Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
Türkiyə və Ermənistan arasında onillərlə bağlı qalan sərhədlə bağlı yeni gəlişmə var.
Musavat.com xəbər verir ki, “Deutsche Welle”nin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı olan sərhəd yaxın aylarda açıla bilər.
Məlumata əsasən, Alican-Akyaka sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlaması üçün Ermənistan tərəfi hazırlıqları artıq tamamlayıb, Türkiyə isə son mərhələdədir.
Qeyd olunur ki, sərhəd 1993-cü ildən bağlıdır və bu addım iki ölkə arasında münasibətlərdə ciddi dönüş nöqtəsi ola bilər. Məlumata görə, Ermənistan Türkiyənin şərq vilayətləri ilə də sərhədin açılmasına böyük ümidlər bəsləyir.
Sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyan üçün mühüm siyasi üstünlük hesab olunur. Əgər bu proses parlament seçkilərinədən (iyun) əvvəl baş tutsa, bu, onun mövqelərini gücləndirə bilər. Hazırda iki ölkə arasında ticarət Gürcüstan üzərindən həyata keçirilir və illik dövriyyə 300–350 milyon dollar civarındadır. Türkiyə-Ermənistan İş Şurasının rəhbəri Kaan Soyak hesab edir ki, birbaşa əlaqə qurulacağı təqdirdə bu rəqəm 1 milyard dollara qədər arta bilər.
Bəs seçkilərədək, yəni Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Ankaranın Paşinyan hökumətinə bu sürprizi mümkünmü? Bakının reaksiyası necə olar?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Türkiyə tərəfi Azərbaycanla bu məsələni razılaşdırıb, sonra qərar verəcək. Bu barədə o, Musavat.com-a açıqlamasında bildirib:
“Ermənistan və Türkiyə arasında sərhədlərinin açılması ilə bağlı danışıqlar uzun müddətdir ki, gedir. Hətta hər iki tərəfdə sərhəd məntəqələri xeyli zamandır ki, hazır vəziyyətə gətirilib, texniki imkanlarla təmin olunub. Əslində, mövcud münasibətlər sərhədlərin açılmasına əngəl yaratmır. Ermənistan baş naziri, parlament sədri dəfələrlə qondarma erməni soyqırımı ilə bağlı mövqelərini bildiriblər. Azərbaycan-Ermənistan arasında olan münasibətlərdə də hər hansı ciddi gərginlik yoxdur.
Yəni, real vəziyyətin sərhədin açılmasına problem yaratmadığını söyləmək olar. 44 günlük müharibə bitəndən sonra sərhədlərin açılacağı ilə bağlı bəyanatlar verilirdi. Eyni zamanda, Zəngəzur dəhlizi ilə Naxçıvana yolun aşılması da gündəlikdə idi. Üç ölkə eyni vaxtda bir biri ilə kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar aparırdı. Keçən ilin avqust ayının 8 də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə keçirilən görüşdən sonra yeni mərhələ başladı. Naxçıvana quru yolunu təmin edəcək TRİPP marşrutu layihəsi razılaşdırıldı. Hazırda bu yolun açılması ABŞ-nin nə qədər tez bu işə başlaması və Ermənistanın da üzərinə düşənləri həyata keçirməsi ilə bağlıdır”.
Partiya sədrinə görə, gedən proseslərdən Azərbaycan tərəfinin kifayət qədər məlumatı var:
“Bu barədə həm rəsmi Vaşinqtonla, həm də rəsmi İrəvanla danışıqlar və məsləhətməşmələr gedib və gedir. Ermənistanda parlament seçkiləri ərəfəsində Türkiyə ilə sərhədlərin açılması Paşinyanın partiyası üçün əlavə səslər gətirə biləcək addım olardı. Türkiyə onsuz da Ermənistanla qarşılıqlı iqtisadi-ticarət münasibətlərini davam etdirir. Sadəcə, bu ya hava yolu ilə, ya da Gürcüstan vasitəsi ilə həyata keçirilir. Azərbaycan da keçən ilin payızından öz ərazisindən Ermənistana tranzit olaraq keçən yüklərin daşınmasına icazə verib, yanacaq məhsulları satıb və s.
Bu gedişat artan xətt üzrə gedərsə, gələcəkdə quru sərhədlərin açılması da tezləşə bilər. Amma indiki halda, qısa müddətdə Ermənistan Türkiyə sərhədinin açılacağı ilə bağlı qətinə isə demək bir az çətindir. Çox güman ki, bu məsələni Türkiyə tərəfi Azərbaycan ilə razılaşdırandan sonra edə bilər. Həmçinin, Nikol Paşinyan da böyük ehtimalla Azərbaycandan bu addıma dəstək verməsini xahiş edə bilər. Amma nəticənin necə olacağını indidən demək çətindir”.
Dünən, 11:58
Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO
Dünən, 10:32
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Dünən, 10:25
Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb
Dünən, 10:21
Ağ Evdən Tehrana böyük jest: Dondurulmuş 6 milyard dollar istifadəsinə icazə verdi
Dünən, 09:55
Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə "KamAZ" hədiyyə etdi - FOTO - VİDEO
Dünən, 09:00
30 ədəd qızılağac kəsildi - Cinayət işi başladı
10-04-2026, 16:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
10-04-2026, 15:33
Prezident onları "Tərəqqi" medalı ilə təltif edib
10-04-2026, 15:30
Zəngəzur dəhlizinə TƏHLÜKƏ var? - ABŞ-dan KRİTİK reaksiya
10-04-2026, 14:22
Paşinyana “50%-lik baryer” təhlükəsi ciddiləşir
10-04-2026, 13:34
Səudiyyə Ərəbistanına ağır zərbə – "Şərq-Qərb" kəməri vuruldu, neft hasilatı çökür
10-04-2026, 13:30
Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb
10-04-2026, 13:26
MM-də təklif: Bu əmələ görə cərimə 1000-dək qaldırılsın
10-04-2026, 12:48
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
10-04-2026, 12:45
Azərbaycanda bu əməli törədənlər həbs ediləcək
10-04-2026, 11:40
Bu şəxslər məcburi işdən çıxarılacaq
10-04-2026, 11:34
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR
10-04-2026, 11:30
Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq
10-04-2026, 11:04
Azərbaycanda gömrüklə bağlı daha bir yenilik
10-04-2026, 10:48
Kirayə bazarında qiymətlər kəskin qalxdı
10-04-2026, 09:44
Dünya mediası yazdı: Tramp müharibəni uduzdu
10-04-2026, 09:41
Müctəba Xamenei: İran müharibədə qalib gəlib
10-04-2026, 09:31
Yaponiya neft ehtiyaclarını təmin etmək üçün Azərbaycandan əlavə həcmlər alır
10-04-2026, 09:26
Ərdoğanla Pezeşkianla danışdı
10-04-2026, 09:21
"The Guardian": Trampın komandasının Ukraynaya qarşı səbri tükənir
10-04-2026, 09:18
Bakının bir sıra yollarında tıxac yaranıb
10-04-2026, 09:00
Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycanın nəzarətinə keçdi?