İsmayıllıda məmurlar QOÇULUQ EDİR... - İLGİNC İDDİA
İsmayıllıda Yeni il tədbirində biabırçı hadisə baş verib. Reportyor.info bildirir ki, 31 dekabr axşam saat 22:00-da Yeni il tədbiri planlaşırıdılıb. Təşkilatçı İsmayıllı rayon Mədəniyyət Mərkəzi olub və bayram tədbiri də həmin mərkəzin qarşısında baş tutmalıymış. Tədbir rayon səviyyəli keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı heç bir iş görməyib. Saat 22:00-da başlayacaq tədbir baş tutmayıb. Tədbirə yığışanlar Niva markalı avtomobildə mahnı səsləndirməklə tədbirə başlayıblar. Ardından maşının və telefonun işığında bir neçə müğənni mahnı ifa edib.
Həmin vaxt Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli tədbirə gəlib. İşçilərdən biri tədbirin belə biabırçı olmasına etiraz edib. Tərəflər arasında mübahisə yaranıb. Ardından dava başlayıb. Araz Şəmdinli həmin işçini söyüb. Onu bıçaqlamaq istəyib. Mədəniyyət Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin işçiləri olayın qanla bitməsinə mane olsalar da, yekunda xətasız ötüşməyib. İşçilər bıçağı Araz Şəmdinlinin əlindən alan zaman bıçaq onun qoluna girib. Məsələni ört-basdır etmək üçün A.Şəmdinlini xidməti otağına aparıblar. Otağa daxil olan A.Şəmdinli otaqdakı bütün avadanlıqları yerə çırpmaqla sıradan çıxarıb.
Məsələdən sonra Araz Şəmdinlinin qoluna bir neçə tikiş qoyulduğu deyilir. A.Şəmdinli diqqətdə qalmamaq üçün təhsil məzuniyyətinə çıxıb.
Əlavə olaraq da qeyd edək ki, tədbirdən sonra Prezidentin Yeni il təbriki olmalı imiş və həmin təbrik rayon mərkəzindəki və Mədəniyyət Mərkəzinin tabeçiliyində olan monitorda nümayiş etdirilməli idi. Lakin Prezidentin çıxışı 3 dəfə yarımçıq qalıb. Məlum olub ki, monitorun müəyyən detalları Mədəniyyət Mərkəzinin rəhbər şəxsləri tərəfindən sökülərək satılıb. //Reportyor.info//
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?