Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik
Bolge / Maraqli
Oxunub: 513
2 in 2023 | 19:19
Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı. Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi. “Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi. Təəssüf ki Qorxmaz Hüseynovdan sonra da köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur. Belə şəxslərdən biri “Azərsu” ASC-nin Binəqədi rayon sukanal idarəsinə rəisi Sultan Əmiraslanovdur. Bu şəxs haqqında cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, 2023-cü ilin fevral ayında vəzifəyə təyin olunan kimi öz xalası oğlunu gətirib yanında yerləşdirərək bununlada ailə təsərrüfatının başlanğıcı qoyulmuş oldu, sonra dayanmadan boş vakant yerlərə öz adamların yerləşdirməyə başladı. Məlumata görə ətrafında qohum və dostlarını yerləşdirməklə kifayətlənməyən Sultan Əmiraslanov paralel olaraq köhnə işçiləri ləklələməyi də əsas məqsəd kimi görür. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə idarənin köhnə işçiləri üzərində təqiblər, basqılar artmağa başladı. İlk olaraq Aqil Mənsimov adlı Nəzarətçi ləkələnərək işdən çıxarıldı və dərhal yerinə yeni öz adamın gətirdi. Ardınca Ziyaməddin Məmmədov adlı nəzarətçiyə təyziqlər edilərək, hədə qorxular gələrək, zorla işdən çıxma ərizəsi yazdırılıb işdən çıxarıldı. Bunların ardınca idarədə gizlində olsa narazılıq dalğası artmağa başladı. Lakin vəzifə sərxoşluğundan ayıla bilməyən Sultan Əmiraslanov dayanmadan öz əməlləri ilə rayonda gündəm yaratmağı bacarırdı.
Bu əməllərin ardınca ödənişin təşkili şöbəsinin rəisi Əziz Hüseynov ilə rayon rəhbərliyi arasında gərginlik yaranmağa başlayır və qısa zamanda onun əmək funksiyaları məhdudlaşdırılır və ləkələmə kompaniyası Əzizin timsalında davam etdirilir. Əziz Hüseynovun Azərsuda rəhbərlik səviyyədə münasibətlərinin güclü olması və rayonda olan nüfuzu onun Binəqədi rayonunda qalmasını təmin etməsə də başqa rayona eyni vəzifəyə getməsinə şərait yaratmış oldu. Sultan Əmiraslanovun təcrübəsizliyi ucbatından rayonun icra edə bilmədiyi plan proqnoza görə bütün məsuliyyəti nəzarətçilərdə görən rayon rəhbərliyi hər gün mütəmadi olaraq onları incitməyə başlayır. Hər dəfə işçilər çağırılıb idarədə izahatları alınıb, haqlarında xidmət i məlumat yazılır. İşçilər gecə 21:00-22:00-a qədər idarədə saxlanılır, işlərə cəlb edilir. Lakin bu faktlar heç bir halda rəsmiləşdirilmir. Artıq hər dəfə çayçılarda bir yerə yığışan nəzarətçilər işdən iyrəndiklərini, tarixlərinin ən iyrənc rəhbərliyi ilə qarşılaşdıqların səsli şəkildə bir birlərinə etraf etməyə başlayırlar. Hər gün yuxudan oyananda işə getməyə nifrət etdikərini, işdən iyrəndiklərini etraf edirlər.
Təyziqlərin pik həddə olduğu günlərdən biri 17.05.2023 cü il tarixində plan yığmadığına görə Fakturalama qrupunun 9 nəzarətçisi iş saatından sonra zorla idarəyə gətirilib, təhdid edilir və bir başa yuxarı idarə rəisi Sultan Əmiraslanovun otağına qaldırılır. Sultan Əmiraslanov isə dərhal haqlarında tədbir görülməsini işdən çıxma ərizələrinin yazılmasını əmr edir. Bunun ardınca işçilərdən zorla tarix qoyulmadan işdən çıxma ərizəsi yazdırılır və hər birinə töhmət verilib gecə ilə həmin olanları əmrləşdirib, əmrin şəkilini çəkib bütün idarə heyətinin olduğu whatsapp qrupuna şan olsun deyə atılır. Ardıncada onların dediklərinə əməl etməyənləri eyni cəza gözləyir deyə bir audiyo səs yazısı qrupa göndərilir. Həmin günün gecəsi yaşadığı stressi qaldıra bilməyən aralarında ən qocaman işçi olan 64 yaşlı Əmişov Orucəli yataraq ürək tutmasından dünyasını dəyişir. Həmin işçi 2 ay sonra təqaüdə çıxacağı halda Sultan Əmiraslanov onu vəzifəsindən istifadə edərək faktiki öldürür. Hər halda 64 yaşında olan bir şəxs iş yoldaşları içərisində ağır təhqirləri qaldıra bilmir.

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik


Səhəri gün bu xəbərin şoku ilə ayılan Binəqədi rayon rəhbərliyi dərhal həmin izahat, əmrləri və xidməti məlumatları yox etməyə başlayır və whatsapp qrupunda olan təhdid mesajlarını silməyə başlayırlar. Əmişov Orucəli ilə bağlı Whatsapp qrupunda baş sağlığı verənlərdən biri (nəzarətçi Elnu Ələkbərov) ölüm səbəbini axşam işdən çıxma ərizəsi ilə əlaqəli olub olmadığını sual edəndə dərhal həmin yazı silinib, Elnur Ələkbər yuxarı şöbə rəisinin otağına çağrılıb təhdid edilir və qoruxudulur.
Beləliklə öz cinayət işlərini ört basdır etmək istəyən Binəqədi rayon su kanal idarəsinin rəisi Sultan Əmiraslanov Əmişov Orucəlinın yas mərasiminə hər kəsdən öncə gedib, oğlanlarına başsağlığı verib, ölümün onunla əlaqədar olmadığını, kənardan onlara nə deyilsə qulaq verməmələri ilə bağlı öz tövsiyələrini verir.
Artıq Sultan Əmiraslanovun əməlləri hüqquqi çərçivədə qiymətləndirilməli, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərsu ASC rəhbərliyi, eləcə də, hüquq-mühafizə orqanlarının yoxlamasından keçməlidir.

Mövzunu davam etdirəcəyik
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...