Hacıqabulda vətəndaş dərdini KİMƏ DESİN? - "...heç bir məmur heç nə etmir"
Bolge
Oxunub: 337
21 yan 2023 | 16:00
Hacıqabulda vətəndaş dərdini KİMƏ DESİN? - "...heç bir məmur heç nə etmir"


"Kəndimiz pis gündədir, yol yox, su yox, körpü yox… İki ildir ki, guya nəsə etməyə çalışırlar, görüntü üçün gətirib ortalığa torpaqdan, dəmirdən atıblar, ancaq hərəkət yoxdur. Reallıq odur ki, biz hələ də əziyyət çəkməkdə davam edirik”.

Hacıqabul rayonunun kəndlərindən şikayət var. İkinci Udullu kəndinin sakinləri kənddə tibb məntəqəsinin, yolun və suyun olmamasından, Talış kəndinin sakinlərisə kəndiçi yolların bərbadlığından gileylənirlər.

İkinci Udulluda yaşayan Ruhiyyə Səmədova deyir, bu kənddə adamlar çıxış yolunu evini satıb, paytaxta köçməkdə görür: "Adamlar bezib, çoxu evini satışa qoyub. Hamı beş gün də insan kimi yaşamaq istəyir. Bu, hər bir insanın təbii arzusudur. Heyvan tapırıq, yem tapmırıq, nar satıb dolanırıq, ağacı suvarmağa ilin çox vaxtı da su tapmırıq. Ağaclarımız quruyur. Adamlara iş verilsin, kəndin cavanlarının karxanada daş yükləməkdən beli bükülüb. Nə qədər gəncimiz müharibədə şəhid oldu. Bunlar da sabahın, birigünün şəhidləridir, dövlət bunların belini niyə qırır burda? Niyə iş vermir insanlara?”.

Sakinlər düşünürlər ki, yaxınlıqdakı Kür çayından kəndə su çəkilsə, su problemi həll edilər: "May ayı gələndə kənddə su qeybə çəkilir. Həyətlərimizə su çəkilsin, camaat susuzluqdan əziyyət çəkməsin. Kür böyrümüzdən keçir, ordan çəksinlər. Yolu düzəltsinlər. Birini sancı tutanda üstünə qaçmağa bir həkim məntəqəmiz olsun. Sovet vaxtı bunlar hamısı vardı. Xaraba yollarla xəstəni rayon mərkəzinə aparınca əlimizdə keçinir”.

Hacıqabulda vətəndaş dərdini KİMƏ DESİN? - "...heç bir məmur heç nə etmir"


Əli Hüseynovsa Talış kəndinin sakinidir.

Onun sözlərinə görə, kəndiçi yollar o qədər bərbaddır ki, yağış yağanda evdən çölə çıxmaq mümkün olmur. Son bir neçə gündə yağan yağış yolları daha da keçilməz edib: "Uşaqları palçığın-zığın içində böyütməkdən bezmişik. Məktəbə göndərə bilmirik, palçıq dizdəndir. Ayaqqabı almaqdan yorulmuşuq, yollarımıza ayaqqabı da davam gətirmir”.

Sakinlər deyir, kəndin yayı da, qışı da zülm içərisində keçir: "Yayı bir zülmdür, qışı başqa zülm… Hara müraciət ediriksə, deyirlər, bələdiyyənin işidir, gedirik bələdiyyəyə, deyir, fondda pul yoxdur. Bir dəfə yağış yağdısa, sonra günlərlə palçıqlı su ortalıqdan çəkilmir. Hamının uzunboğaz, rezin çəkməsi var, ayağımıza sellofan bağlayıb, o çəkməni geyinirik. Nə vaxtadək belə davam edəcək? Biz də insan kimi yaşamaq istəyirik axı…”.

Kənd sakini Səbinə Hüseynova isə deyir, yığışıb öz maliyyə hesablarına bir neçə dəfə yolu alayarımçıq düzəltməyə çalışıblar: "Kasıb kənddir. Heç çörəyə pul çatdırmırıq, o ki qala yolları düzəldə bilək… Kişilərimiz gedib rayonda günəmuzd bir iş tapıb, 3-5 manat qazanıb gəlirlər. Bir də kəndin yolunu, işığını, suyunu dzəltməliyik? Axı bildiyimiz qədər, dövlət bu işlərə pul ayırır. Ancaq bizə kəndimizə xərclənmiş pulların hesabatını verən yoxdur. Çünki reallıqda kəndimiz üçün heç bir məmur heç nə etmir”.

Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, Udullu İnzibati Ərazi Dairəsindən keçən çay suları adətən yay aylarında mövsümlə əlaqədar quruyur.

Hazırda kənddə su var. Kəndlərə yol çəkilişi də nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Digər problemlərin də həll olunması mərhələli qaydada planlaşdırılır.

Talış kəndindəki daxili yolların təmiriylə isə kənd bələdiyyəsi məşğul olmalıdır.

Vətəndaşlardan gələn şikayətlər bələdiyyəyə yönləndirilir. Bələdiyyənin fondunda isə pul yoxdur.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?