Naxçıvan gömrüyündə YENİ QADAĞA - "Təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib"
Sədərək Gömrük Keçid Məntəqəsi Türkiyədən enerji içkiləri gətirilməsi ilə bağlı yeni qayda tətbiq edib. Qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə, hər kəsə 10 ədədə kimi icazə verilirdi. Vətəndaşlara tətbiq olunan qadağanın əksinə olaraq isə, bu işin monopliyasına nəzarət edənlər bu məhsulları tonla keçirə bilir. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir ki, qadağa ilə bağlı gömrükdə bildirş lövhəsi də asılıb.
Şərur rayon sakini Mahir Qurbanov deyir ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:
“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. Heç kim söz demirdi 10 ədədə kimi. Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.
Kəngərli rayon sakini Bahadur Mustafayev isə deyir ki, gömrükdə təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib:
“ İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb, orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopooiyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”.
Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsi ilə əlaqə saxladıq. Məntəqədön bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləsələr də, bunun monpoliya ilə əlaqəli olduğu ittihamını rədd etdilər.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?