Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq
Dunya
Oxunub: 129
22 noy 2025 | 09:20
Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq


Avropa dövlətləri, rəsmi Kiyevin kapitulyasiya aktı kimi qəbul etdiyi “Tramp planı”nı rədd etməsindən dərhal sonra Ukraynanın bu mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmədilər... Çünki “qoca qitə” ölkələri indi Ukrayna ilə yanaşı, Avropa dövlətlərinin də gələcək taleyinin məhz ABŞ-Rusiya gizli danışıqlarında həll edildiyinə tamamilə əmin olmağa başlayıblar...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ-Rusiya tandeminin yeni “sülh planı” Ukrayna və Avropa ölkələri üçün olduqca ciddi hərbi təhlükəsizlik problemləri, eləcə də, kollektiv Qərb daxilində möbvud ziddiyyətlərin daha da dərinləşməsini vəd edir. Belə ki, Ağ Ev və Kreml arasında gizli təmasların yekun nəticəsi olduğu iddia edilən yeni “sülh planı” Ukrayna savaşı ilə bağlı siyasi-diplomatik dinamikanı yenidən qəlizləşdirib, kollektiv Qərb daxilində ciddi fikir ayrılıqları yaradıb. Rəsmi Kiyevin yeni “Tramp planı”nı da açıq şəkildə rədd etməsi, Avropa paytaxtlarında siyasi-diplomatik fəallığın kəskin yüksəlməsi və Qərb liderlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə təcili məsləhətləşmələrə başlaması həmin sənədin geopolitik əhəmiyyətini göstərir. Və bu proses yalnız regional təhlükəsizliyə deyil, həm də Qərbin strateji birliyinə, transatlantik münasibətlərə, Ukraynanın suverenliyinə və Avropanın gələcək təhlükəsizlik arxitekturasına olduqca neqativ şəkildə təsir edə bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev yeni “Tramp planı”nı ABŞ-Rusiya tandeminin Ukrayna üçün “kapitulyasiya aktı” hazırlaması kimi qiymətləndirir. Ukraynanın xarici işlər naziri Andrey Sibihanın Ağ Ev sahibi Donald Trampın 28 maddəlik sülh planını “Rusiyanın şərtlərinin təkrar versiyası” adlandıraraq, rədd etməsi rəsmi Kiyevin gözlənildiyindən daha sərt reaksiya verməyə hazırlaşdığını biruzə verir. Və rəsmi Kiyev Tramp-Putin tandeminin Ukraynanın gələcək taeleyini bu dövlətin birbaşa iştirakı olmadan həll etmək cəhdləri ilə barışmaq niyyətində deyil.

Digər tərəfdən, Qərb mətbuatının iddiasına görə, Qərb liderləri ABŞ-Rusiya “plan”ının Avropa ölkələrini prosesdən kənarda saxlamasından ciddi şəkildə narahatdırlar. Almaniya kansleri Fridrix Mertsin Ukrayna prezidenti Volodimir Zelenski ilə dərhal telefon əlaqəsi qurması və G20 çərçivəsində təcili toplantı qərarı verilməsi bu narahatlığın səviyyəsini göstərir. Qərb siyasi dairələri hesab edirlər ki, bu “plan” Avropanın təhlükəsizlik arxitekturasını zəiflədir, ABŞ-ın Ukrayna məsələsində Rusiyaya yaxınlaşması “qoca qitə” üçün “təhlükəsizlik vakuum”u yaradır. Eyni zamanda, NATO-nun kollektiv müdafiə mexanizminə inam sarsılır, Avropa üçün “ABŞ artıq etibarlı müttəfiqdirmi” sualı aktuallaşır. Və ABŞ-Rusiya tandemi Avropa Birliyinin də aparıcı geopolitik aktor kimi nüfuzunu zəiflədir, bu isə “qoca qitə” ölkələri üçün həm strateji, həm ideoloji itki sayılır.

Maraqlıdır ki, avropalı ekspertlərin ilkin qənaətinə görə, yeni “Tramp planı” “kapitulyasiya” məzmunu daşıyır və “real təhlükə” qaynağıdır. Onların fikrincə, əgər, bu “plan” reallaşarsa, rəsmi Kiyevi kapitulyasiyaya məcbur etməklə yanaşı, həm də Ukrayna geopolitik xəritədən ümumiyyətlə, “silinə” bilər. Onların fikrincə, bu, bir tərəfdən, ABŞ-ın Avropa üçün “etibarlı müttəfiq” statusunu sual altına salır, digər tərəfdən isə yeni “Tramp planı” Kremlə Rusiyanın döyüş meydanında ala bilmədiklərinin masada verilməsi anlamı daşıyır.

Avropa Birliyinin, xüsusilə də, Almaniyanın mövqeyinə görə, sülh danışıqları yalnız Rusiya hərbi əməliyyatları dayandırdıqdan sonra başladılmalıdır. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun son bəyanatı isə Avropa Birliyinin vahid mövqeyi kimi təqdim olunub. Həmin mövqeyə görə, Rusiyanın hücumu tam və dərhal dayandırmaqla yanaşı, atəşkəs üçün də heç bir ilkin şərt olmamalıdır, Ukraynanın Rusiyanın təsir dairəsinə qaytarılması yolverilməzdir, Ukrayna yeni Avropa təhlükəsizlik arxitekturasına daxil edilməlidir. Və Avropa Birliyi hesab edir ki, “qoca qitə”nin təhlükəsizliyi üçün suveren dövlətlərin toxunulmazlığı əsas prinsipdir.

Onu da qeyd etmək lazımdır ki, yeni “Tramp planı” ətrafında yaranmış siyasi böhran, əslində, daha geniş bir prosesin, yəni kollektiv Qərb daxilində hərbi-siyasi parçalanmanın dərinləşməkdə olduğunun göstəricisidir. ABŞ-ın üçün Avropanın əhəmiyyəti azalıb, ona görə də, Ağ Ev geopolitik prioritetlərini dəyişməyə başlayıb. Halbuki, Avropa ölkələri hələlik öz təhlükəsizliyini təmin etməyə hazır deyil, ABŞ-ın bu sahədə rolunun zəifləməsi isə “qoca qitə”nin müdafiə sistemində ciddi struktur problemləri yaradır. Rusiya isə kollektiv Qərb daxilindəki bu çatları dərinləşdirməkdə birbaşa maraqlıdır. Və ABŞ-Avropa Birliyi ziddiyyətləri Rusiyanın geostrateji mövqelərini gücləndirə bilər.

Belə anlaşılır ki, Tramp-Putin tandeminin hazırladığı yeni “sülh planı” Ukraynanın Rusiyaya təhvil verilməsi xarakteri daşımaqla yanaşı, kollektiv Qərb üçün parçalanma katalizatoru rolunu da oynamağa başlayıb. Yəni, rəsmi Kiyevin kəskin şəkildə rədd etdiyi “Tramp planı” yalnız Ukraynanın deyil, həm də kollektiv Qərbin geostrateji gələcəyi, Avropa məkanının təhlükəsizliyi və ABŞ-ın qlobal liderlik statusu üçün olduqca ciddi sınaqdır.

Ona görə də, Avropa dövlətləri rəsmi Kiyevin kapitulyasiya aktı kimi qəbul etdiyi “Tramp planı”nı rədd etməsindən dərhal sonra “qoca qitə” ölkələri Ukraynanın bu mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmədilər. Avropa Birliyi Rusiya ilə danışıqlar prosesində Ukrayna ilə yanaşı, iştirak etmək iddiasını qabarıq şəkildə biruzə verdi. Və əgər, Ukrayna ilə yanaşı Avropa dövlətlərinin də gələcək taleyinin məhz ABŞ-Rusiya gizli danışıqlarında həll edildiyinə əmin olan “qoca qitə” ölkələri daha prinsipial müqavimət taktikası seçərsə, yeni “Tramp planı”nın da iflasa uğrama ehtimalı qaçılmaz xarakter daşıya bilər.
Bu gün, 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Bu gün, 15:30
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul
Bu gün, 14:22
Sabah 17 dərəcə isti gözlənilir
Bu gün, 13:36
MAXE-lərlə bağlı mühüm XƏBƏR
Bu gün, 13:11
Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb
Bu gün, 12:30
Dana əti buna görə bahalaşıb
Bu gün, 12:26
Son Dəqiqə: İsrail İrana genişmiqyaslı hücumlar ELAN ETDİ
Bu gün, 12:21
Bu şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
Bu gün, 11:56
ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR
Bu gün, 11:49
SENSASİYA: İranın raket arsenalı və zavodları darmadağın edildi – İsrail 5 min ölü deyir
Bu gün, 11:40
Maşınını texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:00
Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...
Bu gün, 10:38
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə birgə müraciət ediblər
Bu gün, 10:32
İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub
Bu gün, 10:26
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
Bu gün, 09:50
Novruzda diqqətsizlik baha başa gələ bilər - XƏBƏRDARLIQ
Bu gün, 09:44
Dollar dəyişmədi, avro bahalaşdı
Bu gün, 09:39
Azərbaycanda alim ölüb
Bu gün, 09:34
ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb
Bu gün, 09:31
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir
Bu gün, 09:27
"Heç bir halda İranla müharibəyə girməyəcəyik"
Bu gün, 09:23
Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - VİDEO
Bu gün, 09:18
Bu gün İlaxır çərşənbədir
Bu gün, 09:00
SON DƏQİQƏ! Pensiya alanların NƏZƏRİNƏ - Bu qədər şəxs...
Dünən, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Dünən, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Dünən, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq