“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Dunya
Oxunub: 62
20 apr 2026 | 16:00
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA


ABŞ-nin “kölgə kəşfiyyatı” sayılan “Stratfor” hesab edir ki, Rusiya İrəvanı Moskvadan birdəfəlik uzaqlaşdıracaq hərəkətlərdən çəkinməsi üçün Ermənistana təzyiq göstərməyə çalışacaq. Beyin mərkəzinə görə, Rusiyanın dövlət şirkəti tərəfindən idarə olunan Ermənistan dəmir yolları üzərində nəzarət mübahisə mövzusu olaraq qalır. “Bu məsələ xüsusilə Ermənistanın ABŞ-ın dəstəklədiyi TRIPP tranzit dəhlizində iştirak istəyi nəzərə alınmaqla kəskinləşib”, - təhlildə vurğulanır.

Hesabatda Rusiyanın sərəncamında geniş təzyiq vasitələrinin olduğuna diqqət çəkilir. Bura əsasən ticarət və gömrük məhdudiyyətləri, yüksək qaz qiymətləri, Metsamor AES-İ və Gümrüdəki hərbi baza vasitəsilə təsirlər, eləcə də pul köçürmələrinə və Ermənistan vətəndaşlarının Rusiya əmək bazarına çıxışına məhdudiyyətlər daxildir. Bununla belə, Stratfor xəbərdarlıq edir ki, həddindən artıq sərt tədbirlər parlament seçkiləri ərəfəsində Ermənistanda Kremlə qarşı narazı ovqatı gücləndirə və Moskvanın yavaşlatmağa çalışdığı prosesləri sürətləndirə bilər.

Analitiklərə görə, Rusiyanın cavabının miqyası və vaxtı 4-5 may tarixlərində İrəvanda keçirilməsi planlaşdırılan Avropa İttifaqı-Ermənistan sammitinin nəticələrindən asılı olacaq. “Brüssel enerji, nəqliyyat əlaqəsi və siyasi münasibətlər sahələrində nə qədər konkret dəstək təklif edərsə, Kremlin sərt reaksiyaları bir o qədər çox olacaq”.

“Stratfor” ardınca qeyd edib ki, Yaxın Şərqdəki qeyri-sabitlik, həmçinin Qərb tərəfdaşlarının Ermənistan-İran sərhədi yaxınlığında investisiyaların mümkünlüyünü yenidən nəzərdən keçirməsi yaxın gələcəkdə TRIPP-nin (Zəngəzur dəhlizinin) reallaşmasını ləngidəcək. “Lakin uzunmüddətli perspektivdə regionda müharibə nə qədər paradoksal görünsə də, Cənubi Qafqaz və Orta Asiyadan keçən Rusiyadan kənar dəhlizlərin strateji əsaslandırılmasını gücləndirə bilər. İrandakı münaqişə Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvana çıxışını (Araz üzərindən – red.) uzadarsa və məhdudlaşdırarsa, Bakı Ermənistan vasitəsilə alternativ marşrutlar inkişaf etdirməyə məcbur olacaq ki, bu da TRIPP-nin həm kommersiya, həm də siyasi məntiqini gücləndirəcək”, - məqalədə vurğulanır.

“Stratfor” nə dərəcədə haqlıdır?

Siyasi ekspert Oqtay Qasımovun Musavat.com-a bildirdiyinə görə, Yaxın Şərqdə müharibə başlayandan sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif iddialar ortaya atılıb. "Bu iddialar əsasən ondan ibarətdir ki, müharibə dəhlizin açılmasını uzun müddət ləngidə bilər. Xüsusən də Rusiyadan son bəyanatlar və İranla müharibə belə düşünməyə əsas yaradıb. Təbii ki, 8 avqustda imzalanan razılaşma Rusiyanı məmnun etməyib. Ancaq ABŞ-nin iradəsinə qarşı çıxmaq imkanı da məhdud idi və Moskva təmkinli davranır, vaxtaşırı üçtərəfli sənədi yada salırdı. İndi isə bu layihəyə təpki Rusiyadan daha çox İrandan gələ bilər. Nəzərə alsaq ki, Tehran bu prosesi baltalamağa çalışıb. Hətta 2024-cü ildə Rusiya və İran arasında bu marşrutla bağlı fikir ayrılığı meydana gəldi, gərgin polemikalar yaşandı, İranda anti-Rusiya təbliğatı başlandı. Ancaq İran bu müharibədə üstün olsaydı və şərtlərini qəbul etdirə bilsəydi, bəli, onda Zəngəzur dəhlizi ilə bağlı problem yaradardı. Bundan sonra da mane olmağa çalışacaq, amma buna gücü çatacaqmı? Reallıq bu deyil və İranın dəhlizin açılmasına uzun müddət əngəl olacağını gözləmirəm. Əgər ABŞ ilə İran arasında son müzakirələrdə razılaşma olarsa, anlaşmanın bir hissəsi də TRİPP-lə bağlı ola bilər", - deyə ekspert bildirib.

O. Qasımova görə, Rusiyanın Ermənistan iqtisadiyyatında dominant rolu var: "Xüsusən enerji sektorunda, mədənçilikdə və dəmiryolunda inhisarı var. Həmçinin 102-ci hərbi bazası Ermənistanda yerləşir. Sadəcə, Rusiya daha çox seçkilərin nəticələrinə fokuslanıb. Məqsəd Paşinyan hakimiyyətini zəiflətmək, öz əlaltılarını iqtidara gətirmək və bu proseslərə təsir göstərməkdir. Əgər Paşinyan qalib gələrsə, o halda Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq. Bunu özü də bəyan etdi. O baxımdan, Rusiya və İran "Tramp yolu"na əngəl olmağa can atacaqlar, amma bu pozucu fəaliyyət istədikləri nəticəni verməyəcək. Üstəlik, ABŞ və Çin liderlərinin mayda keçiriləcək görüşündə Orta dəhlizin də müzakirəsi gözləniləndir. Nəzərə alaq ki, bu logistika Pekinin marağındadır, elə olan təqdirdə Rusiya və İran Çinlə münasibətləri korlamaq istəməzlər. Odur ki, müəyyən ləngimə ola bilər, amma uzun çəkməz. Ermənistandakı seçkilərdən sonra layihənin icrası istiqamətində proseslər sürətlənə bilər".
Dünən, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Dünən, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Dünən, 10:18
Polis əməliyyat keçirdi
Dünən, 10:10
Şuşada TDT Forumu keçirilir
Dünən, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12-06-2026, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
12-06-2026, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
12-06-2026, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
12-06-2026, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
12-06-2026, 11:59
Orta aylıq maaş 1200 manata çatır
12-06-2026, 11:24
Prezident həmkarını təbrik etdi
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
12-06-2026, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
12-06-2026, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
12-06-2026, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
12-06-2026, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
12-06-2026, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
12-06-2026, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
12-06-2026, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq