"Saatlıda suyun böyük hissəsi məmurların aqroparklarına yönəldilir" - SU ÜSYANININ ARDINDAN...
Bolge
Oxunub: 286
15 mar 2023 | 19:19
"Saatlıda suyun böyük hissəsi məmurların aqroparklarına yönəldilir" - SU ÜSYANININ ARDINDAN...


Martın 13-də Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kənd sakinləri susuzluğa görə etiraz ediblər. Yolu bağlayan sakinlər kəndlərdə nə içməli, nə də suvarma suyunun olmadığını bildiriblər. Bəs görəsən, Saatlıda su problemi nədən qaynaqlanır, necə həll etmək olar?

Rəsmi məlumatlara görə, ölkə üzrə ümumilikdə suvarılan sahələrin 5 faizi müasir suvarma sistemlərilə suvarılır. Su resurslarının təxminən üçdə biri itkiyə məruz qalır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, su qıtlığı qlobal iqlim dəyişikliyi nəticəsində yaranır, ancaq gərək su ədalətli şəkildə bölünsün ki, hamı özünə düşən hissədən qənaətlə istifadə etsin:

“Mən Saatlıya getmişdim, yay ayları idi. Orada kanal dolu su gedirdi, digər tərəfdə də pambıq sahələri susuzluqdan yanırdı. Mən soruşdum ki, niyə bu sudan istifadə etmirsiniz. Dedilər ki, "o su gedir ailənin aqroparkına. Bu aqroparkın da meneceri Hacı İbrahim Nehrəmlidir, o imkan verməz ki, oradan bir qram su götürülsün". Həqiqətən, kanaldakı su 2-3 rayonun suvarma ehtiyaclarını ödəyəcək qədər idi. Orada indiki məmurlara aid çoxlu aqroparklar var və onların rəhbərləri səlahiyyət sahibləri olduqları üçün sudan israfla istifadə edirlər. Məsələn, suya qənaət etmirlər, müasir suvarma sistemlərindən istifadə olunmur. Orada əsasən köhnə, selləmə üsulu ilə suvarma həyata keçirilir və bu da su itkisinə səbəb olur. Bu situasiyanı məsul şəxslər nəzərə almalı idilər”.

Ekspert deyir ki, öncə rayonda əhalinin suya olan ehtiyacı ödənməli, ondan sonra qalan su təsərrüfatda istifadə olunmalı idi.

O əlavə edir ki, hökumət su problemini illərdir görməzdən gəlir və nəticədə su qıtlığı yaranıb:

“Hələ 13 il bundan qabaq biz TV-lərdə çıxış edib hökumətə çağırış edirdik ki, qlobal istiləşmə gəlir, dağlar qar örtüyündən məhrum olublar, biz su ehtiyaclarımızı əvvəlki kimi ödəyə bilməyəcəyik, ona görə də su anbarları yaratmaq, yağan yağış sularını yığmaq və qəanətlə istifadə etmək lazımdır. Bizim ölkə üzrə ümumi suya olan ehtiyacımız təxminən 3.5 milyard kubmetrdir. İndi ümumi tələbatdan 7-8 dəfə çox su gəlir, ancaq o vaxt biz deyəndə 10 dəfə çox idi. Su idarə olunmalıdır. Müasir, damcı suvarma sistemlərindən istifadə etmək lazımdır” – deyə Vahid Məhərrəmli bildirib.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, hökumət su qıtlığının yaranmasını təkcə iqlim dəyişikliyi ilə əlaqələndirməsin, bu, həm də pis idarəçiliyin nəticəsidir:

“Düşünürəm ki, əsas səbəb idarəçiliklə, korrupsiya ilə bağlıdır. Bu sahədə görülən işlər dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına görülüb və milyardlarla pul xərclənib. Ancaq təəssüflər olsun ki, bu pulların hamısı təyinatı üzrə xərclənməyib. Monitorinqə də şərait yaradılmayıb. Digər bir məsələ, su itkilərinin çox olmasıdır. Başqa məsələ, iri aqroparklardır ki, orada suvarmanın təşkili üçün Kürdən, Arazdan kanallar çəkilir və suyun böyük hissəsi bu aqroparkların suvarılmasına gedir. Belə olan halda yerlərdə kiçik, ailə fermer təsərrüfatlarının su əldə etmək imkanları məhdudlaşır. Yəni, təsərrüfatlar bu aqroparkların qurbanı olurlar”.

“Azərsu” ASC içməli suda yaranan problemlərlə bağlı sualı cavabsız qoyub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Dilqəm Şərifov Abzas Media-ya bildirib ki, deyilənlər tamamilə yanlışdır.

Onun sözlərinə görə, aqroparklar böyük əkin sahələrinə malik ola bilər, amma su bölgüsü qrafikə uyğun olaraq verilir:

“Sadəcə olaraq ümumi su qıtlığı var. Bununla bağlı da mütəxəssislərimiz işləyirlər. Su problemi varsa, aqroparklarda da var. Ancaq indi elə bir problem yoxdur, çünki suvarma mövsümü deyil. Sadəcə olaraq bölgü zamanı insanlar istəyirlər ki, torpaqlarını daha tez suvarsınlar. Su qrafikinə nəzarət etmək istəmirlər, problem bununla bağlıdır. Ancaq suyun azlığını da hamı qəbul etməlidir, qlobal istiləşmə gedir, Kürdə suyun səviyyəsi azalıb, bu hər yerə təsir edir, o cümlədən də bizə. Cəmiyyət olaraq bizim işimiz suyu istifadəçiyə gətirməkdir. İstifadəçi suvarmanı damla suvarma ilə edir və ya selləmə suvarma ilə edir, bu onun öz xərci, öz problemidir. Təbii, damla ilə etsə, özünə xeyirdir, amma biz hansısa fermeri, sahibkarı məcbur edə bilmərik ki, sən mütləq damlama ilə suvar”. //abzas.org//
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?