Mingəçevir universitetində nələr baş verir..? - Hicabla dərsə gəlmək olmaz, amma rüşvət almaq olar...
Bolge
Oxunub: 293
2 fev 2023 | 21:18
Mingəçevir universitetində nələr baş verir..? - Hicabla dərsə gəlmək olmaz, amma rüşvət almaq olar...


Rektor Şahin Bayramovun nəfəs kəsən avtobioqrafiyası...
Azərbaycanın Bakı, Gəncə, Sumqayıtdan sonra dördüncü böyük şəhəri olan Mingəçevir Dövlət Universiteti ilə bağlı yazmaq istəyərkən, xırda bir araşdırma aparmalı oldum.
Deməli, Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Sonra rektor Şahin Bayramovla bağlı xırda bir araşdırma aparmalı oldum. Bu adamın özü haqqında yazdığı ÖMÜR YOLUnu oxuyanda adamın nəfəsi kəsilir. Az qala bir roman boyda tərcümeyi-hal. Nə bilim, Polşada çıxış elədim, Çində konfransda oldum, Fransada koordinator oldum-filan....
Bu adam yazır ki, 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür. Yahu, İlahiyyatın sənə nə dəxli var..? Bu adamın dissertasiya mövzuları ilə tanış oldum və dəhşətə gəldim. Bunlar necə alim olublar..?
Sözün qısası, cənab rektorun uppuzun tərcümeyi-halı aşıqların qoşduğu dastandır. DASTAN dedim, yadıma Şahin Bayramovun Azərbaycan Dövlət İqtisad Universitetində DİSTANT və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışması düşdü. Həə, cənab Şahin Bayramov “Narxoz”da distant təhsil diplomlarının neçəyə satıldığını yəqin ki, bilirsiniz..?
Deməli, bu illər ərzində sizlər külli miqdarda pullar qazanmısınız. Və həmin pulların hesabına Mingəçevir Dövlət Universitetinə rektor təyin olunmusunuz. Hazırda Mingəçevir Universitetində imtahanların qiyməti, kadrların təyinatı sanki açıq bazar qaydaları ilə aparılır. Bu hələ harasıdır..? Cənab rektorun Mingəçevir Dövlət Universitetində təmir, avadanlıqların alınması, mebel-zad adı altında keçirdiyi tenderlər, əsl korrupsiya mənbəyidir.
Məlumdur ki, “Dövlət satınalmaları haqqında” Qanun var. Amma bu qanuna əməl edən yoxdur. İki gün öncə məlum oldu ki, musiqi məktəbi köhnə, dəyəri 300-400 manat olan royal musiqi alətinə 15 min pul verib, yəni kağız üzərində.
Bəli, Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməlli-başlı bazarlıq yapır. Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı 12.02.2021-ci il tarixdə 78770 manat dəyərində müqavilə bağlayıb. Görəsən, cari təmirə 80 min manatı necə ayırmaq olar..? Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Dövlət Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir. Niyə məlumat vermir..? Axı, Qanunda bütün bu əməliyyatların şəffaf olması qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir... Bəs cənab rektor niyə tender keçirmədən birbaşa müqavilə imzalayıb..? Belə faktlar kifayət qədərdir ee...biz sadalamaq istəmirik.
Bəli, cənab rektor üçün yüz minlərlə dövlət vəsaitini talamaq, həzmi-rabedən keçirmək olar, amma...
Təsəvvür edirsiniz xristian Avropanın bir çox ölkələrində müsəlman qadınlara hicabla dərsə, işə gəlməyə icazə verilir. Amma bizim cənab rektor Şahin Bayramov gənc tələbə qızın hüququnu pozur. Belə ki, 326 bal toplayan gənc qız Mingəçevir Dövlət Universitetinin "Metodika” ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib.
Bu barədə qızın anası deyir: "Qızım bu il Mingəçevir Dövlət Universitetinə qəbul olub. Avqustun 16-da qeydiyyatdan keçmək üçün universitetə getdik. Amma universitetin rektoru hicablı olduğuna görə qızımın sənədlərini qəbul etməyəcəklərini bildirdi. Dedi ki, bizim universitetdə hicab geyinən qızlar təhsil ala bilməz. Bax belə, qızım qaldı havada. Qızımın psixoloji vəziyyətinə görə də narahatam. Biz onu çətinliklə repititor yanına hazırlıqlara göndərmişik, xeyli pul xərcləmişik. İstəmirəm əziyyətimiz batsın”.
İndi gördünüzmü, cənab rektor Şahin Bayramov rüşvəti, korrupsiyanı, dövlət malını mənimsəməni HALAL hesab edir, amma hicabla dərsə gəlməyi qəbul etmir.
gundelik baki.com/
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?