Gədəbəy qızıl mədəni ekologiyanı məhv edir - SOS!!!! VİDEOFAKT

Gədəbəy ziyalılarının müraciətinə Ekoloji Təhlükəsizlik Xidməti operativ surətdə cavab yazmışdı. "Ekoloji Təhlükəsizlik Xidməti: “Gədəbəydəki qızıl mədənindən ətraf ərazilərə çirkab su axıdılmır”"(https://teref.az/arasdirma/285020-ekoloji-tehlukesizlik-xidmeti.html)
Texnika elmləri doktoru Elçin Cavadov redaksiyamıza müraciət edərək onların verdiyi cavaba etirazını bildirdi. Alimin etiraz məktubunu və yeni videoçəkilişlə birlikdə köhnə videoçəkilişidə təqdim edirik:
Bir neçə gün bundan qabaq kütləvi informasiya vasitələrində Gədəbəy ziyalıları adından "Gədəbəy ziyalıları həyəcan təbili çalır" adlı müraciətimiz yayımlanmışdı.
https://moderator.az/az/cemiyyet/646693/gedebey-ziyalilari-heyecan-tebili-calir-video/
https://teref.az/manset/284875-gedebey-ziyalilari-heyecan-tebili-calir-.html
http://etmtv.news/gədəbəy-ziyalilari-həyəcan-təbili-calir/
http://mediaxeberleri.az/index.php?newsid=82968
Gədəbəy ziyalıları adından göndərilən bu müraciətdən dərhal sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən heç bir yoxlama aparılmadan mənə və kütləvi informasiya vasitələrinə belə bir cavab göndərilmişdir:
"Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib.
Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb".
Maraqlıdır, müraciətdən bir neçə saat sonra bu ekoloji təhlükəsizlik xidməti Bakıdan Gədəbəyin Söyüdlü kəndinə durbin vasitəsi iləmi ekspertiza etdi? Bir neçə saata Bakıdan Gədəbəyin kəndinə belə bir ekspertiza və qərar elmdə yenilikdir və bu yeniliyə "Nobel mükafatı" düşür. Elə bunun özü bu xidmətin məsuliyyətsizliyindən xəbər verir.
Digər tərəfdən, ekspertiza rəyində iddia olunan, guya xüsusi örtüklə izolyasiya edilən ambarlar videoda və şəkillərdə açıq-aydın görünür. Sianid göllərinin üstü açıq olduğundan həm buxarlanma, həm sızma, həm də küləklər vasitəsi ilə sianid buxarları bütün bölgəyə yayılır.
03 iyun 2023-cü il tarixdə Söyüdlü kənd sakinləri zavod rəhbərliyinin bu özbaşınalığına qarşı etiraza qalxdı. Məsələyə rayonun polis orqanı da qarışdı. Videolar əlavə olunur. Zavod nümayəndələri deyir ki, "Türkiyədə təbii fəlakət zamanı 59 mindən artıq adam öldü. Siz ölsəniz nə olacaq ki?" Onlar etiraf edirlər ki, il yarım bundan qabaq bu proses dayanmalıydı. Amma dayandırmırlar.
Maraqlıdır, zavod rəhbərliyinin özlərinin də etiraf etdiyi kimi, şirkətin torpağı yoxdur. Onda hansı əsasla 48 hektara yaxın ərazini zəbt edib, heç bir təhlükəsizlik qaydalarına məhəl qoyulmadan bu üstü açıq sianid quyuları tikilir?
Bir daha bildirmək istəyirik ki, əlavə olaraq göndərdiyimiz şəkillərdən və videolardan da açıq-aydın bilinir ki, bu gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizalyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da üst hissəsi də bağlanmayıb. Beləcə sızıntı və buxarlanma vasitəsi ilə təbiət və insanlar bu sianid turşusun təsiri nəticəsində məhv olur.
Bu sianid gölləri orada yaranan ildən rayonun bir çox kəndlərində meyvə və digər kənd təsərrüfatı məhsulları əmələ gəlmir. Kartof artıq yoxa çıxmaq üzrədir, qısa bir müddət ərzində xarab olur. Xərçəng, böyrək, ürək, ağ ciyər, bronxit kimi xəstəliklər baş alıb gedir. Ekologiya və təbii sərvətlər nazirliyi hara baxır? Digər dövlət qurumları hara baxır?
Hal hazırda daha bir təhlükə yaranıb. Belə ki, həmin bu gölün tamamilə dolmaq üzrə olmasına baxmayaraq zavod o göldən istifadə etməkdə davam edir. Güclü bir yağış nəticəsində o gölün dolaraq daşma və ya dağılma təhlükəsi an məsələsidir, bu da sianid gölünün yaxınlığından keçən Şəmkir çayını, Şəmkir su anbarını, o cümlədən, Kür çayını zəhərlənməsi deməkdir.
Bütün bu problemlərə baxmayaraq zavod yeni bir gölün inşasına hazırlaşır. Bu gölün həcmi 48.5 hektar ərazini zəbt edəcək. Bu isə nə deməkdir və nələrə səbəb olacağını düşünmək belə acınacaqlıdır.
Bir daha bildirmək istəyirəm ki, bu göllər sianid turşusundan ibarətdir. Sianid turşusu həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.
Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, sianid olan havada nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür).
Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır.
Kütləvi informasiya vasitələri bu məsələyə laqeyd qalmamalı, ictimaiyyətin, eləcə də hökumət orqanlarının diqqəti bu məsələyə yönəldilməlidir, lazımi tədbirlər görülməlidir, əks halda ekoloji fəlakət qaçılmazdır.
Hörmətlə,
ELÇİN CAVADOV -texnika elmləri doktoru
Teref.az olaraq mövzunun taleyüklü olduğunu nəzərə alaraq aidiyyatlı orqanların ciddi ekspertiza edəcəklərini və nəticəsi barədə cavab verəcəklərini gözləyirik!
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?