Masallıda BULANIQ SUDA BALIQ SEVDASI... - NAZİRİN NƏZƏRİNƏ...
Bolge
Oxunub: 325
28 yan 2023 | 15:17
Masallıda BULANIQ SUDA BALIQ SEVDASI... - NAZİRİN NƏZƏRİNƏ...


Masallı rayonu, Boradigah qəsəbə sakini Azad Zadil oğlu Abdullayev redaksiyamıza rayondakı vəziyyətlə bağlı şikayət ünvanlayıb. DİA.AZ Hurriyyet.az-a istinadla onun müraciətini ixtisarla təqdim edir:

"2017-ci ildə şəxsi təsərrüfatımda yetişdirdiyim müalicəvi zəliləri Biləsuvar gömrük məntəqəsində saxladılar və istintaq dövründə saxlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında və Neftçala rayon S.Q.Kərimov adına Nərə Balıq Yetişdirmə Zavoduna aktla təhvil verdilər. Bundan həvəslənən Kərimov adına zavodun, həm də Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu əlavə gəlir əldə etmək məqsədi ilə mənə məxsus olan əmlakı əsassız olaraq satıb mənimsədilər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)648/2019 saylı qətnaməsi ilə ETSN-in Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının mənə vurmuş olduğu 112000 (yüz on iki min) manat ziyan uzun sürən məhkəmə prosesindən sonra göndərilmiş sorğulara əsasən sübuta yetirildi və mənə dəymiş ziyanın ödənilməsi barədə qərar verildi. Bundan narahat olan ETSN və balıqartırma təsərüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət etdi. İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi 15 aydan çox çəkdi, apellyasiya məhkəməsi də demək olar ki,1 il ancaq sorğular göndərdi və sonda 2021-ci il may ayında Şirvan Apellyasiya Məhkəməsi Şirvan İnzibati Məhkəməsinin qərarını dəyişdirilmədən saxladı mənə dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etdi. ETSN Ali Məhkəməyə şikayət etsə də, şikayətləri əsassız olduğunu deyərək kasasiya şikayəti təmin edilmədi. 2021-ci il oktyabr ayında məhkəmə qərarı Lənkəran rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra Kiçik Qızılağac Balıqartırma Təsərrüfatının rəhbəri Abasov Dadaş Nasif oğlu icra şöbəsinə çağırış əsasında gələrək nazirliyin hüquq şöbəsi ilə əlaqə saxladı və nazirliyin göstərişi ilə icra şöbəsində izahat yazaraq Abdullayev Azad Zadil oğluna dəymiş ziyanı 2022-cu il fevral ayının 20-nə kimi tam şəkildə ödəniləcəyi barədə izahat yazaraq imzaladı. Lakin deyilən müddətdə yazılan izahata nazirlik tərəfindən əməl olunmadı.

Bundan sonra mən icranın ləngitdiyini görüb hərəkətə keçdim. Fuad Ələsgərovun, baş prokuror Kamran Əliyevin, 3 dəfə ETSN naziri Muxtar Babayevin və bir çox yüksək vəzifəli məmurların qəbulunda oldum. Və sonda 2023-cü il yanvar ayının 18-i Fikrət Məmmədovun qəbulunda oldum. Demək olar ki, hər yerə yazmışam, lakin bir nəticə əldə edə bilirəm. Mənə dəymiş ziyanın ödənilməsi barədə ETSN addım atmır".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?