Nüvə enerjisinin qaranlıq mirası: Təhlükəli tullantılar harada və necə saxlanılır?
Dunya
Oxunub: 132
25 noy 2025 | 15:30
Nüvə enerjisinin qaranlıq mirası: Təhlükəli tullantılar harada və necə saxlanılır?


Nüvə stansiyaları əsasən elektrik istehsalı üçün istifadə olunur və çox vaxt təmiz enerji mənbəyi kimi təqdim edilir. Lakin gözardı edilə bilməyəcək böyük bir mənfi tərəfi var: Radioaktiv tullantı istehsalı. Bu tullantılar təbiəti etibarilə təhlükəlidir və son dərəcə diqqətli idarəetmə tələb edir.

Cəmiyyətdə geniş yayılan fikirə görə, nüvə tullantıları sonsuza qədər təhlükəli qalır. Amma bu tam doğru deyil. Tullantının radioaktiv qalma müddəti onun növündən asılıdır və radiasiya tamamilə yox olmasa da, zaman keçdikcə gücünü itirir.

Nüvə tullantılarının radioaktivlik səviyyəsi zamanla azalır. Tullantının böyük bir hissəsi cəmi bir neçə onillik ərzində əl ilə idarə edilə biləcək qədər təhlükəsiz olur və səthi obyektlərdə zərərsizləşdirilir. Bu tullantılar müəyyən müddət sonra çıxarıldığı ilk gündəki təbii radioaktivlik səviyyəsinə qayıdır: həmin səviyyə belə konsentrasiyasından asılı olaraq müəyyən risk yarada bilər.

Lakin tullantının çox kiçik bir hissəsi min illər boyu radioaktiv qalır və bunun üçün dərin, uzunmüddətli bir saxlanma həlli tələb olunur. Bu qorxuducu səslənsə də, başqa sənayelərin də civə və kadmium kimi kimyəvi olaraq sonsuza qədər təhlükəli qalan zərərli tullantılar yaratdığını xatırlamaq vacibdir.

Dünya üzrə nüvə enerjisinə maraq artır. Hətta ABŞ hökuməti belə yeni nəsil nüvə reaktorlarının qurulmasını planlaşdırır. Buna görə də, nüvə tullantılarının necə və harada saxlanıldığını anlamaq, həm qısamüddətli, həm də uzunmüddətli obyektlər baxımından böyük əhəmiyyət daşıyır.

Nüvə tullantıları haralarda və necə saxlanılır?

Nüvə tullantılarını təhlükəsiz şəkildə idarə etmək üçün müxtəlif obyektlərdən istifadə edilir və seçilən metod, onun nə qədər müddət radioaktiv qalacağına görə müəyyən olunur.

Səthə yaxın obyektlər (Aşağı səviyyəli tullantılar) - Aşağı səviyyəli və daha qısaömürlü ara tullantılar adətən yer səviyyəsində yerləşən və ya dayaz yeraltı mağaralarındakı zərərsizləşdirmə sahələrinə yerləşdirilir. Bu obyektlər xüsusi mühəndisliklə hazırlanmış tonozlardan istifadə edir. Tonozlar tullantı ilə doldurulur, bağlanır və üzəri qoruyucu torpaq qatları və keçirməz membranlarla örtülür. Britaniya, Fransa, İsveç və Finlandiya kimi ölkələr bu tip obyektləri aktiv şəkildə istismar edir.

Dərin geoloji saxlanma (Yüksək səviyyəli tullantılar) - Daha təhlükəli və uzunömürlü nüvə tullantılar üçün dərin geoloji saxlanma obyektləri istifadə olunur. Bu yeraltı anbarlar yer səthindən bir neçə kilometr dərinliyə qədər uzana bilər və təhlükəsizlik üçün çoxqatlı maneə sisteminə əsaslanır. Tullantının yerləşdirildiyi konteynerlər, bentonit gili kimi mühəndislik materialları və ətrafdakı təbii geoloji strukturlar birlikdə radioaktiv maddələrin səthə çıxmasının qarşısını alır. Dünyada aktiv geoloji saxlanma layihələri mövcuddur və bəzi obyektlər 100 min il ərzində atıq saxlaya biləcək şəkildə dizayn edilir.

Ətraflı
Müvəqqəti və quru saxlanma - Bir çox ölkə uzunmüddətli obyektlər inşa olunana qədər müvəqqəti saxlanma üsullarından da istifadə edir. Yüksək səviyyəli tullantılar və istifadə olunmuş reaktor yanacağı adətən soymasını təmin etmək üçün illərlə hovuzlarda saxlanılır. Sonra polad və betondan hazırlanan quru saxlanma kapsullarına yerləşdirilir. Bu kapsullar yer səthində və ya qismən yer altında saxlanıla bilər və istilik yayan yanacağı onilliklərlə təhlükəsiz qorumaq üçün nəzərdə tutulub.

İstifadə olunmayan ideyalar: Kosmos və okean çökəklikləri

Keçmişdə nüvə atığı saxlanması üçün təklif edilən, lakin istifadə olunmayan bir sıra qeyri-adi fikirlər də var:

Kosmosa göndərmək:

Tullantıları kosmosa, hətta Günəşə göndərmək ideyası bir dövr nəzərdən keçirilib. Lakin raketlərin yüksək dəyəri və ən önəmlisi, belə təhlükəli yük daşıyan uçuşlarda qəza riskinin həddindən artıq böyük olması səbəbilə bu fikir rədd edilib.

Okean çökəklikləri:

Digər fikir tullantıların dalma-batma zonalarındakı dərin okean çökəkliklərinə atılması idi. Amma həm bu bölgələrə çatmağın çətinliyi, həm də dəniz yolu ilə atıq zərərsizləşdirilməsinin artıq beynəlxalq müqavilələrlə qadağan olunması səbəbi ilə bu metod heç vaxt tətbiq edilmədi.

Buz örtükləri:

Nüvə tullantının buz örtüklərinə yerləşdirilməsi də bir vaxtlar nəzərdən keçirilib, lakin 1959-cu il Antarktika Müqaviləsi bu fikri rədd edib. Müqaviləyə görə Antarktika yalnız dinc məqsədlər və elmi əməkdaşlıq üçün istifadə oluna bilər.(qaynarinfo)
Bu gün, 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Bu gün, 15:30
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul
Bu gün, 14:22
Sabah 17 dərəcə isti gözlənilir
Bu gün, 13:36
MAXE-lərlə bağlı mühüm XƏBƏR
Bu gün, 13:11
Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb
Bu gün, 12:30
Dana əti buna görə bahalaşıb
Bu gün, 12:26
Son Dəqiqə: İsrail İrana genişmiqyaslı hücumlar ELAN ETDİ
Bu gün, 12:21
Bu şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
Bu gün, 11:56
ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR
Bu gün, 11:49
SENSASİYA: İranın raket arsenalı və zavodları darmadağın edildi – İsrail 5 min ölü deyir
Bu gün, 11:40
Maşınını texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:00
Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...
Bu gün, 10:38
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə birgə müraciət ediblər
Bu gün, 10:32
İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub
Bu gün, 10:26
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
Bu gün, 09:50
Novruzda diqqətsizlik baha başa gələ bilər - XƏBƏRDARLIQ
Bu gün, 09:44
Dollar dəyişmədi, avro bahalaşdı
Bu gün, 09:39
Azərbaycanda alim ölüb
Bu gün, 09:34
ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb
Bu gün, 09:31
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir
Bu gün, 09:27
"Heç bir halda İranla müharibəyə girməyəcəyik"
Bu gün, 09:23
Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - VİDEO
Bu gün, 09:18
Bu gün İlaxır çərşənbədir
Bu gün, 09:00
SON DƏQİQƏ! Pensiya alanların NƏZƏRİNƏ - Bu qədər şəxs...
Dünən, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Dünən, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Dünən, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq