Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyəti narazılıq doğurur

Yevlax rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində işlər qeyri-qənaətbəxş qiymətləndirilir. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi ətəndaşlarla ünsiyyətdən qaçır.
Xüsusilə də Yevlax şəhər sakinləri məişət tullantılarının yığılmamasından gileylənirlər. Birliyin istifadəyə yararlı 2 ədəd zibildaşıyan maşını vaxtlı-vaxtında zibili daşıyıb-boşaltmağı çatdırmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir. Di gəl, idarənin balansındakı belə maşınların sayı çoxdur, tenderlə yeni alınmışlar da həmçinin.
Sakinlər deyirlər ki, Kommunal Təsərrüfatı İstehsalat Birliyi zibil pulu yığmaqda pərgardır. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.
Bir sözlə, rəhbərinin yumşaq ifadə ilə desək, səriştəsizliyi ucbatından Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, məişət tullantılarının daşınmasını təmin etmək vəzifəsinin öhdəsindən gəlmir. Ona görə də rayon rəhbərliyi tez-yez sovetdənqalma ümumşəhər iməciliyi praktikasına əl atmalı olur, müxtəlif büdcədən maliyyələşən zəhmətkeş kollektivlərini məcburi əməyə cəlb edirlər.
Ötən ilin avqust ayında Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsində həmin ərəfədə cəmi bir ay əvvəl 5 manat nizamnamə kapitalı ilə yaradılmış “Orlondo Az” MMC qutudan qalib çıxarılmışdı. Sonradan MKTB-yə əkin materialları, gübrələr və digər mallar satmış “Orlando Az” qarşılığında 105 min 800 manat almışdır. Qeyd edək ki, Yevlax şəhərində dövlət qurumları tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
İbrahim Hümbətov
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?