Trolçu icra başçısının makler dairə sədri... - Neftçala macəraları
Bolge
Oxunub: 345
18 yan 2023 | 20:24
Trolçu icra başçısının makler dairə sədri... - Neftçala macəraları


Son günlər mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl yazılar dərc olunub. Daha çox torpaqların müqavilə ilə fermerlərə verilməsində baş verən neqativ hallarla bağlı rayonun gənc icra başçısı Mirhəsən Seyidov və 61 saylı Neftçala Seçki Dairəsinin sədri Zaur Kərimovun adı hallanır. Xatırladaq ki, DİA.AZ olaraq rayonda konkret ərazilərin konkret şəxslərə rüşvətlə verilməsinə dair şikayət məktubunda yer alan faktları dərc etmişdik. Bütün bu ittihamlara sübutlarla cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan "İrəli" təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumat diqqət çəkir: "OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər". Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər "mənim səlahiyyətimə aid deyil" desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.
Hadisələrin gedişini təqib edərək, mövzunu davam etdirəcəyik.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?