İran OD İÇİNDƏ: Paytaxtdan limanlara qədər hər yer BOMBALANIR
Dunya
Oxunub: 90
7 apr 2026 | 10:22
İran OD İÇİNDƏ: Paytaxtdan limanlara qədər hər yer BOMBALANIR


Aprelin 7-nə keçən gecə və çərşənbə axşamı səhər saatlarında İranın bütün ərazisində, Tehrandan tutmuş ölkənin cənub sahillərinə qədər geniş bir zonada silsilə partlayışlar baş verib.

Bu barədə "Iran International" nəşri şahidlərin verdiyi məlumatlara istinadən məlumat yayıb.

Məlumata görə, Tehran ətrafındakı yaşayış məntəqələrində bir neçə dəqiqəlik intervalla partlayış səsləri eşidilib. Yerli vaxtla saat 03:00 radələrində (Bakı vaxtı ilə 03:30) Kərəc, Şəhriyar və Pərdis şəhərlərində partlayışlar qeydə alınıb. Eyni zamanda, İranın cənub sahilləri boyunca strateji əhəmiyyətli hərbi obyektlərin yaxınlığında da aktivlik müşahidə olunub.

Hörmüz boğazı yaxınlığındakı Cask limanında hərbi-dəniz zonasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirildiyi, Çabaharda isə Şəhid Kalantari və Tis limanları ilə yanaşı "İmam Əli" bazasının yaxınlığında partlayışların baş verdiyi bildirilir.

Hücumlar ölkənin mərkəzi və cənub şəhərlərini də əhatə edib. Yəzd şəhərində sübh çağı bir neçə zərbə səsi eşidilib, neftlə zəngin Xuzistan vilayətinin mərkəzi Əhvazda isə sakinlər qırıcı təyyarələrin ardıcıl hücumlarını qeydə alıblar. Səhər saatlarında Şiraz şəhərində iki güclü partlayış baş verib, paytaxt Tehrandakı "Mehrabad" hava limanında isə gecə reydlərindən sonra yanğın başladığı qeyd olunur.

"Politico" nəşrinin Pentaqondakı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi hədəf alınacaq İran enerji obyektlərinin siyahısını genişləndirir. Buraya həm hərbi, həm də mülki əhalini yanacaq və elektrik enerjisi ilə təmin edən infrastruktur obyektləri daxil edilib. Bildirilir ki, bu cür hədəf seçimi gələcəkdə hərbi cinayət ittihamlarından qorunmaq üçün hüquqi zəmin yarada bilər.

Digər tərəfdən, İsrail ordusu İran əhalisinə xəbərdarlıq edərək, yerli vaxtla saat 21:00-a qədər qatarlardan və dəmir yolu xətlərindən uzaq durmağı tövsiyə edib. İsrail Müdafiə Ordusu (İDF) bu ərazilərdə olmağın insanların həyatı üçün təhlükə törətdiyini bəyan edib.
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"