Bələdiyyə sədri dövlət mülkiyyəti ilə özünə sərvət toplayır ? - VİDEO
Bolge
Oxunub: 227
10 yan 2023 | 00:58
Bələdiyyə sədri dövlət mülkiyyəti ilə özünə sərvət toplayır ? - VİDEO


Çox uzun müddətdir ki, "DogruXeber.az"da yayımlanan vətəndaş şikayətlərinin əksəriyyətini torpaq problemləri ilə bağlı mövzular təşkil edir.

"Kana14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə bağlantı yaradıb, hüquqlarının pozulmasından gileylənən şəxslərin də əksəriyyəti Qazax rayon sakinləridir.

Belə ki, bu dəfə də redaksiyamıza torpaq problemi ilə bağlı müraciət edən Qazax rayon "Ağköynək" kənd sakini Mustafayev Murad Bəhmən oğludur.

Murad Mustafayev müraciətində iddia edir ki, "Mən Ağköynək kəndində çilingər işləyirəm. Şəxsi avtomobil təmiri sexi tikmək məqsədilə Ağköynək və Qarapapaq kəndlərinin bələdiyyə sədri Mansurova Nəzakət Bilal qızına müraciət etdim.

Nəzakət Mansurova mənə dedi ki, "Mən sənə 4.000 (dörd min) manata yaxşı yerdən torpaq sataram, amma 200 (iki yüz) manat da verəcəksən kadastr gətizdirib vurdururam, nə qədər torpaq var 1 sot, 2 sot verirəm sonra.".

Mən də razılaşdım. Aradan bir-iki gün keçmişdi ki, Nəzakət Mansurova mənə zəng edib dedi ki, "Kadastr bura Tovuzdan gəlir, gəl 200 (iki yüz) manat ver, yola sal".

Bələdiyyə sədri Nəzakət xanımın mənə satdığı həmin əraziyə getdim. 3-4 nəfər şəxs var idi. Ərazini ölçdülər və mənə bildirdilər ki, "Burda 1.4 sot yer var, bitişik olan əlavə 20 kv metri də sənin adına vururuq."

Bir neçə gün sonra mən avtomobilimi lizinq edib, kreditlə pul götürdüm.

Nəzakət xanımın mənə satdığı torpağın ödənişi olaraq, hissə-hissə 1500+1200+800 bütövlükdə 3500 (üç min beş yüz) manat pul ödədim.

Avtomobilimi satıb, torpağı almaq üçün götürdüyüm kredit borcu qarşılığında 6.900 (altı min doqquz yüz) manat banka pul ödədim, pulu götürüb qayıdarkən, yolda avtomobil qəzası keçirmişdim, 3000 (üç min) manat ona xərcim çıxdı. Arada da əlavə çox xərclərim oldu. Üstəlik, övladımın avropada təhsil alması üçün illərlə qəpik-qəpik topladığım pul da əlimdən çıxdı.

Lakin, pulu ödədikdən və yuxarıda qeyd etdiyim qədər maddi zərər gördükdən sonra bir neçə müddət torpağın sənədləri hazır olmadı. Axırda məlum oldu ki, mənə satılan həmin torpaq sahəsi tamamilə başqa bir şəxsin - rayonda hörmətli bir iş adamının adınadır.

Bundan sonra Nəzakət xanım mənə başqa bir yerdən əlavə pul ödəmək şərtilə 6 sot torpaq təklif etdi. Həmin torpaqla da bağlı bəzi problemlər ortaya çıxdı və sonunda mən torpaq almaq fikrindən daşındım. Çünki, məsələ uzandıqca, xərclərim çoxalırdı.

Manim artıq torpaq almaq fikrim yoxdur, zatən mümkün də olmadı. Ona görə də mən bələdiyyə sədri Nəzakət Mansurovadan əlavə xərclərim - yəni torpaq məsələsinə görə düşdüyüm bütün maddi ziyanlar ilə birlikdə ödədiyim məbləği geri tələb edirəm."Qeyd edək ki, vətəndaş Murad Mustafayev redaksiyamıza bələdiyyə sədri (eyni zamanda Ağköynək kənd orta məktəbində ingilis dili müəllimi işləyən) Nəzakət Mansurova barəsindəki iddialarına dair səsyazıları da təqdim edib və həmin səs yazısı da "Kamalın zamanı" proqramında izləyicilərə təqdim edilib.Səs yazılarında adı bir neçə dəfə çəkilən Hamlet adlı şəxs isə Murad Mustafayev va digar kand sakinlərinin redaksiyamıza bildirdiyinə görə hazırda bələdiyyə idarəsində Nazakat Mansurova ilə birlikdə çalışır. Deyilənə görə o, əvvəllər korrupsiya cinayətinə görə həbs olunub. Müəyyən müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxıb. Torpaqların satışı üçün əsas işləri Hamlet həyata keçirir.

Sözügedən səs yazılarında bələdiyyə sədri Nəzakət Mansurovanın danışıqlarında diqqət çəkən onun bir neçə dəfə bələdiyyə torpağından bəhs edərkən, "mənim torpağım" deməsidir.
Üstəlik də təkrar-təkrar Murad Mustafayevə ona 4.000 (dörd min) manata satdığı torpağı bir başqasının 5.000 (beş min) manata satın almaq istədiyini deyir.

Görünür, bələdiyyənin torpaqları hərrac yolu ilə sata biləcəyi barəsindəki qanunu Ağköynək bələdiyyəsinin sədri Nəzakət Mansurova yanlış anlayıb. Sən demə o, torpağı onun özünə daha çox pul verən şəxsə sata bilərcəyini düşünürmüş. Hər halda danışıqlardan belə çıxır.

Onu da qeyd edək ki, məlumatlar və səs yazısı yayımlandıqda, yayımın şərh bölməsində kimisi bələdiyyə sədrinin İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova arxalanaraq, bu cür qanunsuz işlər gördüyünü, kimisi eyni zamanda Ağköynək kəndində ingilis dili müəllimi olan bələdiyyə sədrinin çox zaman məktəbə getmədiyini, bülletendə olduğunu yazdı.

Yeri gəlmişkən, Murad Mustafayev "Kamalın zamanı" proqramında bələdiyyə sədrinin onun başına gətirdiklərini danışdıqdan sonra biz "DogruXeber.az" olaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini dinləməyi özümüzə borc bildik.

Odur ki, haqqında bəhs edilən bələdiyyə sədri Nəzakət Mansurovaya zəng edib, Murad Mustafayevin iddialarına qarşı fikir bildirməsini istədik.

Nəzakət xanım heç bir açıqlama vermək istəmədiyini, yorulduğunu bildirdi. Hətta, "Nə istəyirsiniz, yazın" - dedi.
Aradan bir neçə dəqiqə keçmişdi ki, Ləman adlı bir xanım redaksiyamıza zəng etdi və Nəzakət Mansurovanın qızı olduğunu, məsələ barəsində açıqlama vermək istədiyini, hətta redaksiyamıza gəlib, efirə çıxmaq istədiyini dedi. Anladıq ki, o, Murad Mustafayevin təqdim etdiyi səs yazısında Nəzakət Mansurovanın tez-tez adını çəkib, müraciət etdiyi Ləman xanımdır.

Xanım xeyli özünü, ailəsini, gördüyü ailə tərbiyəsini təriflədi, Murad Mustafayevi yalan danışmaqda qınadı. Hətta, bildirdi ki, o Muraddan pulu müalicə məqsədilə borc alıb.

Ləman xanım biraz da xarici görünüşündən bəhs edib, Murad Mustafayevin barəsində məsələyə aidiyyatı olmayan bir-iki iddialar irəli sürdü və növbəti gün redaksiyamıza gəlib, efirə çıxmaq istədiyini dedi və sağollaşdı.
Beləliklə, bir daha "su sonası" qədər gözəl olduğunu deyən Ləman xanımın nə üzünü gördük, nə də səsini eşitdik.

Amma, onu da qeyd edək ki, sən demə Ləman xanım bizə zəng etmədən bir neçə gün əvvəl "DogruXeber.az"ın "dogruxeber.az_official" Instagram səhifəsinə mesajlar yazaraq, Qazax rayonunda özbaşınalıq olduğundan, Rüstəm və Oruc Vəliyevlərin torpaqları mənimsədiyindən, anasını ölüm həddinə çatdırdıqlarından gileylənibmiş. Profil adı başqa olduğundan biz tanımamışdıq, lakin Ləman xanım zəng edərkən, bu barədə özü bizə bildirdi.

P.S: Biz Murad Mustafayevin iddiaları əsasında məsələdə cinayət tərkibi olduğundan bütün aidiyyatı qurumlara - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Ədliyyə Nazirliyinə və rayon rəhbərliyi olaraq, Qazax rayon İcra Hakimiyyətinə tərəfimizdən rəsmi elektron müraciətlər göndərmişik.

Güman edirik ki, məsələ obyektiv araşdırılacaq və barəsində hüquqi tədbirlər görüləcəkdir.

Mövzu diqqətimizdədir, təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...