Baş Daşağıl kəndinin daşa dirənən qaz problemi - Qarşıda QARI QIŞ VAR...
Bolge
Oxunub: 332
1 dek 2022 | 21:18
Baş Daşağıl kəndinin daşa dirənən qaz problemi - Qarşıda QARI QIŞ VAR...


“Ətraf kəndlərə qaz xətti çəkilib, həmin kəndlərlə aramızda 7-8 kilometr məsafə var, ancaq nədənsə bizim kəndə qaz xətti çəkilmir. Evlərimizi meşədən çır-çırpı toplayıb yandırmaqla isidirik. Ancaq bu, yetərli olmur deyə, pulla odun alırıq. Artıq oduna verməyə pul da tapmırıq”.

Oğuzun Baş Daşağıl kəndinin sakinləri Meydan TV-yə yazırlar ki, qış fəsli sərt soyuqlarla keçən kənddə mavi yanacaq yoxdur. Meşədən odun yığmaq qadağandır, kənd sakinlərinin böyük kəsimi işsizdir, odun almağa pul yoxdur. Sakinlər elektrik enerjisindən istifadə etməyə məcburdur. Ancaq bu da elektrik şitinin yüklənməsinə və tez-tez qəza baş verməsinə səbəb olur.

“Heç olmasa odunla təmin etsinlər”

Bir neçə il əvvəl sakinlər kəndlərə qaz xətti çəkildiyini görəndə seviniblər:

“Dedik, daha çətinliklərimiz geridə qalacaq, biz də mavi yanacaq görəcəyik. Ətraf kəndlər qazlaşdırıldı, bizə çatanda dedilər, gözləyin. Biz də istəyirik ki, evlərimiz isti olsun, uşaqlarımız, yaşlılarımız soyuqdan əziyyət çəkməsin. Heç olmasa, qaz xətti çəkilənədək bizi odunla təmin etsinlər”.

Kəndlilər yazır ki, məmurlar 200-dən çox ailənin yaşadığı kəndin qaz probleminə biganə yanaşırlar.

“Rayonun deputatından tutmuş icra hakimiyyətinin başçısına, “Azəriqaz”a kimi müraciət etmişik. Deputat söz verdi ki, məsələni diqqətdə saxlayacaq, sonra ondan da səs çıxmadı. Kəndə də dəvət elədik, gəlmədi. SOCAR-a, Prezident Adminstrasiyasına, Birinci vitse-prezidentə yazmışıq.

Ancaq vətəndaş yerinə qoyub bizə heç bir parça kağızda cavab da yazıb göndərmirlər”, – sakinlər yazıb.

Oğuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlər quruma müraciət ediblər və onlara rəsmi cavab məktubu göndərilib:

“Sakinlərin haqlı tələbləri “Azəriqaz”a bildirilib. Kəndlərin qazlaşdırılması prosesi davam edir. Yaxın vaxtlarda Baş Daşağıl kəndi də qazlaşdırılacaq” //Meydan TV//
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?