"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO
Bolge
Oxunub: 299
28 dek 2022 | 09:11
"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO


24.12.2022-ci il tarixində "DogruXeber.az" əməkdaşları olaraq, Salyan rayonunun Pambıqkənd kəndində olduq.

Bir saat yarıma Salyana qədər, təqribən bir o qədər müddətə də Pambıqkənd kəndinin içinə qədər vaxt xərclədik.

Kəndin içinə girmək üçün bu qədər uzun vaxt sərf etməyimizin səbəbi kəndin illərdir təmir görməyən yollarının çox bərbad, çala-çuxurlu olması idi. İş o yerə çatıb ki, kənd çöl torpaqlarının içi ilə getməyi o yolla getməkdən "rahat" zənn ediblər və beləcə torpaqdan yol salıblar.

Əlqərəz, çox çətinliklə gedib, nəhayət kəndə çatdıq. Amma, çatar-çatmaz kənd arasındakı yolların daha bərbad olduğunu gördük. Özü də deyəsən, kəndin problemi təkcə keçilməz yollarından ibarət deyildi. Kəndin içində sakinlərin həyatı üçün təhlükə saçan bu görüntülər də diqqətimizi ilk çəkən neqativlərdən biri idi.

Görünür, bu böyük bir ərazini zəbt edən məişət tullantıları, çala-çuxur yollar nə yerli bələdiyyəni, nə də icra nümayəndəsini, həmçinin ümumiyyətlə Rayon İcra Hakimiyyətini belə zərrə qədər narahat etmir.

Yeri gəlmişkən, sakinlərin bildirdiyinə görə kəndin nə bələdiyyə sədri, nə də yerli icra nümayəndəsi həmin kənddə yaşamırlar. Yəqin bu səbəbdəndir ki, bizim gördüyümüzdə dəhşətə gəldiyimiz bu mənzərə, onları qətiyyən maraqlandırmır.

Hətta, orada olarkən, biz bələdiyyə sədri ilə telefon əlaqəsi saxlayıb, yollara buvaxta qədər heçolmasa xırda çay daşlarının tökülməməsinin səbəbini soruşduq. Bələdiyyə sədri bir neçə dəfə yollara xırda daşlar döşəndiyini bildirdi. Lakin, elə ordaca ətrafımıza toplaşan kənd sakinləri bunun tamamilə yalan olduğunu, buvaxta qədər bir dəfə də olsun, bir dənə daş döşənmədiyini dedilər. Biz bələdiyyə sədri Elnur Əhmədova onunla üzbəüz görüşmək istədiyimizi bildirdikdə isə, "Mən uzaqdayam" - deyə cavab verdi.

- "Eybi yox, gözləyərik" dedik.

- "Yox, mən Bakıdayam", dedi

Yəqin, oxucularımız arasında yazını oxuyarkən, bələdiyyə sədrinin cavabının "klassik bəhanə", hətta "köhnəlmiş variant " olduğunu dərhal anlayıb, buna gülənlər də vardır.

Qeyd edək ki, kənd sakinləri bələdiyyə sədrinin nəinki üzünü görmədiklərini, hətta əksəriyyəti onun adını belə bilmədiklərini deyirlər. Bundan əlavə sakinlər "2009-cu ildən bəri biz rayon rəhbərliyinin yadından çıxmışıq".

Uzun sözün qısası, bir-iki şəkil çəkib, Bakıya yola düşdük. Artıq, zəif yağış başlamışdı və hava da qaralmışdı. Odur ki, bir dənə də olsun küçə işığı olmayan kənd yolu, yağışda palçıq olmuş və daha da keçilməz hala düşmüşdü."Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO
"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO


Nəhayət çətinliklə Salyandan çıxıb, bu dəfə də Şirvan rayonu ərazisi olan Mahir Mirzəyev küçəsindən çala-çuxur yollarla irəlilədikcə qaranlıqda bir baxdıq ki, sən demə küçə boyu işıq dirəkləri var imiş, sadəcə ya işləmirlər, ya da bu yolla enerjiyə qənaət edirlər.

"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO
"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO


Adlarını çəkdiyimiz hər iki rayonun rəhbərliyinin və Avtomobil Yolları Dövlət Agentliyinin bugünə qədər bu problemlərə laqeyd qalmasının səbəbinin bütün bunlardan xəbərsiz olmaları demək deyil hər halda...

P.S: Sakinlərin gileyi və gördüyümüz mənzərələr barəsində rayon rəhbərliyinin də mövqeyini dinləmək məqsədilə Salyan Rayon İcra Hakimiyyətində İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev ilə telefon əlaqəsi saxladıq.
Aqşin Babayev, "Rəhbərliyin icazəsi olmadan heç bir söz deyə bilmərəm. Gəlsin özündən soruşum sonra deyərəm" - dedi.

Bunun üçün təqribən nə qədər gözləməli olduğumuzu israrla soruşsaq da, Aqşin Babayev birmənalı olaraq, "bilmirəm" deyə cavab verdi.

Şirvan şəhər İcra Hakimiyyətində İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva isə bir neçə dəfə təkrar zəng etdiyimizə baxmayaraq, ümumiyyətlə dəstəyi qaldırmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Dünən, 10:06
İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir