Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb
Dunya
Oxunub: 52
11 apr 2025 | 09:00
Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb


Tramp adminstrasiyası Rusiyanın zəif durumundan faydalanmaq əvəzinə, Avropa Birliyi və Ukraynadan yan keçmək üçün Rusiya ilə sövdələşməyə üstünlük verdi... Nəticədə Ağ Evin bu ciddi strateji səhvi kollektiv Qərbin parçalanmasına, Rusiya əleyhinə koalisiyanın çöküşünə, əlavə zaman qazanmış Kremlin isə ABŞ-a meydan oxumaq imkanı qazanmasına yol açdı...
Ukrayna savaşı ətrafında yaranmış situasiyanın qeyri-müəyyən xarakter daşıması diqqəti çəkir. Belə ki, Tramp adminstrasiyasının başlatdığı "sülh prosesi" dalana dirənmiş kimi görünür. Halbuki, ABŞ prezidenti Donald Tramp seçki ərəfəsində hakimiyyətə gəldikdən sonra cəmisi bir gün ərzində Ukrayna savaşını dayandıracağını vəd etmişdi. Və onun bu vədləri savaş əleyhdarlarında böyük ümidlər yaratmışdı.

Onu da qeyd etmək lazımdır ki, indi artıq heç kim prezident Donald Trampın vədlərinə ciddi yanaşmır. Hər halda, Ağ Ev sahibinin açıqlamaları əvvəlkindən fərqli olaraq, indi o qədər də inandırıcı səslənmir. Əksinə, prezident Donald Trampın Ukrayna siyasəti iflasa uğramaqda olan diplomatik prosesin məcburi davam etdirilməsi təsiri bağışlayır. Üstəlik, Ağ Ev sahibi Ukrayna böhranın nizamlanmasında uğursuzluğu ilə ABŞ-ın beynəlxalq imicini də sarısıdır. Və bu baxımdan, başlanğıcda uğurlu görünən sülh prosesi indi ABŞ-ın əleyhinə çevrilmiş kimi görünür.

"Yeni Müsavat" bildirir ki, Məsələ ondadır ki, Kreml ABŞ-la aparılan danışıqları Rusiyanın maraqlarına doğru yönəltməyi bacardı. Belə ki, bu danışıqlar prosesi uzun müddətdən bəri beynəlxalq izolyasiyada olan Rusiyaya "siyasi-diolomatik pəncərə" açdı. Yəni, Kreml hazırda tədricən blokada şəraitindən çıxmağa başlayıb. Halbuki, Qərb strateqləri Ukrayna savaşını ssenariləşdirərkən, Kremlin Rusiya sərhədçiləri içərisinə qapadılmasını əsas hədəf olaraq, müəyyən etmişdilər. Və indi bu hədəf böyük ölçüdə boşa çıxmış kimi görünür.

Digər tərəfdən, Tramp adminstrasiyasının buraxdığı kobud siyasi-diolomatik səhvlər Kremlə Rusiyanın Ukraynaya qarşı işğalçılıq niyyətlərini legitimləşdirmək şansı da qazandırmağa başlayıb. Belə ki, hazırda Kreml məhz ABŞ-la Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə nəzarət "hüquq"unu müzakirə edir. Halbuki, beynəlxalq hüquq normaları Rusiyanın Ukrayna ərazilərindən qeyd-şərtsiz çıxmasına yönəlik məzmun daşıyır. Və bu baxımdan, Kreml ABŞ-ın beynəlxalq hüquq normalarına laqeydliyi sayəsində Rusiyanı qlobal məkanda reabilitasiya etmək imkanlarına o qədər də uzaq deyil.

Bütün bunlar azmış kimi, Kreml hətta Ukrayna savaşının dayandırılması üçün Rusiyanın maraqlarına uyğun şərtləri diqtə etməyə çalışır. Rusiya siyasi dairələri müstəqil Ukrayna dövlətinin ərazilərini işğal etdikdən sonra hətta onun gələcək taleyini də müəyyən etmək niyyətinə düşüblər. Belə situasiyada kollektiv Qərbin parçalandığına inanmağa başlamış Rusiyanı fərqli, daha konstruktiv mövqeyə sövq etmək artıq az qala qeyri-mümkün görünür. Və bu, yalnız ABŞ-ın Ukrayna siyasətinin deyil, həm də kollektiv Qərbin Rusiya əleyhinə düşərgə olaraq, açıq-aşkar iflası deməkdir.

Nəhayət, kollektiv Qərbin parçalanması, ABŞ və Avropa Birliyi arasında ziddiyyətlərin dərinləşməsi Rusiyaya manevr məkanı da açmağa başlayıb. Belə ki, Kreml artıq ABŞ-dan Avropa Birliyinə Rusiya qarşı maliyyə-iqtisadi sanksiyaların ləğvi üçün təzyiq göstərilməsini də istəyir. Yəni, Kreml Ukrayna savaşının dayandırılması üçün Rusiyaya lazım olanların hamısını vahid paket halında tələb edir. Üstəlik, Rusiya ABŞ-ın da, Avropa Birliyinin də müxtəlif istiqamətlər üzrə maraq toqquşmaları ucbatından seytnot vəziyyətinə düşdüyünə tamamilə əmindir. Və bu səbəbdən də, Kremldə Rusiyanın hədəflərindən hansınısa güzəşt getmək barədə ümumiyyətlə, düşünmürlər.

Göründüyü kimi, prezident Donald Tramp Ukrayna savaşının dayandırılması prosesində ciddi strateji səhvlərə yol verməklə, Rusiyanı danışıqlar masasında gücləndirib. Belə ki, Kreml artıq ABŞ-ın Ukraynadakı maliyyə-iqtisadi maraqlarını təhdid etməklə, Rusiyanın şərtlərini diqtə etməyə cəhd göstərən tərəfə çevrilib. Üstəlik, Rusiya öz hədəflərini reallaşdırmaq üçün Tramp adminstrasiyasını dolayısı ilə şantaj etməkdən də artıq qətiyyən çəkinmir. Və bu baxımdan, hesab etmək olar ki, situasiyanı yenidən əvvəlki keyfiyyətinə qaytarmaq üçün ABŞ-ın qarşısında o qədər də çox seçim variantı yoxdur.

Məsələ ondadır ki, Ağ Evdə Rusiyanı maksimum səviyyədə zəiflətmədən Kremllə hər hansı mövzuda anlaşmağın mümkün olmayacağı qənaətinin ön plana keçəcəyi gün o qədər də uzaqda deyil. Belə ki, ötən ilin sonlarına doğru Rusiya çökməyə başlamışdı və Kreml ən uğursuz şərtlərlə belə, sülh sazişinə hazır idi. Ancaq Tramp adminstrasiyası bundan faydalanmaq əvəzinə Avropa Birliyi və Ukraynadan yan keçməklə, Rusiya ilə sövdələşməyə üstünlük verdi. Və nəticədə kollektiv Qərb parçalandı, Rusiya əleyhinə koalisiya öz təsir gücünü itirdi, zaman qazanmış Kreml Ağ Evə meydan oxumaq imkanı əldə etdi.

Belə anlaşılır ki, bundan sonra ABŞ və Rusiya arasında keçirilən görüşlər əsasən formal müzakirə formatından uzağa getməyəcək. Kreml qarşı tərəfin sərt zərbəsini hiss etmədikcə, öz maksimalist mövqeyindən geri çəkilməyəcək. Ona görə də, böyük ehtimalla Tramp adminstrasiyasını Rusiyanın yenidən cilovlaması barədə düşünmək məcburiyyətində qala bilər. Əslində, prezident Donald Tramp son vaxtlar Rusiyanı təhdid edən açıqlamalarla bunun mesajını verməyə başlayıb. Və bu baxımdan, yaxın vaxtlarda ABŞ-Rusiya qarşıdurması qətiyyən istisna deyil.
Bu gün, 09:00
Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
Dünən, 23:09
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
Dünən, 16:00
Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
Dünən, 15:49
İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
Dünən, 15:30
Ermənistan NATO standartlarına görə ordu qurur
Dünən, 14:42
İran Prezidenti Azərbaycana səfər edəcək
Dünən, 14:15
Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
Dünən, 14:07
Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
Dünən, 13:03
İlham Əliyev Çavuşoğluya başsağlığı verib
Dünən, 12:55
Xarici diplomatlar Xankəndidə - Video
Dünən, 12:48
İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
Dünən, 12:41
Sabah 22 dərəcə isti olacaq
Dünən, 12:31
Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər
Dünən, 12:22
Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
Dünən, 11:50
Hikmət Mirzəyevə ağır itki
Dünən, 11:44
Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
Dünən, 11:38
Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
Dünən, 11:33
Xankəndinin Baş planı hazırlanır
Dünən, 10:55
ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
Dünən, 10:51
“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
Dünən, 10:44
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
Dünən, 10:26
Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
Dünən, 09:49
DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
Dünən, 09:44
Başlıbel qətliamından 32 il ötür
Dünən, 09:00
Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
17-04-2025, 16:00
Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
17-04-2025, 15:30
Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?