Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY

Ötən il Meydan TV Masallının Şərəfə kəndinin bir hissəsində mavi yanacağın olmamasından yazıb. Həmin vaxt Masallının icra hakimiyyətindən bildirmişdilər ki, kənddə qaz var, barəsində danışılan yaxınlıqdakı yeni massivə də qaz xətti çəkiləcək.
İndi sakinlər təkrar müraciət ediblər və deyirlər ki, növbəti qış qapıdadır, qaz xətti isə hələ də yoxdur. Bu dəfə sakinlər üstəlik yol və işsizlikdən də şikayətçidir.
Musa İmanov deyir, yaşadıqları yaşayış massivinin mavi yanacaq problemiylə bağlı dərc olunmuş yazını oxuyarkən, icra hakimiyyətinin verdiyi cavaba təəccübləniblər: "Deyirlər ki, yeni yaşayış massivinin qaz problemi… Yeni yaşayış massivi 3-5 ilin yaşayış yerinə deyilir. Buradasa 30 ildən çox yaşayan ailələr var, mən özüm 1997-ci ildə ev tikib, buraya köçmüşəm. İllər ötdü, burada evlər artdı, insan sayı artdı, ancaq nə yolu oldu, nə qazı, nə normal suyu, işığı… Elə bil cəngəllikdə yaşayırıq”.
"Hökumət çıxış yolu göstərsin”
Sakin Vəzifə Fərəcova deyir, qaz xətti yaşayış massivinin yaxınlığından keçir, ancaq xətti evlərə qədər uzatmaq və digər işlər üçün ödəniş çox bahadır deyə, heç kim bunu edə bilmir: "2500 manata başa gəlir. Kənd yerində kimdə bu qədər pul var? Həyat yoldaşımla mənim aylıq qazancım toplam heç 400 manat etmir. Hələ söhbət işləyib maaş alan ailədən gedir. Belə ailələrsə kənddə çox azdır”.
Başqa kənd sakini Zivər Bağırova da belə yaşayışdan cana doyub. Deyir, 30 ilə yaxındır ki, odun ümidinə yaşayırlar. Odunsa ilbəil bahalaşır: "Dünən bir qiymətə satan, sabah başqa qiymətə gətirir. Həyətimizdəki ağacları da kəsməyə qoymayan hökumət bizə bir çıxış yolu göstərsin”.
"İşsizlik taleyimizə yazılıb”
Yaşayış massivinin yolu da bərbaddır. Sakinlərin sözlərinə görə, məktəblilər yaşayış massivindən kənd məktəbinə çatmaq üçün palçıqla addımlamalı olurlar.
Sakinlər işsizlikdən də şikayətçidilər. Burada işsizlik sanki hər kəsin taleyinə yazılıb. Gənc nəsil kənddə qərar tuta bilmir, ya paytaxta, ya da başqa bölgələrə üz tutur: "Yaşlı nəsildə yerə-yurda bağlılıq var, dözüb otururuq, gənc nəsil belə yaşamaq istəmir, dəyişiklik, yaxşı şəraitdə yaşamaq arzusu var. Ancaq əlindən bir şey gəlməyəndə məcburdur ki, boxçasını yığıb, harada azca güzəran qura bilərsə, ora köçsün. Hansı qapını döysəniz, bunun şahidi olarsınız. Təhsil, iş dalınca gedənlər geri qayıtmır”.
Masallı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirlib ki, Şərəfədəki qeyd olunan yaşayış massivinin qaz, yol probleminin həlli üçün aidiyyəti qurumlara müraciət olunub: "O yaşayış massivinin sakinləri hər yerə şikayət edir. Biz də aidiyyəti qurumlara müraciət edirik. İcra hakimiyyəti qaz çəkmir, yol salmır. Kəndiçi yolları bələdiyyə düzəltməlidir. Qaz xəttinə gəlincə, həmin ərazidən qaz xətti keçir, ancaq qanuna görə, abonent özü podratçı şirkətlə müqavilə bağlayıb, müəyyən ödəniş edib, ana xətdən yaşadığı ünvana qaz xətti çəkdirə bilər”. //Meydan TV//



Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur