Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)
Bolge
Oxunub: 180
24 yan 2023 | 23:39
Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)


Ukraynada faciələrlə dolu bir qanlı müharibə gedir, dünya məhvərindən oynayıb, geopolitik savaş pik həddə çatıb, bizim ekofəallar 40 gündən çoxdur ki, Laçın koridorunda tarix yazır, Xankəndidə terrorçu yuvasını cəhənnəmə vasil etməyə yaxınlaşırıq, Qarabağdan rus əsgərlərini vaxtından tez çıxarmaq üçün proses gedir, amma bütün bu qarışıqlığın, əhəmiyyətli hadisələrin bizim bəzi məmurlara heç bir aidiyyatı yoxdur. Onlar qoyub getdiyimiz yerdə qalıblar, öz şakərlərindən əl çəkməyiblər, köhnə rüşvətxor əyyamı davam etdirirlər, sanki başqa planetdə yaşayırlar. Hətta icra başçılarının həbsi, Vasif Talıbovun belə erasının bitməsi, bu qədər kadr və sistem dəyişiklikləri də onların tükünü tərpətmir. Bu vəzifəli şəxslərə elə gəlir ki, zəlzələ də olsa, ondan pul qazanmaq lazımdır. Belələrindən biri Nərimanov rayonunu "ağ günə” çıxarıb indi Abşeronu "gülüstan”a çevirən icra başçısı Abdin Fərzəliyevdir.

A.Fərzəliyev şəhərin Nərimanov rayonuna rəhbərlik etdiyi dövrdə necə işləyirdisə, Abşeron rayonunda da əhdinə "sadiq”dir.

İcra başçısı faktiki olaraq Abşeronu qarış-qarış satmaq, qanunsuz tikintilərə rəvac vermək üzrə rekord qırmağa hazırlaşır. Az qala hər həftə FHN əməkdaşları Abşeronda bir qanunsuz tikintinin qarşısını alırlar. Tribunainfo.az bildirir ki, bu tikintilərə icazə verən isə Abşeron İH memarlıq şöbəsi, rəhbərliyi və icra hakimi A.Fərzəliyevdir. Sözsüz ki, Fərzəliyevin möhür-ştampı olmadan, onun sərəncamı və razılığı olmadan heç bir vətəndaş daşı daş üstünə qoya bilməz. Görünür ki, hansısa fərdi şəxs, yaxud sahibkar Abşeron İH-lə "sövdələşir”, tikintiyə icazə sənədi alır, tikinti normativlərini pozur, qanunsuz tikinti aparır və sonda FHN gəlib sökür. Belə çıxır ya nazir Kəmaləddin Heydərov Abdin Fərzəliyevə müharibə açıb, ya da həqiqətən FHN qanuni iş görür. Axı kimsə özbaşına tikintiyə başlasa, elə birinci Abşeron İH əməkdaşları başının üstünü kəsdirərdi. Əgər onlar müdaxilə etmirlərsə, tikintinin gedişində FHN məsələyə qarışırsa, deməli, Abşeron İH başçısı Fərzəliyevin "marağı” təmin olunub.

Yeri gəlmişkən, Tribunainfo.az-a müraciət edən Abşeronun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 109 sakini Əhmədov Telman İsa oğlu da mansardla birlikdə üçmərtəbəli, 12 metrlik obyektin onun evi ilə ara məsafəsi saxlamadan tikilməsindən şikayətçidir.

Məlum olduğu kimi yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Tikintilərin arasında məsafələr və qonşuluq hüququna görə qonşu tikililər arasında məsafə saxlamaq zəruridir.

Şikayətçi Telman Əhmədov isə bildirir ki, düz bir ildir onun evinə bitişik qanunsuz tikinti aparılıb: "Biz müxtəlif dövlət qurumlarına şikayət etsək də heç bir müsbət nəticə olmayıb. Bu obyekt demək olar ki, bizim evə bitişik tikilib. Hətta heç olmasa 1 metr ara məsafəni saxlanılmasını dedik, onda tikintini aparanlar ora pilləkəni də gətirib araya, bizim evə birləşdirdilər. Biz buna etirazımı bildirdikdə isə cavab verdilər ki, "hara istəyirsiniz şikayət edin, biz heç kimdən qorxmuruq”.

Onun sözlərinə görə, məhkəmə qərarı əsasında bir aydır tikintini müvəqqəti dayandırıblar: "Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinə də getmişdik, orada da sənədlərə baxıb bizə dedilər ki, obyektin tikintisi qeyri-qanunidir. Çünki obyektin torpağının sənədi yoxdur, yalnız bələdiyyə sənədi var”. Şikayətçi onu da bildirir ki, bələdiyyənin yerində fərdi ev adı altında obyekt tikirlər, amma alanla satan arasında heç bir müqavilə yoxdur: "Kupça” Faiq Kərimovun adınadır və tikintini aparanlar da yeri ondan alıblar. Amma rəsmi heç bir alqı- satqı sənədi yoxdur. İndi onlar çəkilib kənara ki, "bura bizim deyil, Faiqindir”. Rövşən Məmmədov, Şükürov Əli, Allahverdiyev Rövşən adlı 3 nəfər nə yollasa torpağı alıblar Faiqdən və həmin torpağın üstündə qanunsuz tikinti aparırlar. Onlar Faiq Kərimovun adından istifadə edərək deyirlər ki "obyekt bizim deyil, Faiqindir, gedin onu məhkəməyə verin”, amma məhkəmədə Faiq üçün onlar vəkil tutublar. Faiq Kərimov isə deyir ki, "mənlik bir şey yoxdur, mən onlara satmışam torpağı”.

Biz Memarlıq və Şəhərsalma İdarəsinə də müraciət etdik, gəlib baxış keçirdilər və rəy bildirdilər ki, həqiqətən də tikintinin heç bir sənədi yoxdur. Ortada alqı-satqı yox, torpağın sənədi yox, amma bu boyda tikinti demək ki, artıq başqa çatıb. Dəfələrlə qanunsuz tikinti ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişik, onlar da müraciətimizi yönləndirib Abşeron İH-in Memarlıq və tikinti şöbəsinə. Abşeron İH-in Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev bəlkə 15 dəfə bizə məktub göndərib ki, aparılan tikinti qeyri-qanunidir. Amma bununla belə heç bir tədbir görülüməyib”.

Vətəndaş Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyeva , Prezident Administrasiyasına, çoxsaylı dövlət qurumlarına müraciət edib: "Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin onlayn görüşündə olmuşuq. O da tədbir görülməsi üçün Abşeron rayon İcra Hakimiyyətinin başçına xəbərdarlıq edib. Amma heç bir tədbir görülməyib. Sadəcə bizim şikayətimizə baxan yoxdur. Gəlirlər baxış keçirirlər, deyirlər qanunsuzdur, amma atırlar bir-birinin üstünə. Tikintini elə aparıblar ki, bizə hava gəlmir. Yoldaşım bronxial astmadır , mən ürək xəstəsiyəm, 2 dəfə ağır əməliyyat olunmuşam. Obyektə görə burada nəfəs almaq olmur. Divarlarımız qaralır. Hətta bir müddət əvvəl bizə yalandan dedilər ki, əgər "Biz ara məsafəsi saxlamamışıqsa, onda sizin evi də alırıq. Hətta dedilər beh də verəcəyik. Amma sonradan məlum oldu ki, bu onların növbəti yalanı idi. Gecə-gündüz də tikinti gedib, norma və qaydalarının tələblərinə riayət etmədən tikintini bizə tərəf olan hissədən başqa başa çatdırıblar. Hər cür vəchlə , bəhanələrlə bizi aldadırlar. Bizim məhkəmədən tələbimiz odur ki, obyekt ara məsafəsi verilməsi üçün sökülsün. Sökülməsi bir yana qalsın, onlar bizimlə heç bir razılaşmaya da gəlmirlər,heç bizi eşitmək belə istəmirlər. İki dəfə məhkəmədə olmuşuq. Hətta məhkəmə də bizim işimizə ədalətlə baxmır. Biz məhkəmənin qərarından Apelyasiya şikayəti vermişik. Artıq bizdə məsələnin müsbət həll olunmasına inamsızlıq yaranıb.Mənbə: TİA.az
Mətbuat vasitəsilə aidiyyəti qurumlardan artıq dərəcədə xahiş edirik, bizim problemi həll etsin”.Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”