Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi vətəndaşla nəyin davasını aparır?
Bolge
Oxunub: 408
5 noy 2022 | 17:00
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi vətəndaşla nəyin davasını aparır?


Göyçay sakini Seymur Azadov 3 il əvvəl Meydan TV-yə Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə tərəfindən torpaq sahəsinin əlindən alınmasıyla bağlı şikayət etmişdi. Bu dəfə isə onun şikayəti rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovdandır.

Seymur Azadovun sözlərinə görə, hər şey ondan başlayıb ki, o, 2021-ci ilin yaz aylarında idarəyə müraciət edib. İllərdir ki, köhnə arxın zibillənməsi üzündən küçə və həyətləri su basdığını deyib, yeni arxların qazılmasını istəyib. İdarə rəisi ona əvvəlcə bu işlərin tezliklə görüləcəyini desə də, sonradan texnikaların sınıq-salxaq olmasını səbəb gətirib. Vətəndaşsa necə deyərlər, “dinc durmayıb”, gedib dağın başında ayrı-ayrı sahibkarlar üçün torpaq çıxaran idarəyə məxsus yeni traktorların foto və videogörüntülərini çəkib. Bundan qəzəblənən idarə rəisi və bir neçə traktorçu vətəndaşdan polisə şikayət edib. Şikayətçi danışır:

“Məni polisə dəvət etdilər, getdim, dedim, araşdırın, görün, dövlətin texnikasını pul alıb aidiyyəti olmayan yerlərdə istifadə edən idarə rəisi düz deyir, yoxsa mən. Gördülər, haqlıyam, şikayəti bağladılar”.

Şikayətçinin deməsinə görə, bundan sonra idarə rəisi məhkəmədə iddia qaldırıb ki, Seymur Azadovun arx mühafizə ərazisində işlətdiyi avtomobil təmir sexi sökülsün. Məhkəmə başlayandan bir neçə gün sonra Seymur Azadov bir şüşə sirkə turşusu götürərək Suvarma Sistemləri İdarəsinə – Şakir Əhmədovun iş otağına gedib, orada sirkə turşusunu içməklə intihara cəhd edib. İdarə işçiləri təcili yardım çağırıb, xəstəxanaya götürülüb, yardım göstərilməklə həyata qaytarılıb.

Hələ məhkəmə davam edərkən Seymur Azadovun başına daha bir neçə iş gəldiyini də deyir:

“Mən Suvarma Sistemləri İdarəsinə verilmiş, hər birinin dəyəri 300 min manat civarında olan yeni texnikalardan aidiyyəti üzrə olmayan başqa-başqa yerlərdə istifadə olunmasıyla bağlı video və foto görüntüləri rayon prokuroluğuna təqdim etmişdim. Bir dəfə maşın ehtiyat hissələri almağa gedəndə rayonun Mallı Şıxlı kəndi ərazisində bir tərəfdən avtomobillə, bir tərəfdən də Suvarma Sistemləri İdarəsinə məxsus traktorla yolumu kəsdilər. Məni maşından düşürtdülər, “Şakir müəllimdən sənə salam var” deyib, maşının salonunu axtardılar. Mobil telefonumu götürüb, getdilər. Mən bu barədə rayon polis şöbəsinə şikayət etdim. Təhqiqatçı dedi ki, axşam səninlə əlaqə saxlayacağıq. Axşam saat 9 radələrində zəng vurub dedi ki, gözün aydın, telefonun tapılıb, gəl. Getdim, dedim, mən polisə ərizəni telefonumun itməsinə görə yox, qarşımı quldurcasına kəsib, maşınımdan götürülməsinə görə yazmışam. Telefonu qaytaranda gördüm ki, çəkdiyim görüntülər silinib, telefon format olunub”.

Bu ilin iyununda məhkəmə Suvarma Sistemləri İdarəsinin Seymur Azadova qarşı qaldırdığı iddianı təmin etməyib. Belə ki, əraziyə baxış keçiriləndə məlum olub ki, avtomobil təmiri sexi arxdan 4 metr aralıda yerləşir və mühafizə zolağından kənardadır. Üstəlik, vətəndaşın obyektə və torpağa dair Çıxarışları var, tikinti tam qanuni şəkildə aparılıb, obyektin fəaliyyətində də heç bir nöqsan tapılmayıb. Seymur Azadovsa Göyçay rayonu ərazisindəki arxların mühafizə zolaqlarında tikilmiş onlarla ticarət və iaşə obyektlərinin görüntülərini çəkərək hüquq-mühafizə orqanlarına göndərib:
“230 foto çəkib göndərmişəm Baş Prokurorluğa… Elə obyektlər var ki, arxın bir hissəsini betonlayıblar, obyektin bir hissəsi həmin betonun üstünə tikilib. Ancaq nədənsə Suvarma Sistemləri İdarəsi bunu “görmür”. Bu obyektlərin çoxu tanınmış ticarət şəbəkələrinə aiddir, çoxunun sahibi rayonun məmurlarıdır. Baxmayaraq ki, hər biri barədə sübutlu şəkildə məlumat vermişəm, hələ də tədbir görülməyib”.

Bu il avqustun 3-də Baş prokuror Kamran Əliyev Ucarda vətəndaşların qəbulunu keçirəndə Seymur Azadov da gedib. O, Baş prokurora son 1 ildə başına gələnlərdən danışıb:

“Rayonumuzun prokuroruna dedi ki, təkcə Göyçaydan yox, demək olar ki, bütün rayonların Suvarma Sistemləri İdarələrindən eyni şikayətlər gəlir. Mənə isə bildirdi ki, məsələni nəzarətə götürürəm. Ancaq bunun da üstündən 3 ay ötür, heç bir səs-xəbər yoxdur”.

Seymur Azadov başına gələnlərdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun cəzasız qalmasıyla barışa bilmir:

“Dövlətin traktoruyla qarşımı kəsib quldurluq ediblər, cəzasız qalıb. Məni intihara sürükləyib, cəzasız qalıb. Məni 1 ilə yaxın məhkəmə yolunda qoyub, cəzasız qalıb. Dövlətin traktorları hələ də onun-bunun şəxsi sahəsində işləyir, bu da cəzasız qalıb. Vətəndaşla istədiyi kimi davranan məmurun cəzasız qalması bir vətəndaş olaraq məndə dövlətimə qarşı inamsızlıq yaradır. Şakir Əhmədov məni bu qədər əziyyətə salıb, mənəvi zərər vurub, ancaq hələ də vəzifəsində oturub. Dövlətin traktorları vətəndaşların problemləri üçün nəzərdə tutulub, ancaq o, bu traktorlarla ondan şikayətçi olan vətəndaşın yolunu kəsir, yaxud da dövlətin verdiyi əmlakı şəxsi maraqları üçün dağda-daşda torpaq, katlavan qazmağa istifadə edir. Onu da deyim ki, yaşı çoxdan ötüb, vəzifədə müqaviləylə qalıb. Bu boyda ölkədə o qədər savadlı, gənc kadrlar olduğu halda, bu adamın arxasında kim dayanır, bir vətəndaş olaraq bunu bilmək mənim də haqqımdır”.

Meydan TV vətəndaşın iddialarına münasibət bildirməsi Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla telefon əlaqəsi yaradıb. İdarə rəisi bildirib ki, bütün bunlarla bağlı məsələ rayon prokurorluğunda araşdırılır və o, bu barədə telefonda danışmaq istəmir.

Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Seymur Azadovun intihara cəhd işi üzrə araşdırmalar aparılıb, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası keçirilib. Vətəndaşın intihara cəhd etməsi hadisəsində cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əlamətləri müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilib. Digər məsələlərsə araşdırlır.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu yaxınlarda Suvarma Sistemləri İdarəsi tərəfindən Həbibi küçəsində arx qazıntısı aparılıb. Seymur Azadovsa deyir, qazıntının əsas işlərini elə sakinlər özləri həyata keçirib.
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib