Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Bolge / Hadise
Oxunub: 548
30 mar 2023 | 10:05
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA




Aktda qeyd olunub ki, yanğın hadisəsi barədə məlumat 23:56-da daxil olur. Yanğından Mühafizə Hissəsinin əməkdaşları isə, hadisə yerinə 23:59-da çatırlar

Bu günlərdə redaksiyamıza Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev-45B ünvanında yaşayan Əliyeva Nigar Abduləli qızı tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu xanım yazdığı ərizədə qeyd edir ki, “26 fevral 2023-cü il tarixdə yaşadığımız fərdi yaşayış evinin mətbəxində yanğın hadisəsi baş verdi və hadisə nəticəsində evin konstruksiyaları, həmçinin ev əşyalarının hamısı yanıb yararsız hala düşdü. Baş verən hadisə nəticəsində “Kapital Bank”a aid sənədlərim, diplomum, əmək kitabçam, hətta kürəkənimiz Nağıyev Mübariz Nuru oğlunun hərbi bileti, VÖEN-ni, “Leo Bank”a aid hesab kartı, “Türkdünyası.az xəbər portalına məxsus möhür, lazımi sənədlər, bacım qızı Nağızadə Aytac Mübariz qızına “Kapital Bank”dan verilmiş hesab kartı, bacımın kiçik oğlu Nağızadə Ümid Mübariz oğlunun şəxsiyyət vəsiqəsi və digər lazımi sənədlər yanıb külə döndü. Hal-hazırda yaşadığımız evə dəymiş maddi ziyanla bağlı heç bir köməklik göstərilmir. Yanğın hadisəsinin baş verməsində hansısa şəxsi günahkar hesab etmirəm və əsas günahı, məhz Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının hadisə yerinə olduqca gec gəlmələrində görürəm. Hətta bu azmış kimi, adı çəkilən bu dövlət qurumunun əməkdaşları tərəfindən yanğın hadisəsi söndürülərkən, soyutma işləri də lazımi tələblər əsasında həyata keçirilmir. Bu da təkrar yanğın hadisəsinin baş verməsinə və əmələ gələn fəsadın əhatə dairəsinin daha da genişlənməsinə səbəb oldu.
Onu da bildirim ki, 26 fevral 2023-cü il tarixdə Üzeyir Hacıbəyov küçəsi, ev-45B və 45A ünvanlarında baş verən yanğın hadisəsinin hansı səbəbdən əmələ gəlməsi, həmçinin hadisə nəticəsində dəymiş ziyanın əhatə dairəsinin müəyyən olunması və s. ilə bağlı “Yanğın haqqında” akt tərtib olunur və 06 mart 2023-cü il tarixdə isə, həmin aktın bir surəti bizə də çatdırıldı. Aktın məzmunu ilə tanış olduqda bəlli oldu ki, aktın tərtibatında ciddi qanun pozuntularına qol qoyulmuşdur. Məsələn, aktda qeyd olunub ki, yaşadığımız fərdi yaşayış evinin uzunluğu və eni 10 m-dir, hündürlüyü isə 4 m-dir. Bu cəfəng həyata keçirilmiş bir ölçüdür. Çünki, əvvəllər yaşadığımız və yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş evimizin ölçüləri, heç də onların qeyd etdikləri kimi deyil, yəni fərqli ölçüdədir. Digər tərəfdən, yanğın hadisəsi 23:50 radələrində aşkar olunur və hadisə barədə məlumat Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə 23:56-da çatdırılır. Aktda qeyd olunub ki, Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerində 23:59-da, yəni 3(üç) dəqiqədən sonra olurlar. Yanğın hadisəsinin qarşısı saat 00:17-də alınır, saat 00:40-da isə tamamilə söndürülür. Bütün bunların hər biri cəfəng yanaşmalardır. Çünki, necə ola bilər ki, yanğın hadisəsi haqda məlumat 23:56-da çatdırılır və Yanğından Mühafizə Hissəsinin əməkdaşları 3 dəqiqədən sonra hadisə yerinə çatırlar. Hansı ki, yanğın hadisəsinin baş verdiyi fərdi yaşayış evi ilə, Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi arasındakı məsafənin təqribən 1800 metr olduğu bildirilir. O halda sual oluna bilər ki, bu nə dərəcədə inandırıcıdır? Tərtib olunmuş aktda yanğının baş verməsinə əsas səbəb, paltaryuyan maşının elektrik şəbəkəsinə qoşulu vəziyyətdə olması və nəzarətsiz şəkildə qalması göstərilir. Amma, bu heç də belə deyil. Yəni, baş verən yanğına əsas səbəb elektrik naqillərində əmələ gələn qısa-qapanma hadisəsi səbəb olur. Bundan başqa, “Yanğın haqqında” aktı tərtib edən daxili xidmət kapitanı Hümbətov Fəxri Şaiq oğlu, aktda yazılanlarla bağlı bizə heç bir məlumat vermədi, aktın məzmununu ucadan oxumadı, bizim savadsızlığımızdan sui-istifadə etdi və o, tərtib etdiyi akta həyətimizin giriş qapısında teztələsik qol çəkdirdi. Bu da ciddi qanun pozuntularının varlığından xəbəb verir. Ona görə də, həmin aktın legitimliyini heç cür qəbul edə bilmərik.
Diqqəti cəlb edən məqamlardan biri də odur ki, Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşları ilk yanğın hadisəsi zamanı soyutma işlərini lazımi tələblər əsasında həyata keçirmirlər və bu da 2-ci dəfə yanğın hadisəsinin baş verməsi ilə nəticələndi. Belə bir səbəbdən də, 2-ci dəfə vurulan maddi ziyanın əhatə dairəsi daha çox oldu. Əslinə baxsan, bu cür addımın atılması CM-də vəzifə səhlənkarlığı hesab olunur və ya şəxs(lər)in əməllərində məsuliyyət də yaradır”.
Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, üzərinə düşən vəzifə borclarını lazımi tələblər əsasında yerinə yetirə bilmədiklərindən, artıq yerlərdə bu dövlət qurumuna qarşı vətəndaş inmamsızlığı formalaşmaqdadır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Yevlax RDYMH-nin əməkdaşları peyk sürətilə hərəkət ediblər?- İDDİA
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu