Naxçıvan İH-dən şikayət: "Məcbur edirlr ki, 1000 manata "putyevka" alaq"
Bolge
Oxunub: 109
25 fev 2023 | 18:50
Naxçıvan İH-dən şikayət: "Məcbur edirlr ki, 1000 manata "putyevka" alaq"


Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına (HIŞ) aid güzəştli yollayışların işçilərə məcburi, həm də baha qiymətə satıldığı bildirilir. „Ağbulaq İstirahət Mərkəzi“ ilə işbirliyində ittiham olunan Şura rəhbərliyi, bu mətkəzə yollayışları 1000 manatdan satdığı bildirilir. Onlara yollayışları baha satmaqda isə, dövlət idarə və müəssisələrinin rəhbərliyi köməklik edir. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan”a bu idarə və müəssisələrdə çalışan əməkdaşlar məlumat verib. Onlar deyir ki, hər ay növbə ilə ən az iki dövlət idarəsi, öz işçilərinin bir neçəsini ailələləri ilə birlikdə istirahətə getməyə məcbur edilir. Əslində, güzəştlə 100-150 manata başa gəlməli olan yollayış hər bir işçiyə 1000 manata satılır. Yollayışı almaqdan imtina edən işçilər, işdən qovulmaqla hədələnirlər.
Rüşvət şəklində işçilərdən alınan pulların Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov və Həmkarlar İttifaqı Şurasının sədri Anar İbrahomov arasında bölüşdürüldüyü bildirilir.
Dövlət idarələrinin birində çalışan şikayətçi Sabit Quliyev deyir ki, keçən ay növbə onların idarəsinə çatıb və onu yollayış almağa məcbur ediblər:
“ Həmkarlar İttifaqı qanunla putyovka bizə 80-90 faiz güzəştlə verməlidir. Onlar isə, bunu bizə 1000 manata satır. Yəni, əslində biz göndərişə 100-150 manatdan artıq ödəməməliyik. Qalanınını Həmkarlar İttifaqı bizdən hər ay topladığı pulların hesabına ödəməlidir. Onlar isə əksinə, öz qiyməti 800 manat olan istirahətə görə əlavə 200 manat da artıq alırlar. Yəni, mən bu gün öz hesabıma Mərkəzə istirahətə getsəm, Həmkarlar İttifaqının təklif etdiyindən 200 manat ucuza başa gələr. Məcburi göndərirlər. Deyəndə o qədər pulum yoxdur, deyirlər ki, sən narahat olma, hissə-hissə maaşından tutacağıq. Etiraz edəni işdən qovurlar deyə, hamı məcbur olub, razılaşır“.
Yuxarıda deyilənləri Naxçıvan Həmkarlar İttifaqı Şurasının adının çəkilməsini istəməyən əməkdaşı da təsdiq edir. Onun sözlərinə görə, bunda əlavə hər il büdcədən də milyonlarla vəsait mənimsənilir:
“Məsələn uşaqlar üçün bir neçə günlük “Yay məktəbi”, “STEAM Yay məktəbi”, “Zəfər düşərgəsi” və müxtəlif seminarlar təşkil olunur. Hər dəfəsində bu tədbirlərin təşkili üçün hesabından küllü miqdarda pul silinərək şəxsi adamların sərəncamına verilir. Ucuz qiymətə nootbuklar, müxtəlif texniki avadanlıqlar alınır, hamısı baha qiymətə sənədləşdirilir. Ən çox Ağbulaq İstirahət Mərkəzi ilə işləyirlər. İdarə və müəssisə işçiləri yollayışları baha qiymətə almağa məcbur edilirlər. İstirahət 3-4 günlük nəzərdə tutulsa da, sənədləşmədə işçilərin orada 10-15 gün qaldığı göstərilir. Beləliklə, həm işçiləri soyurlar, həm də büdcəni talayırlar”
Əməkdaş iddia edir ki, rüşvət və korrupsiya yolu ilə əldə olunan pul, bir neçə şəxs arasında bölünür:
“Bu pullardan aylıq 50 min manat Azər Zeynalova, 5 min manat Şura sədri Anar İbrahimovq, 500 manat isə, onun müavininə çatır. Əvvəl, şuranın kphnə sədrinin zamanında Azər Zeynalov 40 min alırdı. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra ona çatacaq pul on min manat artırılıb“.
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Həmkarlar İttifaqı Şurası ilə əlaqə saxladıq. Şuradan iddialara aydınlıq gətirmək istəmədilər. Onların mövqeyini də işıqlandırmağa hazırıq.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatının, 9 Birləşmiş Həmkarlar İttifaqı komitəsinin, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı 46 min 134 nəfərdir.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi