İranda hakimiyyətin simvolları darmadağın edilir, Süleymani heykəli aşırıldı – Molla rejiminin sonu gəldi...
Dunya
Oxunub: 86
8 yan 2026 | 14:00
İranda hakimiyyətin simvolları darmadağın edilir, Süleymani heykəli aşırıldı – Molla rejiminin sonu gəldi...


Hazırda İranda genişmiqyaslı xalq etirazları davam edir.

Musavat.com xəbər verir ki, baş verən proseslər təkcə lokal aksiyalarla məhdudlaşmır, bəzi hallarda kortəbii iğtişaş və açıq üsyan xarakteri alır.

Daxil olan son məlumatlara görə, ölkənin ən azı üç böyük şəhərində vəziyyət etirazçıların nəzarəti altına keçib və rəsmi Tehran hadisələrin qarşısını almaqda ciddi çətinlik yaşayır.

Müxtəlif sosial şəbəkələrdə yayılan videolardan və sosial mediada gedən xəbərlərdən aydın olur ki, etirazlar həm farsların sıx yaşadığı bölgələrdə, həm də digər etnik qrupların məskunlaşdığı ərazilərdə eyni intensivliklə davam edir. Qarşıdurmalar zamanı ölən və yaralananların sayının az olmadığı bildirilir. İran hökuməti isə vəziyyəti nə nəzarətə götürə, nə də etiraz dalğasını səngidə bilir.

Yayılan görüntülər İran cəmiyyətində molla rejiminə qarşı yığılıb qalmış dərin nifrətin açıq şəkildə üzə çıxdığını göstərir. Etirazçılar rəsmi Tehrana bağlı simvolları, dövlət atributlarını, bayraqları, eləcə də rejimi təmsil edən heykəl və abidələri hədəf alırlar. Onlar ya yandırılır, ya da nümayişkaranə şəkildə aşırılır.

Bu cür hadisələrdən ən çox diqqət çəkəni isə İran rejiminin əsas simalarından biri hesab olunan *Qasım Süleymani*nin heykəli ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan kadrlarda Fars əyalətinin mərkəzində yerləşən Süleymani heykəlinin etirazçılar tərəfindən aşırıldığı görünür. Görüntülərdən aydın olur ki, bu addım adi vandalizm deyil, simvolik və dərin siyasi mesaj daşıyan bir aksiyadır.

Etirazçılar heykəli o qədər nifrət və aqressiya ilə yerlə bir edirlər ki, bu mənzərə İran cəmiyyətinin mövcud hakimiyyətdən hansı həddə bezdiyini açıq şəkildə nümayiş etdirir.

Musavat.com-un arayışı: Qasım Süleymani 11 mart 1957-ci ildə anadan olub. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru, xarici əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” qüvvələrinin komandanı olub. Süleymani İranın Yaxın Şərqdə apardığı hərbi-siyasi strategiyanın əsas memarlarından biri sayılırdı və uzun illər ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyidən sonra ikinci ən nüfuzlu şəxs kimi təqdim edilirdi.

2020-ci il yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi raket zərbəsi nəticəsində öldürülüb. Əməliyyat ABŞ-ın o zamankı prezidenti Donald Trampın birbaşa göstərişi ilə icra edilib. Ölümündən sonra ona general-leytenant rütbəsi verilib.
Qasım Süleymani müxtəlif dövrlərdə Azərbaycan dövlətini İran üçün təhlükə kimi qiymətləndirib. O, Azərbaycanın milli maraqlarına qarşı mövqe sərgiləyib, regiondakı proseslərdə Bakının rolunu açıq şəkildə tənqid edib və bir sıra hallarda hədə və təzyiq ritorikasından istifadə edib. Bu səbəbdən onun fiquru Azərbaycan ictimai rəyində də birmənalı qarşılanmayıb.

İranda baş verən son hadisələr göstərir ki, molla rejimi cəmiyyət üzərində ideoloji və psixoloji nəzarəti sürətlə itirir. Rejimin əsas simvollarının, o cümlədən Qasım Süleymaninin heykəllərinin aşırılması artıq təkcə etiraz deyil, mövcud hakimiyyətə qarşı açıq və barışmaz münasibətin ifadəsidir. Bu proseslər fonunda İranın hazırkı siyasi sisteminin gələcəyinin son dərəcə qeyri-müəyyən olduğu qənaəti getdikcə daha çox güclənir.

Musavat.com mövzu ilə bağlı inkişafları izləməkdə davam edir.
Dünən, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Dünən, 10:41
Azərbaycan nefti bahalaşdı
Dünən, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Dünən, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Dünən, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Dünən, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Dünən, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi