“Eks-rəis Elçibəyin şəklini “bəyəndiyi” üçün Culfa sakinindən 10 min manat alıb” - Naxçıvan REALLIĞI...
Bolge
Oxunub: 327
6 dek 2022 | 18:20
“Eks-rəis Elçibəyin şəklini “bəyəndiyi” üçün Culfa sakinindən 10 min manat alıb” - Naxçıvan REALLIĞI...


“Naxçıvandan verilən məlumata görə, Şərif Hüseynəliyevin rəis olduğu dövrdə Culfa Rayon Polis Şöbəsinə gətirilənlər haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, ən azı 10 min manat verməli olublar ki, problemləri həll olunsun”.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir özünün feysbuk səhifəsində yazıb.

Jurnalist iddia edir ki, ona verilən məlumata görə sözügedən rəis pulu olmayan şəxsləri isə kredit götürmələri üçün “Naxçıvan Bank”a göndərirmiş:

“Rəis pulu olmayan vətəndaşlar üçün çarə də fikirləşib. Culfanın “Naxçıvan Bank” filialının müdirinə zəng edərək deyirmiş ki, oraya adam göndərirəm, ona 10-15 min kreditə pul ver. Bankdan pul çıxaran vətəndaşlar pulu götürdüyü kimi rəisə gətirib verib, problemlərini həll ediblər. Sonra da itin zülmün çəkib krediti bağlamağa çalışıblar. Həmin şəxslərin əksəriyyətinin hələ də banklara pul ödədiyi deyilir. Məsələn, eks-rəis keçmiş prezident Əbülfəz Elçibəyin şəklini sosial mediada bəyəndiyi üçün Culfanın Əlincə kəndindəki Elmar adlı sahibkardan 10 min manat alıb. Rəis vəzifədən azad olunan kimi ondan bu pulun geri alındığı deyilir”.
H. Müntəzir bildirib ki, hazırda sabiq polis rəisi Naxçıvanda şəriki olduğu “Araz Karqo” şirkətində fəaliyyyət göstərir:

“Bakıdan Naxçıvana spirtli içkilər gətirir, topdan və pərakəndə satışla məşğul olur. “Naxçıvan Bank” da bir başa Vasif Talıbovlar ailəsinin şəxsi bankıdır. Bankın Müşahidə Şurasının üzvü – Baharxanım Vasif qızı Talıbovadır, bankın səhmləri də ailə üzvlərinə aiddir. Rəis işləmiş Şərif Hüseynəliyev də Naxçıvanın daxili işlər naziri olmuş, polis general-leytenantı Fazil Ələkbərovun ən yaxın adamlarından biri hesab olunur. Fazil Nəriman oğlu Ələkbərov isə Vasif Talıbovun həm xalası oğlu, həm də keçmiş qudasıdır. Naxçıvanın Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov isə Vasif Talıbovun qardaşıdır. Kim kimi cəzalandıracaq?”.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?