Göyçay rayonu Qaraxıdır kənd sakinləri Nəsirov İlqar İbrahim oğlu və Salehov Rəhman Mirhəşim oğlu tərəfindən ŞİKAYƏT
Bolge
Oxunub: 3 189
29 noy 2022 | 00:29
Göyçay rayonu Qaraxıdır kənd sakinləri Nəsirov İlqar İbrahim oğlu və Salehov Rəhman Mirhəşim oğlu tərəfindən ŞİKAYƏT




Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, həmkəndlimiz və eyni zamanda qohumumuz olan Həmidov Şamil Həmid oğlu ilə Mollayev Mehman Rasim oğlu əlbir olaraq dələduzluq yolu ilə bizdən ümimilikdə 4000 (dörd min) manat məbləğində pul mənimsəmişdir.

1) Nəsirov İlqar İbrahim oğlu: "Qohumum Həmidov Şamil Həmid oğlu mənə bildirdi ki, " Mehman Mollayev adlı hüquqşünas dostum var, yataq xəstəsi olan anana baxımlı kimi və ya öz xəstəliyinə görə həyat yoldaşının pensiya çıxmasına köməklik göstərə bilərəm". Beləliklə 2019-cu il tarix idi, Mehman Mollayev yaşadığımız Göyçay rayonuna gəldi. Üçümüz birliklə məsələni müzakirə etdik. Mehman Mollayev 2000 (iki min) manat lazım olğunu bildirdi. Bundan sonra öncə sənədləri, daha sonra isə Bakı-Göyçay taksi sürücü vasitəsi ilə ona 1000 (min) manat məbləğində pul göndərdim. Təxminən 4 ay sonra o, mənə zəng edərək Göyçayda olduğunu bildirdi. Görüşdüyümüz zaman yenidən ona 1000 (min) manat pul verdim".

2) Salehov Rəhman Mirhəşim oğlu: "Qohumum Həmidov Şamil Həmid oğlu mənə Mehman Mollayev adlı hüquqşünas dostunun olduğunu və övladımın haqqı olan pensiya ilə təmin olunmasına köməklik göstərə biləcəyini söylədi. O, məni Meman Mollayev adlı şəxslə tanış etdi. Mehman Mollayev mənimlə söhbət zamanı 3000 (üç min) manat gərəkdiyini dedi. Övladımın xəstəlik sənədlərini və üzərində də birinci dəfə 1000 (min) manat, 3 ay sonra isə onunla yenidən görüşərək bu, dəfə də 1000 (min) manat pul verdim. Doğrusu mən aldanılaraq verdiyim pulu Mollayev Mehman Rasim oğlundan deyil, bu işə vasitəçilik edən həmkəndlim Həmidov Şamil Həmid oğlundan tələb etdim. Çünki özünün zamin dursuğuna məni əmin etmişdi. İndi isə hər dəfəsində müxtəlif bəhanələr gətirir, 2000 (iki min) manat pulun hamısının Mehman Mollayevdə olduğunu bildirir. Mehman Mollayev isə pulu Şamil Həmidovla bölüşdürdüyü iddia edir". Hadisədən 3 ay sonra Göyçay Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət etmişik.

Hörmətli cənab Prezident! Nəzərinizə çatdırmaq istəyirik ki, dələduzluğu gündəlik həyatı üçün özünə peşə seçmiş Mollayev Mehman Rasim oğlu həmçinin Göyçay şəhəri Heydər Əliyev prospekti 209 ünvanında yaşayan Rəhimova Validə Mahmud qızının və digər 3 nəfərin ümumilikdə 4000 (dör min) manat pulunu mənimsədiyinə görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 (Dələduzluq) maddəsi ilə başlanılmış cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılma davam etdirilir.
Sizdən çox xahiş edirik, yuxarıda adı çəkilən, dələduzluq etmiş 2 şəxs barəsində qanunun müvafiq maddələrilə cinayət işi açılsın və bizə dəymiş zərərin tamamilə ödənilməsi təmin edilsin. Sizə öncədən minnətdarlığımızı bildiririk.

Salehov Rəhman Mirhəşim oğlu - tel: 0505594935,
Nəsirov İlqar İbrahim oğlu - tel: 0503661865.
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib