Göygöl sakini ACINACAQLI DURUMDA - GİLEY

“Kredit borcumuz var, evimizə daxil olan aylıq gəlir də elə aylıq kredit ödənişimiz qədərdir. Evimiz qəzalıdır, iki azyaşlı, xəstə övladımla şəraitsiz evdə yaşamaq mümkün olmadığına görə tez-tez evdən çıxıb qohum evində yaşamaq məcburiyyətində qalıram. İş, ünvanlı sosial yardım, hökumətdən heç bir hərəkət yoxdur. Vətəndaş olaraq bu dövlətin heç bir diqqətini, qayğısını görmürəm”.
Bunu Meydan TV-yə Göygölün Çaykənd kəndinin sakini Güldanə Salmanova deyir.
“Heç yerdə iş tapmır”
Güldanə xanım danışır ki, həyat yoldaşı Kəlbəcər köçkünüdür. Uzun illərdir ki, Çaykənddə məskunlaşıblar. Həyat yoldaşı hərbçi olub. Bir müddət əvvəl ürək əməliyyatı keçirdiyi üçün ordudan ehtiyata buraxılıb. Xəstəliyi əlillik təyinatı üçün yetərli olsa da, ona əlillik təyin edilmir.
“Hərbi hospitaldan çıxandan sonra hərbiyə yararsız hesab edilib. İki ildir əlillik təyin edilmir. Cavab gəlir ki, xəstəliyi əlillik dərəcəsinə uyğun deyil. Biz də tələb edirik ki, o zaman sağlam olması barədə sənəd verilsin, o da qayıdıb getsin, orduda işini davam etdirsin, balalarını böyütsün. Onu da etmirlər. Hərbi biletinə yararsız yazılıb deyə, mühafizədə də iş verilmir. Bəs bu adam neyləsin?..”
"Dedi, burda uşaq saxlamazlar”
Güldanə xanımın deməsinə görə, yaşadıqları mənzil köhnə və qəzalıdır, təmir etməyə imkanları olmadığından rayon icra hakimiyyətinə müraciət ediblər. Evə baxış da keçirilib, ancaq nəticəsi olmayıb:
“İcra nümayəndəsi dedi, burda uşaq saxlamazlar, evin damı uçar, qalarsız altında… Dedi, əlindən gələni edəcək, ancaq o gedən getdi, heç bir xəbər olmadı”.
Ailə başçısı Rasim Salmanov təzəlikcə mağazada iş tapsa da, maaşı azdır. Güldanə xanım deyir, 250 manat maaş elə bank kreditinə gedir. Ailəyə ünvanlı yardım da verilmir. Səbəb Güldanə xanımın Goranboyun Faxralı kəndində yaşayan valideynlərinin adına pay torpağı olmasıdır:
“O torpağın mənə aidiyyəti yoxdur, sadəcə, o ünvanda qeydiyyatdayam, özümsə illərdir ki, o evdə yaşamıram. Ailə qurub bura köçmüşəm. Oradan qeydiyyatdan çıxıb neyləyim, havada qalım? Onda da deyəcəklər, qeydiyyat ünvanın olmadığına görə sosial yardım düşmür”.
“Xəbərdarıq, imkan yoxdur”
Göygöl Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Salmanovlar ailəsinin problemlərindən xəbərdardırlar. Ancaq bu problemləri aradan qaldırmaq qurumun imkanları xaricindədir. Qurumdan deyilənə görə, ev qəzalı deyil, təmirə ehtiyacı var, bunu da vətəndaş özü etməlidir. İşsizliklə bağlı dəfələrlə müraciət edən Salmanovlara rayonun Məşğuluq Xidmətinə müraciət etmələri tövsiyə olunub.
Güldanə xanımsa deyir, həm özü, həm də həyat yoldaşı rayonun Məşğulluq Xidmətinə müraciət etsə də, indiyədək onlara iş təklif edilməyib.
Məşğulluq Xidmətindən Meydan TV-yə bildirilib ki, Salmanovlar quruma işaxtaran kimi müraciət etməyib. //Meydan TV/
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?