"Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir" - GİLEY
Hacıqabul rayonu Qarasu kənd sakini Nahid Ağayev Toplum TV-nin qaynar xəttinə müraciət edərək ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənib. 3 uşaq atası olduğunu və sosial vəziyyətinin ağır olduğunu deyən şikayətçi ünvanlı sosial yardımla bağlı müraciət etsə də, imtina cavabı alıb.
“Süpürgəçi işləyirəm və 385 manat maaş alıram. Bu pulun 160 manatını kredit borcuna verirəm. Yoldaşımın gözləri zəif olduğu üçün işləmir. Evə tək gəlir gətirən mənəm. Bu pulla bilmirəm övladlarımın ehtiyaclarını ödəyim, yoxsa, yoldaşımın müalicəsini etdirim. Vəziyyətimiz olduqca ağırdır. Ünvanlı sosial yardımla bağlı müraciət etmişdim. Ötən ay mənə imtina cavabı gəldi. İmtinaya səbəb isə yoldaşımın işləməməsi oldu. Dedilər ki, balaca övladının 8 yaşı olduğu üçün ana işləməlidir. Ananın gözləri yaxşı görmür, necə işləsin, harada işləsin? Mənim heç bir çıxış yolum yoxdur. Heç kommunal xərclərimi belə ödəyə bilmirəm. 90 manat su pulu borcum var. Hər gün suyumu kəsəcəklərini deyirlər. Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir, anlamıram”, - Nahid Ağayev qaynar xəttimizə müraciətində bildirib.
Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı...
Məsələylə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik. Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, imtinaya səbəb vətəndaşın həyat yoldaşının məşğul şəxs olmasıdır.
“Hacıqabul rayon sakini Ağayev Nahid Səfdər oğlunun ünvanlı sosial yardımla bağlı 06.09.2022 -ci il tarixdə elektron qaydada müraciəti olub. Lakin ailənin əmək qabiliyyətli üzvü Ağayeva Mənzər Mustafa qızının məşğul şəxs olmaması səbəbindən imtina verilib.
Bu barədə Ağayev Nahid Səfdər oğlunun müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilib.
Qeyd edək ki, ailənin əmək qabiliyyətli üzvü Ağayeva Mənzər Mustafa qızının məşğulluğu təmin olunarsa və müraciət edilərsə, ailənin ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər”, - deyə qurum rəsmisi vurğulayıb.
Məsələni diqqətdə saxlayacağıq.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?