Buraların ağası kim, xanımı kim?.. - İLGİNC İDDİALAR...
Bolge
Oxunub: 465
11 may 2023 | 21:45
Buraların ağası kim, xanımı kim?.. - İLGİNC İDDİALAR...


Füzuli rayon Təhsil Şöbəsi ilə bağlı daxil olan neqativ materiallar bitib tükənmək bilmir.
Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub.
İndi təsəvvürünüzə gətirin ki, 2 mindən artıq sayı olan pedoqoji kollektivə Ramella Şaumyan qızı rəhbərlik edir. Ramella Şaumyan qızı ilə bağlı bizim bir media olaraq heç bir şəxsi problemimiz yoxdur. Sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı diplomun saxta olub-olmadığı və diplomda Ramellanın atasının adının nə olduğu barədə dəfələrlə sual etsək də, sualımıza cavab almamışıq.
Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir..? Biz bir media olaraq Ramella Şaumyan qızının diplomunda və nikah sənədində atasının adının ŞAUMYAN olduğunu qeyd edirik.
Əgər belə deyilsə, qoy, Ramella Şaumyan qızı sənədlərini ortaya qoysun. Əslində bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil e, 2 min nəfərlik pedoqoji kollektivə rəhbərlik edir. Necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik.
Sözün qısası, Füzuli Təhsil şöbəsində baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay 5 min manat pul tələb edilməsi və s. barədə mediada kifayət qədər yazılıb.
Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin...
Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd yarı idi... Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat.
Deməli, 70 məktəbdən ayda ( 5 min x 70 ) 350 min manat rüşvət. Bu hələ harasıdır..? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər keçirilir və Təhsil şöbəsinin müdirinə xeyli miqdarda “otkat” verilir. Burada bir STOP.
Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki 70-dən artıq məktəblə bağlı rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı Tofiq Hüseynov rəhbərlik edir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Tofiq Hüseynovu sorğu-sual edərək bu məsələyə aydınlıq gətirsinlər. Sonda məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır.
Ramella Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib. 2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib. //gundelik-baku.com//
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?