Qobustanda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ!
Bolge
Oxunub: 298
31 okt 2022 | 23:39
Qobustanda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ!


“Biz dədə-babadan heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşuq. Qışlaq dövründə Hacıqabul rayonundakı qışlaq ərazilərində, yay aylarında isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə dolanırıq. İndi mal-qaranı kəndimizdəki örüş yerlərinə buraxmırlar”.

Bunu Meydan TV-yə müraciətində Qobustan rayonu Təklə kəndində yaşayan fermer Əfqan Məhərrəmov bildirib. Şikayətçi deyib ki, 400 baş xırdabuynuzlu heyvanı yaylaqdan Təklə kəndinə gətirib. Heyvanları kəndin “Acıdərə” adlandırılan 100 hektar örüş sahəsinə buraxmırlar.

“Kəndə məxsus örüş ərazisini zəbt ediblər, yaxın qohum olan həmin şəxslər digərlərini əraziyə buraxmırlar. Qoyunlar sahədə olarkən heyvanları otaran çoban Rövşən Abdullayevi döyüblər. Çoban lal-kar olduğundan günahsızlığını başa sala bilməyib. O, aldığı xəsarətlərə görə hazırda müalicə alır”,-fermer deyib.

Şkayətçi bildirib ki, həmin şəxslər onun telefonuna təhqirdolu hədələr göndərirlər:

“Mən və mal-qara sahibi olan digər kəndlilər dəfələrlə yerli bələdiyyə sədri və kənd icra nümayəndəliyinin yanına gedib şikayət etmişik. Amma ümumilikdə 60 ailənin müraciətinə baxılmır. Qarşı tərəf isə deyir ki, örüş yerlərini pul verib alıblar”.

Əfqan Məhərrəmov bildirib ki, çobanın döyülməsi ilə bağlı polisə şikayət edib. Həmçinin digər dövlət qurumlarına, Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Qobustan Rayon İcra Hakimiyyətinin Təklə kənd üzrə nümayəndəsi Hüseynağa Hüseynov Meydan TV-yə bildirib ki, örüş sahəsi kənd əhalisinin mülkiyyətindədir və bütün fermerlər həmin sahədən istifadə edə bilərlər.

“Bakı-Şamaxı yolunun üstündə Aydərə adlanan ərazi var. Orada bir kənd sakininin təxminən bir hektar sahəni əhatə edən ferması var. O fermer də köçəridir, yayda heyvanları yaylağa aparır, qışda da fermaya gətirir. Həmin fermer deyib ki, fermada qadın, uşaq var, ona görə də kənar şəxslər yaxınlığa gəlməsinlər. Amma digərlərinin də tam hüququ var ki, heyvanlarını örüş sahəsinə buraxsın”,-icra nümayəndəsi deyib.

Onun sözlərinə görə, şikayətlərdən sonra qarşı tərəflə danışıb:

“Ona da başa saldım, yalnız xahiş edə bilər ki heyvanları fermaya yaxın əraziyə buraxmasınlar. Amma heç kimə qadağa qoya, tələb edə bilməz. Çobanın döyülməsi ilə bağlı polisə şikayət edilib. Tərəflər arasında anlaşmazlıq olub, yəqin ki, həll ediləcək. Amma örüş sahəsi satılmayıb, fermerlər ora buraxılır”.
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?