TƏHSİL QANUNLARI ilə deyil, " BAZAR QANUNLARI " idarə edir
Bolge
Oxunub: 982
27 apr 2023 | 14:56
TƏHSİL QANUNLARI ilə deyil,  " BAZAR QANUNLARI " idarə edir


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
SURƏTİ : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi Cənab Əli Nağıyevə
SURƏTİ : Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə
SURƏTİ : Azərbaycan Respublikasının Maliyyə naziri Cənab Samir Şərifova, tabeliyində olan Gəncə şəhərində yerləşən 3 saylı Dövlət Maliyyə Müfəttişliyinə
SURƏTİ : Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Cənab Vüqar Gülməmmədova
TƏHSİL İŞÇİSİ Eminov Neman Bayram oğlu tərəfindən


Ş İ K A Y Ə T


Mərhum prezident, dahi şəxsiyyət Heydər Əliyev demişdir:
" TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR!

Çox təəssüflər olsun ki, MİLLƏTİN GƏLƏCƏYİ olan TƏHSİL Goranboy rayonu Rus Borisi kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışan Roman Səfərəliyev tərəfindən MƏHF edilir, direktor bu məktəbi dövlətin TƏHSİL QANUNLARI ilə deyil, " BAZAR QANUNLARI " idarə edir

Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində aşağıda qeyd etdiyim nöqsanlar, saxtakarlıqlar, qanunsuzluqlar, məktəb direktorunun vəzifəsindən sui istifadə halları mövcuddur:
1. Azərbaycan bölməsi 8- ci sinifdə iki nəfər şagird olmaqla iki bacı təhsil alması üçün adları jurnalda qeyd edilmişdir. Bu şagirdlər məktəbə gəlmir, dərslərdə iştirak etmirdilər. Bu sinifdə dərs deyən müəllimlər şagirdləri görmədikləri halda mövzuları sinif jurnalına yazaraq, biliklərini qiymətləndirirdilər.
08.12.2022- ci il tarixində Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov Rus Borisi kənd tam orta məktəbində ciddi araşdırmalar apardı. Həqiqətən də Azərbaycan bölməsinin 8- ci sinfində şagirdlərin olmamasını, olmayan şagirdlərə müəllimlərin biliklərinin qiymətləndirilməsinin, sinif jurnalında mövzular yazıldığının şahidi olaraq qeydiyyat etdi və həmin siniflərdə dərs deyən müəllimlərin izahatlarını aldı.
15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin əməkhaqqısı bu sinifdə dərs deyən müəllimlərdən tutulması üçün Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun mühasibatlığına arayış təqdim etdi. Məsləhətçi Mirabbas Məmmədovun dediyinə görə 8- ci sinif bağlandı.
QEYD: bu məsələni araşdırmaq üçün 8- ci sinfin bağlanması əmrini, 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin müəllimlərdən həqiqətən əməkhaqqılarının tutulması sənədlərini, məsləhətçi Mirabbas Məmmədovdan müəllimlərdən aldığı izahatları araşdırmaq lazımdır;
2. Məsləhətçi Mirabbas Məmmədov bu məktəbdə mövsümü olan ocaqçı ştatında olan ocaqçıların işdə olmamalarını aşkarladı;
3. Azərbaycan bölməsi 9- cu sinifdə oxuyan bir nəfər şagird ümumiyyətlə məktəbə gəlmir, dərslərdə iştirak etmir, Gəncə şəhərində yaşayır, şagirdin əmisi Dövlət Yol Polisində çalışır ( DYP) adını jurnala yazdırıblar, müəllimlər həmin şagirdi görməsələr də biliyini qiymətləndirirlər;
4. Rus bölməsinin Çinarə adlı 11- ci sinif şagirdi Naftalan şəhərində yaşayır, məktəbə gəlmir, dərslərdə iştirak etmir, biliyi müəllimlər tərəfindən qiymətləndirilir;
5. Məktəbin kitabxanaçısı 20 ilə yaxındır ki, orta təhsilli kimi kitabxanaçı işinə qəbul olunub. Rus Borisi kənd tam orta məktəbində üç nəfər məktəb direktorları : Mixail, Malik, Xəqani müəllimlərin dövründə kitabxanaçı orta təhsilli kimi işə başlayıb, orta təhsilli kimi əməkhaqqı alıb.
Məktəbə direktor vəzifəsinə təyin edilən Roman Səfərəliyev bir neçə müddətdən sonra həmin bu kitabxanaçının təhsilini orta təhsildən dəyişdirərək ALİ təhsilli kimi əmrləşdirərək ali təhsilli əməkhaqqı almasına şərait yaradıb.
2023- cü ilin yanvar ayının əvvəllərində bu məsələdən xəbər tutan məsləhətçi Mirabbas Məmmədov kitabxanaçını qəbul etmiş, ali təhsil sənədinin gətirməsini, ali təhsil sənədini gətirənə kimi əməkhaqqısının ali təhsilli kimi deyil orta təhsilli kimi alacağını kitabxanaçının diqqətinə çatdırıb.
Məsləhətçi Mirabbas Məmmədovun deməsinə görə kitabxanaçı ali təhsil sənədini təqdim edə bilmədiyi üçün kitabxanaçının əməkhaqqısı 2023- cü ildən bu günə kimi yenidən orta təhsilli kimi hesablanır.
QEYD : məktəb direktoru kitabxanaçını ali təhsilli kimi işə qəbul olunması barəsində əmrini, ali təhsil haqqında sənədini təqdim etməsə mühasibatlıq kitabxanaçının orta təhsilli əməkhaqqısını ali təhsilli kimi hesablaya bilməz, kitabxanaçının adına ali təhsilli kimi əməkhaqqı yazıla bilməz;
6. Məktəbin rus bölməsinin Saşa ( əsl adı Andrey ya Aleksandr olmalıdır) adlı müəlliminin 34 saat dərs saatı, bir sinfin sinif rəhbərliyi var. Qeyri ixtisaslı pedaqoji kadrdır. Bu müəllim iş günlərində bir neçə günlük 2022- ci ilin oktyabr ayında sərhəddi keçərək xaricə getmişdi. Məktəb direktoru bu müəllimin xaricdə olduğu müddətdə olan günləri üçün əməkhaqqını tutmamış, adına əməkhaqqı yazmış, müəllim özü də xaricdən qayıtdıqdan sonra dərs dediyi siniflərdə sinif jurnallarına mövzuları öz xətti ilə yazmışdır;
7. Məktəb direktoru Roman Səfərəliyev ali təhsilli tarix müəllimidir, rus bölməsində tarix fənnini tədris edir. Tarix fənni ilə yanaşı qanunsuz olaraq informatika fənnindən olan dərs saatlarını da götürüb tədris edir, əməkhaqqı alır.
İnformatika fənnini tədris etməsi üçün " Müəllimlərin İşə Qəbulu İmtahanında " iştirak etməli, bu fənni tədris etməsi üçün uğur qazandıqdan sonra informatika fənnini tədris edə bilər. İmtahanda iştirak etmədən qanunsuz olaraq adına informatika fənnindən olan dərs saatlarını da əmrləşdirib , əməkhaqqı alır.
Yuxarıda qeyd etdiyim nöqsanları, saxtakarlıqları, qanunsuzluqları Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov araşdırıb, məlumatlıdır.
Sizdən xahiş edirəm nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılmasına, günahkarların layiqli cəza almalarına, əməllərinə hüquqi qiymət verilməsinə TAPŞIRIQLAR verəsiniz.
İmza:
TARİX:
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?