"Vialon" MMC tikinti şirkəti bizim haqqımızı qəsb etməkdədir! - ŞİKAYƏTÇİ

Bakı şəhəri Binəqədi rayonu 7ci mikrorayon ev 28a mənzil 3 ünvanında yaşayan Əliyeva Aysel İlqar qızı tərəfindən ölkə başçısına və aidiyyəti orqanlara ünvanlanan müraciətdə deyilir:
"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olan "Vialon" MMC tikinti şirkəti bizim haqqımızı qəsb etməkdədir. Belə ki, anam Əliyeva Natiqə Məmmədağa qızı Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi dalan 2 ev 2 ünvanında xüsusi mülkiyyət olan daşınmaz əmlak üzərində 2/6 (40.7kv) paya sahibdir. Mərhum babam həmin mülkdə doğulub boya-başa çatmış və yaşamışdır. Lakin, bir neçə il öncə yaşayış olmadığına görə evin bir otağı uçub-dağıldı. Maddi imkanımız yox idi deyə xeyli müddət burada təmir-abadlıq işləri apara bilmədik. Nəhayət evin bərpası üçün gəldiyimiz zaman bizə məxsus olan otağın bir hissəsində qonşumuz tərəfindən tikinti işləri aparıldığını və təxminən 4-5 kv metr yeri qanunsuz şəkildə özününküləşdirməyə çalışdığının şahidi olduq. Qanunsuz tikinti ilə bağlı dərhal aidiyyəti qurumlara və o cümlədən də Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verdik. Lakin, şikayətimiz təmin edilmədi. Həmin dövrdə pandemiya ilə əlaqədar olaraq ölkəmizdə müəyyən məhdudiyyətlər tətbiq olunurdu. Eyni zamanda böyük maddi sıxıntılar yaşayırdıq. Məhz ona görə də məhkəməyə müraciət etmək imkanımız olmadı. Ancaq bu cür qanunsuz tikili və ya otağımızın birinin sökülmüş olması bizim pay hüququmuzun olmağına təsir edəcək səbəb deyil.
Cənab Prezident! Müraciətimin ilk cümləsində qeyd etdiyim kimi, sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus "Vialon" MMC tikinti şirkəti bizi haqq və hüquqlarımızdan məhrum etməyə çalışır. Mərhum babamdan miras qalmış evin ərazisi onların layihə planına düşdüyünü öyrəndim. Mən də öz növbəmdə dekabr ayında sözü gedən şirkətin nümayəndəliyinə yaxınlaşaraq lazımi sənədləri (çıxarış, texniki pasport) təqdim etdim. "Vialon" MMC-nin nümayəndəsi əvvəlcə bizimlə qanuni alqı-satqı edəcəklərini bildirdi. Daha sonra isə müxtəlif bəhanələr gətirməyə başladılar. Mən öz iradımı dilə gətirərək "Ölkə başçısına və aidiyyəti orqanlara sizdən şikayət edəcəyəm", - dedim. Mənə "Mən qanuni çıxarışı saymıram, imkan edib otağı tikərdin. Sən istəsən də, istəməsən də, digər payçılarla razılaşaraq məqsədimizə nail olacağıq, kimə şikayət edə bilirsənsə, et, heç kimdən qorxan yerimiz yoxdur. Onsuzda bizə məğlub olacaqsan", - dedilər. Bundan sonra tez-tez gedib evimizin hansı vəziyyətdə olduğunu nəzarətdə saxlayırdım. Mart ayında evin digər otağının da dağıdıldığını və dağıntıların isə təmizlənmiş olduğunu gördüm. Söküntü prosesinin kim (lər) tərəfindən həyata keçirildiyini bilmirəm. Araşdırılması üçün sahə müvəkkilinə müraciət etdim. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə bəzi yuxarı instansiyalara şikayətlər ünvanlamağa başladım. Hətta Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da qəbulunda oldum. O, mənə köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinin məsul şəxslərinə göstəriş verdi. Şübhəsiz ki, bunun da heç bir faydası olmadı. Hazırda çarəsiz durumdayam. Bununla yanaşı, dövlətimin ədalətinə və haqqı bərqərar edəcəyinə inanıram. Hansı ki, bir tərəfdə mənim kimi məzlum, kimsəsiz, haqq səsi boğulma çalışılan sadə vətəndaş, digər tərəfdə isə sabiq deputat və onun şirkət (lər) sahibi olan qardaşı dayanıb. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövləti ali məqsədi, 25-ci maddəsində bərabərlik hüququ anlayışı var. Bu və digər qanunlarımızı rəhbər tutaraq Sizdən çox xahiş edirəm, "Vialon" MMC tikinti şirkətinin özbaşınalıqlarına son qoyasınız, mənim haqqımın bərpa edilməsi və təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümidvaram ki, sayənizdə ədalət öz yerini tapacaqdır."
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?