Göyçayda qoçuluq edən KİMLƏRDİR? - Prezidentə müraciət olundu
Bolge
Oxunub: 364
2 dek 2022 | 19:49
Göyçayda qoçuluq edən KİMLƏRDİR? - Prezidentə müraciət olundu


Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakinləri, İsmayılovlar ailəsi tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, torpaq islahatı zamanı bizim ailəyə 1.97 ha torpaq sahəsi verilmişdir. Lakin, verilən gündən etibarən cəmi 0.40 ha hissəsi mövcud olan torpaq sahəsinin qalan 1.57 ha hissəsi çayın uçğun tərəfindən ayrıldığı üçün həmin ərazi uçaraq yararsız hala düşmüşdür. Halbuki "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində "ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması" torpaq islahatının aparılması şərtlərindəndir. Haqqımız olan 1.57 ha itmiş torpaq sahəsinin bərpa olunması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, istəyimiz təmin olunmamışdır. Tələbimizin təmin olunmamasının səbəbi olaraq bildirirlər ki, "ehtiyatda istədiyiniz qədər torpağımız yoxdur". Belə ki, torpaq islahından da öncə yaşadığımız evin yaxınlığında mərhum valideynlərimizin yardımçı təsərrüfat kimi istifadə etdiyi 2.55 ha torpaqdan bizim payımıza düşən qədərini uçan 1.57 ha ilə əvəz edilməsi üçün müraciət etsək də, bu tələbimiz də təmin edilməmişdir. 2007-ci ildə ildə isə qeyd etdiyim torpaq sahəsinin 1.10 ha hissəsini yaşadığımız kənd sakininə pay torpağı qismində verilmişdir. Həmin şəxs də öz növbəsində özünə ayrılan pay torpağı Ucar rayon sakininə satmışdır. Bundan sonra Ucar rayon sakini aldığı 1.10 ha torpaq sahəsindən əlavə olaraq 0.60 ha ərazini qanunsuz şəkildə zəbt eləmişdir. Biz bununla bağlı dərhal aidiyyəti orqanlara və yerli bələdiyyəyə öz etirazımızı bildirsək də, yenə şikayətimizə qərəzli yanaşılaraq birtərəfli mövqe tutmuşdular.
Cənab Prezident! 4 il öncə həmkəndlimiz İsmayılov Rəvan Elnur oğlu iki baş inəyini həmin torpaq sahəmizdə otarmaq üçün icazə istəmişdir. O ilin yazında biz həmin torpaq sahəsində əkinçilik işlərinə hazırlıq görmək istədikdə, sturukturların birində mühafizəçi işləyən İsmayılov Rəvan Elnur oğlu bizi təhdid etdi, ölümlə hədələdi. Hətta idarə etdiyi avtomobilini üzərimə sürərək məni öldürməyə cəhd eləmişdi. "Bu torpaq mənimdir, sizlərdən kimsə buraya addım atarsa, onu qanına qəltan edərəm. Mən heç kimdən qorxmuram. Mənim arxamda böyük bir ordu dayanıb, işlədiyim idarəyə sizin dişiniz batmaz" deməklə, mühafizəçisi işlədiyi idarənin adından sui-istifadə etməklə, bu qurumu özünə sipər tutmaqdadır. Rəvan İsmayılovun mərhum atası Elnurun hesabına vəzifəyə gələn kənd bələdiyyəsinin sədri Zamiq İbrahimov "Nə qədər ki, Bələdiyyə sədri mənəm, sizə torpaq verməyəcəm. Bu torpağın Rəvanın olması üçün əlimdən gələni edəcəyəm" deyir.
Cənab Prezident! Sizdən çox xahiş edirik, bu işdə əlbir olan vəzifəli şəxslər barəsində ciddi tədbir görəsiniz və uzun illərdən sonra olsa belə, haqqımız olan mülkiyyət hüququmuzun tanınmasına köməklik göstərəsiniz. Sizə ailəmiz adından öz dərin təşəkkürümüzü bildiririk".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?