Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər “Tiqranashen” adlandırır-red.) kəndini “erməni yaşayış məntəqəsi” hesab etdiklərini bildiriblər və onun Azərbaycana təhvil verilməsinin əleyhinə çıxıblar. aia.az bu barədə erməni mediasına istinadən bildirir. Sorğunun nəticələrini “Gallup International” Assosiasiyasının Ermənistan filialının direktoru Aram Navasardyan təqdim edib.
“Sorğuda iştirak edənlərin 59%-i hesab edir ki, Tiqranashen erməni yaşayış məntəqəsidir və Ermənistan hakimiyyətinin onu Azərbaycana təhvil vermək hüququ yoxdur”, - deyə Navasardyan bildirib.
Bundan əlavə, respondentlərin 21%-i Kərkinin strateji əhəmiyyət daşıdığını və onun Azərbaycana verilməsinin Ermənistan üçün təhlükəsizlik riskləri yaratdığını qeyd edib. Navasardyanın sözlərinə görə, respondentlərin yalnız 6,4%-i Kərkinin Ermənistan ərazisi olmadığını və onun Azərbaycana təhvil verilməli olduğunu düşünür. Digər 3,5%-i fərqli fikir bildirib, 10,1%-i isə sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğu sentyabrın 22-dən 24-dək 1000 sakin arasında keçirilib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Kərkinin və Qazax rayonunun işğal altındakı kəndlərinin Azərbaycana məxsus olduğunu bildirmişdi, bu ərazilərin Ermənistanın xəritəsinə daxil olmadığını xatırlatmışdı. Paşinyan hətta Kərkini öz adı ilə adlandıraraq qeyd etmişdi ki, əks mövqedə dayanmaq müharibəyə çağırış etməkdir. Bundan sonra revanşistlərin Kərkiyə səfəri təşkil olunmuşdu və parlamentdəki radikalların da iştirakı ilə Kərkidə ağacəkmə kampaniyası keçirilmiş, bu ərazinin qaytarılmasının mümkünsüzlüyü barədə sərsəm açıqlamalar verilmişdi. Sorğunun məhz bundan sonra keçirilməsi də maraqlıdır. Bu rəy həm də erməni ictimai fikrində radikalların artmasından, eyni zamanda gərginliyi körükləmək istəyən xarici qüvvələrin də hərəkətə keçməyindən xəbər verir.
Ermənistanda revanşist meyllərin cəmiyyətin rəyində də əksini tapması təhlükəli perspektivlərdən və yeni toqquşma riskindən xəbər verir. Belə görünür 44 günlük savaş Ermənistana dərs olmayıb…
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən