“Naxçıvanda 60 manatlıq bileti “Biznes klas” adı ilə 170 manata satırlar” - NARAZILIQ VAR!
Naxçıvan şəhərindəki aviakassa və hava limanındakı kassalar qarşısında uzun növbələr yaranıb.
Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, buna səbəb əlavə təyyarə reyslərinin təxirə salınmasıdır.
Şikayətçilər deyir ki, Bakıya bileti yalnız uzun növbə gözləməklə, həm də ən yaxşı halda 4-5 gün sonraya almaq mümkündür. Onların iddiasına görə, “Biznes klas” (Biznes sinif) adı ilə 170 manata satılan bileti isə, istənilən günə və saata növbəsiz almaq mümkündür.
Hazırda Bakıda yaşayan Ordubad rayon sakini Elvin Məmmədov deyir ki, iki gün əvvəl yaxın qohumunun yas məclisinə gəlib. Təcili işi çıxdığından Bakıya qayıtmalı olsa da, normal qiymətə bilet tapa bilməyib:
“Səhər tezdən, saat 7-də kassaya getdim, gecə saat 11-ə kimi bilet ala bilmədim. Aviakassada dedilər ki, 4-5 gün sonraya bilet var. Gəldim hava limanına, burada da kassanın qarşısında növbələr var, hamı gözləyir. “Bilet yoxdur” desələr də, “Biznes klas” adı ilə 170 manata təklif edirdilər. Mənim buna maddi imkanım çatmasa da, məcbur olub aldım. Çünki, səhər Bakıda olmalı idim. Təyyarəyə minəndə məlum oldu ki, heç də “Biznes klas” deyilmiş. Normalda 60 manata satılan salona saldılar, səsimizi çıxara bilmədik”.
Digər şikayətçi Şəfa Rüstəmov da deyir ki, o da bir gün hava limanında qaldıqdan sonra məcbur qalıb 160 manata “bizness klas” bilet alıb:
“Adi sərnişinlərlə bir yerdə getdik. Xidmət də həmin xidmət idi. Heç bir özəlliyi yoxdur. Sadəcə fərq ondadır ki, əvvəlcədən aviakassadan bilet alanlar həmin bileti 60 manata, biz isə 160 manata almışıq. Biz bunların fırıldağını çoxdan bilirik. Əvvəlcədən aviakassada bilet satılarkən, hər reysdən 40 yer “biznes klass” üçün saxlayırlar. Həmin yerlərə sata biləcəkləri qədər satırlar. Əgər yerlər hamısı satılmırsa, qalan yerlər təyyarə qalxana yaxın işbazlar tərəfindən daha ucuz qiymətə, yəni, 100 manata satılır. Bunu da almaq hər adama nəsib olmur. Gərək adamın ola”.
Naxçıvan hava limanından sərnişinlərin iddialarını təkzib ediblər.
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur