Sahil Babayevin nazirliyi qanuna niyə əməl etmir? - GƏLİŞMƏ
Bolge
Oxunub: 289
23 fev 2023 | 22:22
Sahil Babayevin nazirliyi qanuna niyə əməl etmir? - GƏLİŞMƏ


Lənkəran sakini Məmmədov Nihat Xaləddin oğlu çıxılmaz durumdadır.

Jmaz.info xəbər verir ki, hər iki valideyn himayəsindən məhrum olan, uşaq evində böyüyən Nihat, həm də 2 üçəm olmaqla 6 uşaq atasıdır. Yəni, hər dəfə üçəm olmaqla 6 qız atası olub. Lakin indiyə qədər nə özünə iş tapa bilir, nə də dövlət tərəfindən ona hər hansısa yardım edilir. Nihat bildirir ki, fəhlə işləməklə ailəsini birtəhər dolandıra bilir. Lakin qazancı üçəmlərin normal qidalanmasına belə yetmir. Ona görə də, bir çox dövlət qurumlarına üz tutmaq məcburiyyətində qalıb. Qeyd edək ki, iş və ailə vəziyyəti ilə əlaqədar Lənkəran şəhər İcra Hakimiyyətində bir neçə dəfə qəbulda olub. Lakin İcra Hakimiyyətindən bildiriblər ki, onlarda Nihat üçün hər hansı iş yoxdur. Bundan sonra üçəmlərin atası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarına həm işlə təmin olunmaq, həm də ünvanlı sosial yardım almaq üçün müraciət edib. Dövlət Məşğulluq Agentliyinin Lənkəran şöbəsindən də onu əliboş qaytarıblar. Uyğun iş olmadığını deyiblər. Ünvanlı sosial yardım üçün isə müraciətinə cavab olaraq deyiblər ki, bunun üçün Nihatın rəsmi iş yeri olmalıdır. Beləliklə, 6 uşaq atası çarəsiz qalıb. Nə edəcəyini də bilmir.

Bəs, qanun nə deyir? Nihat Məmmədov ünvanlı sosial yardım ala bilərmi?

6 uşaq atası üçün qanunda hansı hallar və güzəştlər nəzərdə tutulub?

Azərbaycan Respublikası Prezidentinin son sərəncamına əsasən ailədə 5 və daha artıq uşaq olarsa, dövlət heç bir şərt olmadan hər bir uşağa 105 manat müavinət verməlidir. Bunun üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, müvafiq sənədlər təqdim olunmalıdır. Bundan başqa, ailədə 8 yaşdan aşağı uşaq (uşaqlar) olduğuna görə, anadan hardasa işləmək tələb olunmur. Özü isə işsizlik sığortası aldığı üçün işləyən (maaş alan) hesab edilir. Ailədə adambaşına düşən minimum əmək haqqı məbləği (təxminən 240-265 azn arası hər adama) ailənin sayına vurulur. Alınan məbləğdən ailənin gəlirləri (atanın sığorta maaşı) çıxılır və alınan məbləğ həcmində sosial müavinat verilir.

Maraqlıdır, qanunda bunca məqamlar xüsusi olaraq göstərildiyi halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə Nihat Məmmədovun probleminə biganə yanaşır?…

Qeyd edək ki, sözügedən nazirlik, son illər ən çox şikayət edilən, narazılıq yaradılan quruma çevrilib.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?