Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: "Onlar bizə nümunədir"

Ukraynalı tanınmış jurnalist Dmitri Qordon Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı səsləndirdiyi fikirlərlə geniş rezonans doğurub. Onun açıqlamaları rusdilli və ukraynadilli informasiya məkanında sürətlə yayılaraq trendə çevrilib.
Qordon bu səfəri xüsusi vurğulayaraq bildirib:
“Mən bunu böyük hadisə hesab edirəm. Müharibə başlayandan bəri Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana ilk səfəri, onun prezident İlham Əliyevlə görüşü...”
Jurnalist İlham Əliyevin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi də ayrıca qeyd edib:
“Azərbaycan Prezidentinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə sözləri… bunlar çox vacibdir.”
Qordon çıxışında Azərbaycanın inkişaf modelinə və strateji siyasətinə geniş yer ayıraraq onu nümunə kimi təqdim edib:
“Ümumiyyətlə, əlbəttə ki, bizim üçün Azərbaycan bir nümunədir. Təkcə heyrətamiz iqtisadi inkişafda deyil, təkcə ölkəni birləşdirmək bacarığında deyil, həm də özünə məxsus olanı geri almaq bacarığında bir nümunədir.”
Onun sözlərinə görə, Azərbaycanın uğuru mürəkkəb beynəlxalq şəraitdə əldə olunub:
“Çünki hər şey Azərbaycanın əleyhinə idi: həm Rusiya, həm Ermənistan, əlbəttə, həm bir çox avropalılar, həm də bir çox amerikalılar. Hamı onlara deyirdi: ‘Barışın, Qarabağı verin, hər şey yaxşı olacaq’.”
Qordon bu çağırışlara baxmayaraq Bakının geri çəkilmədiyini xüsusi vurğulayıb:
“Xeyr! Onlar öz arzularını həyata keçirdilər. Yavaş-yavaş, amma əminliklə, çox məqsədyönlü, çox diqqətli, çox dəqiq şəkildə öz hədəflərinə doğru getdilər.”
Jurnalist Azərbaycanın nəticədə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb:
“Bu ən güclü dövlət siyasəti sayəsində onlar özlərinə məxsus olanı geri aldılar. İndi onlarda suverenlik bərpa olunub, dövlətin ərazi bütövlüyü bərpa olunub.”
O, çıxışını açıq heyranlıq ifadəsi ilə yekunlaşdırıb: “Mən Azərbaycanın etdiklərini alqışlayıram, buna heyranam.”
Qordonun bu fikirləri yayıldığı video materialda Qəbələdə baş tutan Əliyev–Zelenski görüşünün görüntüləri ilə müşayiət olunur. Liderlər arasında səmimi və isti təmasların əks olunduğu kadrlar mesajın təsirini daha da gücləndirir.
Qeyd edək ki, milyonlarla izləyicisi olan Qordonun bu cür açıqlamaları MDB məkanında ictimai rəyin formalaşmasına ciddi təsir göstərir. Bu baxımdan onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər ölkənin həyata keçirdiyi siyasi kursun beynəlxalq media müstəvisində də yüksək qiymətləndirildiyini göstərir. Beləliklə görünən budur ki, Azərbaycanın regionda formalaşdırdığı siyasi xətt və əldə etdiyi nəticələr təkcə rəsmi diplomatik platformalarda deyil, eyni zamanda beynəlxalq media və ictimai rəy liderləri tərəfindən də açıq şəkildə etiraf olunur.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan modeli artıq yalnız regional deyil, daha geniş coğrafiyada diqqətlə izlənən və nümunə kimi təqdim olunan siyasi kursa çevrilib.musavat.com
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
22-05-2026, 15:30
Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası
22-05-2026, 13:23
Xocavənd şəhərinə daha 17 ailə yola salınıb
22-05-2026, 13:17
Sabahdan bu zolaqlar qüvvədən düşür
22-05-2026, 13:12
Azərbaycanda yeni cərimələr müəyyənləşir
22-05-2026, 13:08
İlham Əliyev Avrasiya Milli Universitetinin rektorunu təbrik edib
22-05-2026, 12:37
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
22-05-2026, 12:02
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
22-05-2026, 11:57
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22-05-2026, 11:48
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
22-05-2026, 11:14
Paşinyanın rəqibindən Azərbaycana HƏDƏ - Rusun "TULASI" bizi hədələyir
22-05-2026, 10:37
Naxçıvanda hərbçi faciəli şəkildə öldü - FOTOLAR
22-05-2026, 10:31
DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub
22-05-2026, 10:26
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
22-05-2026, 09:45
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub - FOTOLAR
22-05-2026, 09:36
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTOLAR
22-05-2026, 09:29
Almaniyada uçmuş evin dağıntılarının altında meyitlər tapılıb
22-05-2026, 09:22
Ebola virusundan ölənlərin sayı artır
22-05-2026, 09:13
Bakı-Tbilisi qatarının bilet satışına start verilib