Neftçalada təzə başçı köhnəyə rəhmət oxudur - GİLEY
Bolge
Oxunub: 347
18 noy 2022 | 20:46
Neftçalada təzə başçı köhnəyə rəhmət oxudur - GİLEY


“Mənə deyirlər ki, ora daş töksən, cərimələnəcəksən. Başçının sərəncamı olmadan mənim ora daş tökmək fikrim də yoxdur. Ancaq torpağın Çıxarışı, tikintinin layihəsi – hər bir sənədim qaydasında ola-ola başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Məndən sonra torpaq alanlar çoxdan hansısa yolla sərəncam alıb obyektlərini tikib, işlədirlər. Mən rüşvət vermədiyim üçün torpağım ortalıqda qalıb”.

Neftçala sakini Vasif Məcidzadə 2007-ci ildə obyekt inşa etdirmək üçün rayonun Heydər Əliyev prospekti 19C ünvanında torpaq sahəsi alıb. Uzun illər ərzində həmin sahədə tikinti aparmaq üçün bütün sənədləri hazırlayıb. Ancaq növbə icra başçısının sərəncam verməsinə çatanda, necə deyərlər, iş dalana dirənib. Nə əvvəlki, nə də indiki icra başçısı həm torpağa, həm də fərdi tikinti işləri aparmağa bütün sənədləri olan vətəndaşın bu işi görməsi üçün sərəncam vermir. Vasif Məcidzadə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda da olub:

“Soruşdu ki, bu yeri nə vaxt almısan? Dedim, 2007-ci ildə. Dedi, o vaxt sənin neçə yaşın olub? Pulu hardan əldə edib torpaq almısan? Dedim, heyvanlarımızı satmışıq, atam köməklik edib, almışam. Halbuki, başçıdan sənədli yerimə obyekt tikintisi üçün sərəncam verməsini istəyirdim, onun vəzifəsinə düşən də onu etmək idi, belə suallar vermək deyildi. Sonra da soruşdu ki, orda nə tikəcəksən? Dedim, hələ bilmirəm. Dedi, birdən mağaza tikərsən ha, rayonda mağaza çoxdur. Beləcə, özünə aidiyyəti olmayan məsələlərdən dırnaqarası öyüd-nəsihətini verdi, dedi, get, sənədlərini yoxlatdıracam, qanunsuz olsa, prokurorluğa verəcəm, çünki əvvəllər rayonda çox qanunsuzluqlar olub, saxta sənədlər verilib”.

İcra başçısının qəbulundan bir həftə sonra Vasif Məcidzadəyə məktub gəlib ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat 58 qəpik torpaqpulu borcu var. Borcu ödəyib, üstündən 1 il keçib, ancaq yenə də sərəncam verilməyib. Yenə icra başçısının qəbuluna düşmək istəsə də, düşə bilmir. Əvəzində başına başqa iş gəlib:

“4 aydan çoxdur ki, qəbula düşüb sözümü deyə bilmirəm ki, ay müəllim, dedin, sənədlərini yoxladacam, yoxlatdın, 650 manat 58 qəpik borcumdan başqa heç nə tapa bilmədin. Onu da dedin ödə, ödədim. İndi niyə sərəncam vermirsən? Gedirdim, adımı-soyadımı yazırdılar, deyirdilər, get, filan gün qəbuldur, gələrsən. Dedikləri tarixdə gedirdim, məlum olurdu ki, adımı siyahıya salmayıblar, yalandan deyirdilər, yazılmamısan”.

Nəhayət, Vasif Məcidzadə icra hakimiyyətinin “Facebook”dakı rəsmi səhifəsindən müraciət edərək icra başçısının qəbuluna yazılıb ki, sonra qəbul üçün müraciət etdiyini dana bilməsinlər:

“Qəbul günü getdim, həmişəki kimi yenə müavinləri qəbul edirdi, özü yox… Qəbula gəlmiş vətəndaşların siyahısını tutan bir əməkdaş nə üçün gəldiyimi soruşdu. Sənədlərimə baxdı, dedi, sənin bütün sənədlərin qaydasındadır, sərəncam almağın da iki vur ikidir. Mən sənə kömək edəcəm. Əlaqə nömrəmi götürdü”.

Vətəndaşın iddiasına görə, bir neçə gün sonra icra hakimiyyətinin həmin əməkdaşı ona zəng vurub, görüşüblər. Qurumun əməkdaşı sərəncam məsələsini həll etmək üçün 6 min manat istəyib:

“Dedim, məndən sonra torpaq alanlar obyekt tikiblər, sağımda, solumda obyektlər var, bircə mənim işim daşdan çıxır. Dedi, bu məsələlər belə həll olunur. 6 min manat ver, qısa müddətdə sərəncam səndədir. Bir az da söhbət edib, məbləği 5 min manata saldı. Mən də 1000 manat verdim, dedim, iş düzəlsin, qalanını da verərəm. Bir müddət sonra baxdım ki, heç bir təzə xəbər yoxdur, heç nə etmir, pulumu geri istədim. O pulu ondan almaq üçün iki ay arxasınca düşdüm. O pulu ondan zülmlə geri ala bildim. Deməyim odur ki, vətəndaş başçının qəbuluna gedir, qapısında belələrinin toruna düşür. Başçı vətəndaşı qəbul edib dinləsə, vətəndaşın haqqı olan sərəncamı versə, vətəndaş da belələrinin toruna düşməz”.

Vasif Məcidzadə indiki icra başçısı ilə əvvəlkini müqayisə edir. Deyir, rayona təzə icra başçısı təyin olunanda düşünüblər ki, gəncdir, köhnədən canları qurtarıb, bu, savadlıdır. Ancaq indi Vasif Məcidzadə düşünür ki, yeni rəhbər görüntü üçün işləyir:

“Şəhid, qazi ailələrinə gedir, orda şəkil, burda şəkil… Şəhid ailələriylə fotosessiyalar filan, hər şey görüntü üçün… İşə gələndə, mənim kimi vətəndaşları qapısında süründürür”.

Neftçala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hər həftənin cümə günləri icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbul günləridir. Başçı hər bir vətəndaşı qəbul edir, dinləyir. Vasif Məcidzadə də qəbula yazıla, icra başçısıyla görüşə, problemini deyə bilər. Əgər vətəndaşın hər bir sənədi qaydasındadırsa, uyğun tədbir də görülər.

Neftçalanın bundan əvvəlki icra başçısı, DTX tərəfindən saxlanılmış İsmayıl Vəliyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma cinayətlərinə görə ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 10 il, qurumun daha bir neçə şöbə müdiri isə müxtəlif illərə azadlıqdan məhrum ediliblər. Bu ilin mayında Şirvan Apelyasiya Məhkəməsi keçmiş icra başçısının cəzası 9 il 6 ayadək azaldılıb.

Meydan TV
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?