Naxçıvandan DTX-ya şikayət: “Yuxarılar bizə aylıq 20 min haqq qoyub…”
Bolge
Oxunub: 366
16 dek 2022 | 23:39
Naxçıvandan DTX-ya şikayət: “Yuxarılar bizə aylıq 20 min haqq qoyub…”


Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir qrup keçmiş və hazırkı əməkdaşı ictimaiyyətə və DTX-ya müraciət edib. Müraciət, bu qurumda baş verən rüşvət, məmur özbaşınalığı və digər qanunsuzluqlarla bağlıdır. Şikayətçilər, hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından, bu qurumu da araşdırmalarını xahiş edirlər. Onların “Gündəlik Naxçıvan” vasitəsi ilə ünvanladığı müraciəti təqdim edirik:

“Naxçıvan MR DSMF illərdir ki, rayon və şəhər şöbələrinə aylıq haqq qoyur. Naxçıvan şəhər şöbəsi hər ay 20 min, Babək rayonu 15 min, digər rayonlar isə 10 min manat yuxarılara verməlidir. Bu haqqı çatdırmayan şöbə rəhbərləri və əməkdaşları cəzalanır. Təbii ki, bu pullar biz işçilərdən, təqaüd, yaxud sosial yardım alan vətəndaşlardan yığılır. Yığılan pullar isə birbaşa mərkəzi DSMF-dəki müavinilər Sahir Rüstəmova və Aslan Eyvazova verilir. Onlar isə alınan pulları yuxarı çatdırırlar. Aylığın vaxtı çatanda biz işçilər pul tapmağa məcbur edilirik. Bizi məcbur edirlər ki, təqüdçülərin pulunu borc adı ilə saxlayıb, yuxarı çatdıraq. Bu səbəbdən, işçilərimizin çoxu təqüdçülərə borclu qalıblar. Təqaüdçülər isə öz təqaüdlərini bizdən tələb edirlər.”

Müraciətdə bildirilir ki, müavin Sahil Rüstəmov, köhnə əməkdaşları işdən çıxarıb, onların yerini 10 min manata başqalarına satır:

“Çoxlu sayda köhnə əməkdaşı ya özləri işdən çıxardı, ya da buna məcbur edildilər. Onların yerinə isə 10 min manat alaraq yeni işçilər götürdülər. Kadr işlərinə isə audit şöbəsinin müdiri Mənsur baxır. İşə götürülənlər onunla danışır, pulu ona verir, o isə yeni işçilərin əmrinin verilməsin təmin edir. İşə götürmək adı ilə pul aldıqları adamlardan bəzilərinin pulu da batıb. İndi onları nə işə götürürlər, nə də pullarını qaytarırlar. Köhnə əməkdaşların əsassız yerə sıxışdırılaraq, işdən çıxarılması indi də davam edir”.

İşdən çıxarılan DSMF əməkdaşları DTX-dan xahiş edirlər ki, onlara işlərinə bərpa olunmaqda da yardım etsinlər:

“Ümidimiz sizədir. Naxçıvan camaatı sizi hazırda öz xilaskarı kimi görür. Bizi, uzun illərdir bu sahədə işləyən təcrübəli əməkdaşları əsassız yerə işdən çıxarıb, işsiz, çörəksiz qoyublar. Başqa təcrübəsiz adamlardan 10 min manat alıb, bizim yerimizə qoymaq üçün. Bizi maşsız qoydular. İndi necə dolanacağımızı bilmirik. Xahiş edirik, bizim işə qaytarılmağımıza yardımçı olun”.
“Gündəlik Naxçıvan”a təqdim olunan, əsassız yerə işdən çıxarıldıqları iddia olunan keçmiş DSMF əməkdaşlarının siyahısını bu postun şərh yerində paylaşacağıq. Siyahıda onların DSMF-dəki iş stajı da rəqəmlərlə göstərilib.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?