GÖYÇAYDA BƏLƏDİYYƏ SƏDRİ AT OYNADIR:"İCRA BAŞÇISI HARA BAXIR"

Göyçay rayonu Çərəkə kənd sakini, 1-ci qrup əlil Mustafayev Şahbuz Bəkir oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Göyçay rayonu Çərəkə kənd sakini 1958-ci il təvəllüdlü Müstafayev Şahbuz Bəkir oğlu 1-ci qrup əliləm. Təxminən 18 il öncə yaşadığım kəndin Ucar rayonuna yaxın hissəsində ümumi sahəsi 5.80 ha şoran torpaq sahəsini zəbt edərək özümün və ailəmin boğazından kəsib, olan-qalan maddi imkanlarımı sərf etməklə münbitlik və məhsuldarlıq əldə etmək üçün həmin əraziyə əziyyət çəkməyə başlamışdım. Nəhayət illər ərzində çətinliklərlə də olsa, istədiyimə nail oldum. Belə ki, torpaq istədiyim şəraitə uyğunlaşdığı zaman Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı saldım. Artıq hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olan şəxslərdən biri də mənəm. Lakin Bələdiyyə sədrimiz Mehman Məcidov məkirli planlar hazırlayaraq istifadəmdə olan sahəsinin böyük bir həssəsini məndən alaraq digər şəxslərə vermək və ya satmaq istəyir. Halbuki "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı vardır. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Mən isə yuxarıda qeyd etdiyim kimi, öz növbəmdə istifadəmdə olan torpaq sahəsində olduqca səmərəli şəkildə istifadə edirəm. Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. O, açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət hesab olunur. Əlbətdə, artıq kəndimizdə olan bütün torpaqlar zəbt olunub, pay verilib, satılıb. Məhz ona görə də Mehman Məcidov indi də mənim torpağıma gözünü dikib. İstər satmaq, istərsə də xeyriyyəçilik niyyəti ilə olsun, əgər Bələdiyyə sədri Mehman Məcidov ehtiyacı olan insanlara görə topraq axtarışındadırsa, özünün 3 ha məhsuldar torpağını, eyni zamanda qala divarlarla əhatə olunan 3 böyük villasını kasıb insanlar arasında bölüşdürməsi daha məqsədə uyğundur deyərdim. Bu torpaq isə mənim və ailəmin maddi gəliridir. Mən bu şoran torpağı əlil halımla gözəlləşdirmişəm.
Hörmətli cənab Prezident! Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd olunduğu kimi: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mehman Məcidov məni bezdirərək intihar həddinə çatdırıb.
Sizdən, haqq və hüquqları əlindən alınmaqda olan 1-ci qrup əlil kimi çox xahiş edirəm, Bələdiyyə sədri Mehman Məcidovun özbaşınalıqlarına son qoyasınız və istifadəmdə olan 5.80 ha torpaq sahəsinin mənim adıma sənədləşdirilməsinə köməklik göstərəsiniz. Sizə öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk.
Telefon: 0518820714
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?