət qapıdadır! Etirazlar böyüyür: Noyabrın 5-də... - ŞOK
Dünən, 15:30
Netanyahu son günlərdə dəfələrlə Trampdan siyasi dəstək istəyib
Dünən, 14:22
Bu türkdilli ölkədə məscidlərdə təftiş başladı
Dünən, 13:02
Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar
Dünən, 13:00
Müsəlman şəhərində Ukrayna danışıqları – Donbas verilirmi?
Dünən, 12:58
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
Dünən, 12:39
Zəngəzur dəhlizində MÜHÜM gəlişmə - sülhə qədər...
Dünən, 12:11
İlon Maskdan SƏRT BƏYANAT: "Sonsuz müharibə tərəfdarları cəhənnəmdə yansınlar!"
Dünən, 12:06
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
Dünən, 11:42
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Dünən, 11:27
Bakı ilk dəfə bununla bağlı İrana XƏBƏRDARLIQ ETDİ: "40 milyon azərbaycanlı..."
Dünən, 11:04
Deputatın həbsdəki oğlu bu partiyanın üzvüdür - MARAQLI FAKT
Dünən, 11:00
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:39
Erməni müxalifəti Paşinyanın qələbəsindən qəzəbləndi
Dünən, 10:21
“Ceyhun Sabunçu” kimdir? – Şok detallar üzə çıxır
Dünən, 09:59
Bu küçədə hərəkət məhdudlaşdırılır
Dünən, 09:53
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Dünən, 09:49
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
Dünən, 09:46
Silva yenidən Braziliya Prezidenti seçildi
Dünən, 09:42
Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?
Dünən, 09:38
Deputatın oğlunun da iştirak etdiyi davaya görə əlavə həbslər var - ADLAR
Dünən, 09:34
14 yolda tıxac var - Sürücülərin nəzərinə!
Dünən, 09:00
Tələbələr 14 illik iqtidara son qoydu - Hakimiyyət müxalifətə keçir
24-10-2026, 12:52
Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
24-10-2026, 12:48
AzTV üçün yeni bina tikiləcək
24-10-2026, 12:40
Azərbaycan XİN İordaniyaya başsağlığı verdi
24-10-2026, 12:35
Bakıda kütləvi dava - İştirakçılardan biri deputatın oğludur