Gürcüstanda xristianlarla müsəlmanlar arasında qarşıdurma - Saxlanılanlar var
Dunya
Oxunub: 1 128
1 mar 2016 | 16:51
Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda xristian və müsəlman gürcülər arasında qarşıdurma baş verib.

Apa-nın xəbərinə görə bu barədə gürcü mətbuatı məlumat yayıb.

İnsidentlə əlaqədar saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, 30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb. Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb. Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.

Gürcüstan Müsəlmanları İttifaqının sədri Tariyel Nakaidze özünün “Facebook” səhifəsində insidentdə günahkar olanların qanun çərçivəsində cəzalandırılmasını tələb edib. Onun sözlərinə görə, İslam dininin qaydalarına əsasən müsəlman və xristianlar bir qəbiristanlıqda dəfn oluna bilməz.
Məlumata görə, qarşıdurmaya səbəb Dini Məsələlər üzrə Dövlət Agentliyinin müsəlman icmasına qəbiristanlıq üçün yer ayırması olub.
T. Nakaidze bildirib ki, qarşıdurma zamanı 3 nəfər müsəlman döyülüb.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov da qarşıdurmanın müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması üstündə baş verdiyini təsdiqləyib: "Bir il bundan əvvəl bizə Adigeni müsəlman icması tərəfindən qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət daxil olub. Kəndin qəbiristanlığa ehtiyacı var idi. Şəriətə görə, müsəlmanlar xristian qəbiristanlığında dəfn oluna bilməz. Biz bu məsələni araşdırdıq və Dini Məsələlər üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Əmlak və Maliyyə Komissiyasının iclasında Gürcüstan patriarxlığı nümayəndəsinin iştirakı ilə qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasına dair qərar verilib. Lakin Adigeninin xristian icması bununla razılaşmayıb. İndi onlar deyirlər ki, müsəlmanlar və xristianların eyni qəbiristanlığı olsun. Sözsüz ki, müsəlman icması bununla razı deyil, çünki şəriət icazə vermir ki, rəhmətə gedən müsəlman xristian qəbiristanlığına dəfn edilsin".
GMİ-nin şeyxi baş verən hadisə ilə bağlı bəyanat yaydıqlarını bildirib. Onun sözlərinə görə, bəyanatda Gürcüstanda tarix boyu müsəlman və xristian icmaları arasında hər hansı qarşıdurmanın baş vermədiyi vurğulanıb: "Müsəlmanlar üçün ayrıca torpaq sahəsinin ayrılması müsəlmanların dini haqqıdır. Komissiyanın qərarı ilə müsəlman qəbiristanlığı üçün yer ayrılıb və biz icmalardan xahiş edirik ki, təxribata getməsinlər".

GMİ şeyxi hələlik torpaq sahəsinin ayrılmadığını qeyd edib. Onun sözlərinə görə, hazırda müvafiq strukturlar təxribatın kimlər tərəfindən törədildiyini araşdırır.
Dünən, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Dünən, 10:41
Azərbaycan nefti bahalaşdı
Dünən, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Dünən, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Dünən, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Dünən, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Dünən, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi