Göyçay Su Kanal İdarəsi vətəndaşı intihar həddinə çatdırıb
Göyçay rayonu Heydər Əliyev pr. 2-ci Ərəbcəbirli kənd sakini Xasıyev Əziz Səadətdin oğlu tərəfindən
Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 2015-ci ildə şiddətli şaxtalar zamanı donvurma nəticəsində istifadəmizdə olan su sayğacı xarab olmuşdur. Mən problemin həlli ilə bağlı "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etdim. Mənə bildirdilər ki, sayğacını özün öz vəsaitin hesabına təmir etməlisən, ondan sonra biz gəlib sayğacı yenidən möhürləyərik. Beləliklə mən onların dediyi kimi etdim. Yenicə təmir olunmuş smart-kart su sayğacımıza 2 manat dəyərində su yüklədim. Lakin 15 gündən daha artıq müddət keçməsinə baxmayaraq kartda olan suyun qurtarmadığını görüb, sayğacın düzgün işləmədiyini anladım və yenidən Göyçay Su Kanal İdarəsinə getdim. Mənə "Sən get, biz gəlib tezliklə maraqlanarıq" dedilər və bir də nə az, nə çox, düz 3 ildən sonra "xəbərdarlıq" bildirişi göndərdilər. Bildirişə əsasən, 342 (üç yüz qırx iki) manat borcumuz var idi. Sən demə smart kart tipli su sayğacında verilən su mexaniki qaydada hesablanıbmış. Onlar bu müddət ərzində kanalizasiya sisteminə qoşulmadığımız halda, qoşulmuş kimi qeyd etmişdilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsinə əsas verir. Çünki “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı maddə 5.1.5. -də: "Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək" istehlakçıların hüquqlarındandır. Öz qaydalarına uyğun hərəkət edən Göyçay Su Kanal İdarəsinin yazdığı qanunsuz borc səbəbilə suyumuzu kəsdilər. Qohum-aqrabadan xahiş-minnətlə pul alıb suya olan borcun bir hissəsini ödəməklə, suyumuzu bərpa etdirdim. Əlimdə pul olduqca vaxtaşırı suya olan borcumdan ödəyirdim. Xarab olmuş smart kart tipli su sayğacımız mexaniki qaydaya keçdiyi üçün onlar mənə "çek" təqdim etməli idilər. "Çek" verilmədiyinə görə isə qanunsuz olduğunu bilib qalıq borcu ödəməkdən imtina etdim. Mən öz etirazımı bildirdikdə, müxtəlif əsassız bəhanələr gətirirdilər. Beləliklə onlar da 186 (yüz səksən altı) manat borca görə yenidən içməli suyumuzu kəsdilər. Halbuki bu hesablamalar qeyri-dəqiq idi. İşləməyən və eyni zamanda "çek" vermədikləri sayğacın borcunun düzgün bilmək mümkün deyil. Ancaq suya olan zəruri ehtiyacımız səbəbilə çarəsiz vəziyyətdə borcdan 100 (yüz) ödəməklə bir daha suyumuzu bərpa etdirdim. Artıq 3 gündür ki, yenə də bizi içməli suya məhrum qoyublar. Göyçay Su Kanal İdarəsi açıq-aşkar vətəndaşlarla oyun oynayır. Gah qanunsuz cərimə yazırlar, gah yalnış hesablamalar aparırlar, gah da "çek" verməməklə, şəxsi maraqlarına uyğun qaydada pul tələb edirlər, hər dəfə suyumuzu bərpa etmək məqsədilə isə ən azından 15 (on beş) manat pul alırlar. Neçə illərdir ki, onların özbaşınlıqlarından təngə gəlmişəm. Lazım gəldikdə pul alırlar, kefləri istəyəndə suyumuzu kəsirlər. Ailəmin, qohum-aqrabalarımın, qonşularımın yanında rüsvay olmuşam. Bu idarə heç kimdən qorxmadan qanunsuzluqlar edir. Satış müdiri Kazıma da narazılığımı bildirmişəm. O, "get kimə şikayət edirsən, et" deyir. Onlar məni sözün həqiqi mənasında intihar həddinə çatdırıbdır. Dəfələrlə üzərimə benzin tökərək Göyçay Su Kanal İdarəsinin qarşısında özümü yandırmaq fikrində olmuşam, lakin qorxuram ki, iki körpə balam atasız qalar.
Sizdən çox xahiş edirəm, adı çəkilən idarənin özbaşınalıqlarına son qoyasınız və içməli su problemimizi qanuna müvafiq qaydada həll edəsiniz.
Tel: 0515604403
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?