Xaçmazda vətəndaş ÇƏTİN DURUMDA - TƏFƏRRÜAT
Bolge
Oxunub: 386
8 apr 2023 | 16:00
Xaçmazda vətəndaş ÇƏTİN DURUMDA - TƏFƏRRÜAT


“Həyat yoldaşım 1995-ci ildə Xaçmaz rayonu, Fariz Bünyadov küçəsində mənim adıma ümumi sahəsi 4 sot olan həyətyanı torpaq sahəsi almışdı. Ev tikmək istəyirdik. Orada yaşayan digər qonşular tərəfindən torpağım mənimsənilib. Hara müraciət edirəm, baxan yoxdur”.

Bunu Meydan TV-yə Xaçmaz rayonu, Mehdi Hüseyn küçəsi, 8 ünvanda yaşayan Fəridə Umud qızı Axundova deyir.

Şikayətçi iddia edir ki, ona aid torpağın iki sotunu Mətanət Abbasova, bir sotunu isə Emin Abbasov mənimsəyib:

“Torpağım əldən gedir. Xaçmazda mənim işimə heç kim baxmır. Əlimizdə sənədlərdən torpağın qərarı, bir də ki kadastrdır. Çıxarış ala bilməmişəm, bunlar imkan vermir. Dəfələrlə polisə müraciət etmişəm. Məhkəmə də bunların tərəfindədir. Bələdiyyə deyir ki, qorxuram, onlara gücüm çatmır”.

“1995-ci ildə torpağı alandan sonra ev tikməyə imkanımız olmadı. Hasarlamaq istəmişəm, həmin qonşular dağıdıblar. Fundament qoymuşam, onu da uçurublar. 2016-cı ildə məhkəməyə müraciət etdim, məhkəmə qərarı ilə torpaq mənə verildi. Yenə də bu adamları çıxara bilmirəm. Hər dəfə ora gedəndə üzərimə hücum çəkirlər, məni vururlar. Üstümə it qısqırdırlar”, – deyə o bildirib.

Xaçmaz Şəhər Bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, sahə bələdiyyə torpağı deyil.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Meydan TV-nin zəngləri cavablandırılmayıb.

Xaçmaz Rayon Məhkəməsindən məsələyə münasibət bildirmək istəməyiblər.

Mətanət Abbasova Meydan TV-yə bildirib ki, Fəridə Axundovanın iddiaları əsassızdır.

Hətta məsələ məhkəmə yolu ilə həlli olunub: “Əlimdə torpaq sahəsinin çıxarışı var. Fəridənin iddiaları əsassızdır. Onun əlində sənədi olmadığı halda bizi məhkəməyə vermişdi.
Məhkəmə prosesi düz bir il uzandı. Səbəb də Fəridənin daşınmaz əmlakın dövlət reyestrinin aparılması məsələləri ilə əlaqədar rüsumu ödəməməsi idi. Hətta hakim ona hirsləndi ki, insanları ələ salmısan? Bir ildir camaatı Bakıdan bura gətirirsən?”

Mətanət Abbasovanın dediyinə görə, həmin ərazidən torpağı 1989-cu ildə alıblar.

Onun sözlərinə görə, həmin vaxt, ərazidə yaşayış olmayıb:

“Biz orada yayda dincəlmək üçün ev tikdik. Sonradan qonum-qonşu gəldi. Orada quyular vardı, üstünü örtüb, evlər tikiblər. Yoldaşımdan qalan torpaqdır. Mənə heç kimdən bir çöp də lazım deyil. Kiminsə torpağını götürməyə ehtiyacım da yoxdur. Deyir ki, mənim torpağımı mənimsəmisən. Halbuki onunla mənim evimin arasında daha bir ev var. Başa düşə bilmirəm, həmin adamın evini sökdürüb, mənim tərəfimə keçəcək? Yaxşı, torpağın çıxarışını göstərsin, əgər torpaq onundursa, mən ərazini sökməyə hazıram. Əlimdə sənədlərim var, elə-belə danışmıram”.

Digər qonşu Emin Abbasov Meydan TV-yə deyib ki, məsələyə iki dəfə Xaçmaz Rayon Məhkəməsində baxılıb və hər ikisində də onunla Mətanət Abbasovanın lehinə qərar verilib:

“Məhkəmənin gedişatında reyestr idarəsindən məsələ aydınlaşdırılıb. Gəlib, həmin əraziyə baxıblar, yoxlayıblar. Fəridə xanım özü də prosesdə iştirak edib. Bizdə texniki pasport, çıxarış var. Onun əlində heç bir sənədi yoxdur. Sadəcə, bu xanım, mərdimazar adamdır, yapışıb, əl çəkmir”. //Meydan TV//
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?