Binəqədidə Prezidentin nəzarətindəki parkda ağaclar tikintiyə qurban verildi – VİDEO
2013-cü ildə Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində salınan park indi arxivə çevrilib. TİA.Az yada salır ki, Binəqədi məhkəməsi ilə üzbəüz yerləşən həmin park Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınmışdı. Ancaq zaman – zaman işbazlar, rüşvətxor məmurlar, möhtəkirlər, biznes adamları parka göz dikərək onu sıradan çıxarmağa çalışıblar. İlk dəfə bu cəhd 2018-ci ildə olub. O dövrdə, mayın 17-si Bakı metrosunun rəisi Zaur Hüseynov prezidentə məruzə etdi ki, Leyla xanımın xoş təşəbbüsü ilə salınan parkın bir hissəsi satılaraq, ağaclar qırılaraq məhv edilir. Və Metropolitenin Dərnəgül stansiyasına ciddi təhlükə var. Bu an Binəqədi rayonuna başçılıq edən Xaləddin İsgəndərov tələm-tələsik gecəylə parkda ağaclar əkdirmiş, Yaşıllaşdırma Birliyinin özbaşınalığı ört – basdır eləməyə çalışmışdı.

Ancaq gec idi və İsgəndərov bu səbəbdən də işindən uzaqlaşdırıldı. Həmçinin, o dövrdə Yaşıllaşdırma İdarəsində mühəndis işləyən Əhliman Əliyev parkdan 600 ağacın çıxarılmasına rəhbərlik etmiş və buna görə barəsində Binəqədi Polis idarəsində cinayət işi açılmışdı. Çünki ağacların yerində bina tikməyə şərait yaradılmışdı. Üstündən xeyli zaman keçir, Ə. Əliyev Yaşıllaşdırma İdarəsində mühim vəzifə tutur. Parkın görüntüsündən gördüyünüz bir hissəsi isə ekoloji soyqırım nəticəsində məhv edilib. Biz oxuculara parkın əvvəlki görünüşünü təqdim edirik, bu mənzərədən heç nə qalmayıb, ağacların yerində bina tikilir. Nəticədə nəcib bir ideya məhv edilərək korrupsiyanın, acgözlüyün qurbanı olur və ekoloji terror edilərək parkın içində tikinti aparırlar. Maraqlıdır, BŞİH, Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəisi Həsrət Əmrahov, Binəqədi İH başçısı Elxan Allahverdiyev hara baxırlar? Buyurun, siz baxın…
Məlumat üçün bildirək ki, dünən Yasamal rayon Mikayıl Müşfiq küçəsində baş verən yaşıl soyqırıma görə ETSN-yi Yaşıllaşdırma Təsərrüfatı Birliyinə inzibati xətalar haqqında pratakol tərtib edərək, cərimə tətbiq etmişdi.
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur