Şəki Məşğulluq İdarəsi qazi atasına iş tapmır? - ŞİKAYƏT

Şəki rayonun Baş Göynük kənd sakini, qazi mayor Maşallah Salahovun atası - işsiz Salahov Zahid Vahid oğlu tərəfindən redaksiyamıza göndərdilən şikayət məktubunu təqdim edirik. Şikayətçi yazır:
Şəki rayonun Baş Göynük kənd sakini, qazi mayor Maşallah Salahovun atası - işsiz Salahov Zahid Vahid oğlu tərəfindən
ƏƏSMN-nin Şəki Rayon Məşğulluq İdarəsində göstərilən tərbiyəsiz hərəkətlərindən etdiyim şikayətə görə məni bəhanə ilə özünəməşğulluq layihəsindən kənarlaşdırmalarından
Ş İ K A Y Ə T ƏRİZƏSİ
Mən, 3 övlad atasıyam. Oğlum, 1989-cu il təvəllüdlü və hazırda Milli Ordunun mayoru olan Manşallah Salahov hərbi xidməti zamanı Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş və qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində barotravma almışdır. Uzun müddət müalicə olunmasına baxmayaraq sağlamlığını bərpa edə bilməsə də, hərbi xidmətini yenə də ağır vəziyyətdə davam etdirir. Çünki, kasıb olduğuna görə ona əillik dərəcəsi təyin etməyəcəklərini bildirmişlər. Oğlum 4 nəfərdən ibarət ailəsini dolandırmaq üçün zülümlərə, ağrılara dözərək birtəhər xidmətini davam etdirir.( artıq normal yeriyə bilmir) Eyni zamanda qazancının çoxunu da sağlamlığı üçün xərcləyir ki, şiddətli ağrılardan yeriyə bilsin. Bir az pulu qalsa onu da kəndə bizə göndərir ki, acından ölməyək.
Doğrudur, həyat yolaşım və mən evimzdən 18 km aralda olan pay torpaqlrında əkin biçinlə məşğul oluruq. 2021-ci ilin fevralın 19-da mən də digər insanlar kimi Şəki Məşğuuq İdarəsində işsiz kimi qeydiyyata götürürlüb özünəməşğulluq proqramına cəlb edilmişdim. Nəhayət 2022-ci ilin oktyabrın əvvəlində yenə də Şəki Məşğulluq İdarəsinə gedib qazi atası kimi növbəmin çatıb çatmamasını soruşdum. İstəyirdim ki, mən də illər uzunu boş qalmış tövləmə mal-qara aparıb baxım ki, həm özümüzü, həm də ağır yaralı olan Milli Ordu zabiti olan oğlum Manşallahın hazırda Mingəçevir şəhərində xidməti evdə məskunlaşan 4 nəfərlik ailəsinin dolanışığına köməklik edim. Lakin çox təəsüflər olsun ki, Şəki DMX-nə getməyimə peşiman etdilər. Belə ki, tanımadığım idarənin rəsmilərindən birisi üstümə kobud formada acıqlanıb qışqırdı ki, bəsdir bizi bezdirdin, rədd ol buradan. Bir də buralara gəlmə. Sənə mal verən deyilik. Onlar məni "it balası" kimi qapıdan qovdular.vƏ SİSTEMDƏN SİLDİLƏR. İndi kor peşiman evdə oturub nə edəcəyimi fikirləşirəm. Axı mən bu dövlətə nə pislik etdim ki, mən qazi atasını, Azərbaycan Ordusunun zabiti mayor Manşallah Salahovun atasını bu formada təhqir edib qovsunlar. Axı mənim oğlum qanlı döyüş yolu keçdiyinə görə dövlətimizin başçısı ona orden və medallarla təltif etmişdir. Oğlum da Şəki DMX-nın harınlamış məmurlarının atasına qarşı vəhşi hərəkətlərindən çox mənəvi əziyyət çəkir.
Bildirim ki, kəndimizdə evimizdəki dəyəri olan hər şeyi satıb oğlumun müalicəsinə sərf etmişik. İndi çox kasıbılıqla dolanırıq.( daha doğrusu mövcud olmaq üçün sürünürük)
Keçən ilin noyabr ayında yazdığım şikayətdən sonra dəflərlə evə zəng edib əvvəl soruşdular ki, sizə DMX-da kobudluq edən şəxsin adı nədir? Cavab verdik ki, tərbiyəsizin adını bilmirik. İdarədə kameralarınız var Zəhmət çəkib araşdırıb öyrənin. Sonra bildirdilər ki, bəs sizə ona görə imtina cavabını sistemə vurub adınızı siyahıdan çıxarmışıq ki, evinizin həyətində mal tövləsi yoxdur. Buna görə şərtlərə uyğun deyil ki, sizi mal-qara ilə təmin edək. Cavab vermişik ki, tövləmiz 30 m evimizdən kənarda yerləşən bağçamızdadır. Biz əvvəllər heyvanlarımıza burada baxırdıq. Axı evimizin həyəti çox kiçikdir. Tövlə yerləşmir. Ona görə də tövləni yaxındakı bağçada tikmişik. İdarə işçiləri dedilər ki, yox buna Bakı razılıq vermir. Vəssəlam. Biz də öhdəlik götürdük ki, ailədə ağır vəziyyətimizi nəzərə alaraq öhdəlik götürürük ki, biz növbə ilə evdə deyil inəklərin yanında yatacağıq ki, onların təhlükəsizliyini qoruyaq. Əvvəllər kobudluqla danışan adamlar indi bizimlə normal adam kimi danışsalar da min bəhanə ilə yenə bizi başdan etdilər və mal qara verilməsi üçün adımızı çıxartdılar. Biz hiss etdik ki, İdarənin rəsmiləri bizim ailəyə qarşı çox aqressiv olsalar da uya heçnə olmamış kimi davrandılar. Və qisaslarını da bürokratik manelər yaratmaqla aldılar.
Ona görə də cənab Ali Baş Komandana yenə son ümidlə müraciət etmək qərarına gəldim ki, bizim yaralı zabit oğlumla birlikdə ailəmizin düşdüyü iqtisadi vəziyyətdən çıxarmaq üçün bir köməklik göstərsin.
Cənab Prezident Sizdən çox xahiş edirəm ki, məni, Müharibə zamanı ağır yaralanmış zabit atasını ƏƏSMN-nin Şəki DMX-dən əsassız olaraq özünəməşğulluq proqramından "mal tövləsinin evin həyətindən 30 m kənarda yerləşməsini bəhanə edərək " əsassız kənarlaşdılmağımla bağlı qanunvericiliyə görə araşdırma aparılmasına və məni yenidən bu layihəyə cəlb edilməyimə köməklik göstərilməyimə yardım edəsiniz. Əgər tövlə məsləsinə görə qoyulan şərtlər düzgündürsə o zaman mülkümüzdə olan 35 sot boş torpaq sahəmizdə bağ salınması layihəsinə cəlb edilməyimizə köməklik edəsiniz.
Allah amanında- sağ olun.
Hörmətlə, Zahid Vahid oğlu Salahov
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?